Bir ömür boyu, Onun yaratdığı bu kainatdan yenə Onun ehsan ettiyi bədən ilə istifadə edən və hər biri ayrı bir ilahi ehsan olan ağıl,qəlb və hissiyatla neçə-neçə həqiqətlərə muxatab olan insanoğlu,özünü bu qədər lütuflara qərq edən Rəbbini görməyi əlbətdə eşq dərəcəsində arzu edir. İnsan qəlbinə yerləşdirilən bu arzunun cavabı,cənnətdə veriləcək və insan,cənnət ləzzətlərini çox gerilərdə qoyan ülvü ehsana beləcə çatmış olacaq. Ruyet (Allahı görmək) haqqında çox münaqəşələr cərayan etmiş. Onların fərqlərinə-ayrılıqlarına girməyəcəyik.Ana xətləriylə,əhli sünnət alimləri ruyətin haqdır və caiz olduğunda ,mahiyyətinin isə bilinəməcəyində ittifaq etmişlər.Dalalət firqələrindən olan Mötəzilə məzhəbində isə ruyət qəbul edilmir. Hər şeyi ağılla həlletməyə çalışan insanoğlu bu böyük təcəllinində necə olacağı barədə də az başını yormamış.Həqiqətdə bu sahə ağlın deyil qəlbin,düşüncənin deyil zövqün sahəsidir.Amma,ağıl uzaqdan uzağa da olsa bir şeylər anlamaq,bəzi ip ucları tutmaq və tətmin olmaq isdəyir.Allah Rəsulunun (əsm) ifadəsiylə,”Gözlərin görmədiyi,qulaqların eşitmədiyi və insan qəlbinə gəlməmiş.”bir aləm olan cənnəti və ən böyük bir ilahi rəhmət olan ruyəti,bu dünyada necə anlayabilər və necə dərkedəbilərik! Amma insan ağlı rahat durmayır. O biri aləmdə ehsan ediləcək və ancaq orada zövq ediləbiləcək bir həqiqətin ağlı izahını bu dünyada isdəyir. Nur Külliyatından Sözlər məcmuasında “Göz bir hassedir ki,ruh bu aləmi o pəncərə ilə seyredər.”buyurulmaqla,ruhun başqa aləmləri bu gözə möhtac olmadan da seyredəbiləyəcəyinə işarət edilir.Bunun ən gözəl misalı röya(yuxu) hadisəsidir.Məsnəvi-i Nuriyə məcmuasında isə “Ruhu cismaniyətinə qalib olan övliyanın işləri,feilləri,sürat-i ruh mizanıyla cərayan edər.”buyurulur. Bilindiyi kimi,cəhət və yön ancaq bədən üçün söz mövzusudur.Ruh üçün ön,arxa,sağ sol kimi kəlimələr ifadə olunmur.O halda,ruh bədənə qalib olunca yön və cəhət dövrədən çıxar və ruh, hər tərəfi birlikdə və bərabər görəbilər.Necəki,Allah Rəsulu (əsm),arxadan gələnləri də eynən öndəkilər kimi rahatlıqla görürdü.Əhli cənnətin ruhları bədənlərinə qalibdir.Bir anda bir çox məkanda birlikdə olabilirlər.Və yenə cənnət əhlinin görmələri də bu dünyadakılarından çox yüksək səviyyədədir.Aralarında kölgə ilə əsil qədər fərq var.Dünyada sadəcə maddi əşyayı görəbilən insan gözü qəbirdən etibarən artıq mələkləri görməyə başlayacaqdır. Buna birdə, ruyətdəki ilahi yaxınlığın nuru əlavə olunduğunda, o kamil ruh, o anda bir feyzə qərq olacaq və Rəbbini cəhətdən,məsafədən və şəkildən münəzzəh bir keyfiyyətlə seyredərək özündən keçəcək və qəlbi neçə-neçə mənəvi zövqlərin cövəlan etdiyi bir ümmana dönəcək və o bəxtiyar qul,cənnətdən aldığı zövqlə qiyaslanmayacaq qədər yüksək bir həzzi,Rəbbinin ruyətiylə dadacaq,məst olacaq. Ustad Bədiüzzaman həzrətləri,vəhdətül-vücud məşrəbi üçün, "Tövhitdə istiğrakdır (qərq olmaqdır)." Buyurur. Bu fani aləmdəki görmə,eşitmə,yemə,içmə qısacası hər şey, əbədiyyət yurdundakılara görə ancaq kölgə dərəcəsində qaldığı kimi,bu dünyadaklı istiğrak halının əsli də təriflərə sığmaz bir ülviyyət ilə,ruyət hadisəsində özünü gösdərəcəkdir. Ruyəti müjdələyən bir ayəti kərimə: "Neçə üzlər o gün işıldar,parlayar;Rəbbinə nazır (Onun cəmalına baxmaqdadır)" (Qiyamət Surəsi,22) Əsrimizin böyük alimlərindən Elmalılı Hamdi Yazır,bu ayətin təfsirində belə buyurur:Əhli sünnət,bu baxışı,ruyət mənasıyla anlayaraq axirətdə mömümlərin Cəmalullahı ruyətini isbat etmişlərdir. ‘ləntərani’yə (sən məni görəbilməzsən) ayətinə yapışan Mötəzilə bu baxışı intizar(gözləmə) mənasına həml etmişlər.Halbuki qayəyə(məqsədə) çatmayan intizarın nəticəsi nəşə deyil,ikisarıı xəyal və əlmdir. ”Ləntərani, “sən məni görəbilməzsən” mənasına gəlir. Cənabi Haqq’dan,ruyət tələbində olan olan Musa əleyhissəlama bu ilahi kəlamla qarşılıq verilmiş.Füsus şarihi, dəyərli elm və fikir adamı Əhmad Avni bəy, Musa əleyhissəlamın ruyət tələbində olmağını ruyətə dəlil olduğunu bəyan edir və buyurur ki:Ruyət muhal(qeyri mümkün) olsaydı,Musa (ə.s) belə bir tələbdə olmazdı “ Əhməd Avni Bəy,ruyət halında insanın özündən keçəcəyini , özündə varlıq namına bir şey qalmayacagını, ilahi təcəlliyə və yaxınlığa qərq olacağını ifadə edərək cənnətdəki ruyət üçün önəmli işarətlər verir. Ru’yətlə əlaqəli bir ayəti kərimə: “Yaxşı işlər görənlər üçün gözəl qarşılıq,birdə ziyadə vardır”(yunus surəsi,26) Ayətdə keçən “ziyadə” kəliməsini, Allah Rəsulu (ə.s.m.), “Rəhmanın cəmalına nəzər” şəklində təfsir etmişlərdir. (Əlaətdin Başar)