Suallar və Cavablar
(R-Nur'dan Suallar və Cavablar)
Bir Böyük Günahı edən Mömünün İmanı Gedərmi?

“Günahı Kəbireyi işləyən,necə mömün qalabilər?” deyilən suallarına cavab isə; əvvəla sabiq (keçən) işarətlərdə onların xətası qət’i bir sürətdə anlaşılmışdır ki,təkrara hacət qalmamışdır. Saniyən: Nəfsi insaniyə,muaccəl (təcili) və hazır bir dirhəm ləzzəti;müəccəl(hazırda olmayan),qaib bir batman ləzzətə tərcih ettiyi kimi,hazır bir şillə qorxusundan,irəlidəki bir il əzabdan daha ziyadə çəkinir.Həm insanda hissiyat qalib olsa,ağlın muhakəməsini dinləməz.Həvəs və vəhmi hökmedib, ən az və əhəmmiyyətsiz hazır ləzzəti,irəlidə qayət böyük bir mükafata tərcih edər(dəyişər).Və az bir hazır sıxıntıdan,irəlidə böyük bir müəccəl əzabdan ziyadə çəkinər.Çünki təvəhhüm və həvəs və hiss,irəliyi görməyir bəlkə inkar edirlər.Nəfs dahi yardım etsə,mahall-i iman(imanın məkanı) olan qəlb və ağıl susarlar,məğlub olurlar. Bu halda kəbairi(böyük günah) işləmək, imansızlıgdan gəlməyir,bəlkə hiss və həvəsin və vəhmin qələbəsiylə ağıl və qəlbin məğlubiyyətindən irəli gəlir. Həm sabiq (keçən) işarətlərdə anlaşıldığı kimi; fənalıq və həvəsat yolu,təxribat olduğu üçün qayət asandır.Şeytanı-ı ins ü cinni insanları tələsik o yola sövqedir. Qayət (çox) heyrətli bir haldır ki: Baqi Aləmin-açıq hədislə-milçək qanadı qədər bir nuru, əbədi olduğu üçün, bir insanın müddəti ömründə dünyadan aldığı ləzzət və nemətə müqabil gəldiyi halda; bəzi biçərə insanlar,bir milçək qanadı qədər bu fani dünyanın ləzzətini,o baqi aləmin,bu fani dünyasına dəyər ləzzətlərinə tərcih edib,şeytanın arxasından gedir.

Axtarış

Yardım

Suallar və Cavablar Bölümündə sol tərəfdəki menudan kateqoriya seçərək yada axtarış edərək sualları siyahiləyəbilərsiz. * Siyahilənmiş suallara basaraq hamısını oxuyabilərsiz. * Axtarış edəndən sonra siyahilənən suallara başlığında yazılmış sarı rəngli linklər vasitəsiylə yətişəbilərsiz.