Münacat | Münacat | 7
(1-30)
Hәm, hәr baharda gözümüz önündә icad edilәn nәbatat vә heyvanatdan heç bir dәnәsi yoxdur ki, san'at-ı әcibәsiylә vә latif ziynәtiylә vә tam tәmәyyüziylә vә intizamiylә vә mövzuniyәtiylә Sәni bildirmәsin. Vә zәmin yüzünü dolduran vә nәbatat vә heyvanat denilәn qudrәtinin xariqaları vә mucizәlәri, mәhdud vә maddәlәri bir vә mütәşabih olan yumurta vә yumurtacıqlardan vә qәtrәlәrdәn vә habbә vә habbәciklәrdәn vә çәkirdәklәrdәn, yanlışsız, mükәmmәl süslü, әlamәt-i fariqәli olaraq yaradılışları, Sani-i Hәkimlәrinin vücuduna vә vәhdәtinә vә hikmәtinә vә hәdsiz qudrәtinә öylә bir şәhadәtdir ki, ziyanın günәşә şәhadәtindәn daha qüvvәtli vә parlaqdır.

Hәm hava, su, nur, atәş, topraq kibi heçbir unsur yoxdur ki, şüursuzluqlarıylә bәrabәr, şüurkaranә, mükәmmәl vәzifәlәri görmәsiylә, bәsid vә istila edici, intizamsız, hәr yerә dağılmaqla bәrabәr, qayәt müntazәm vә mütәnәvvi meyvәlәri vә mahsullәri xәzinә-i qeybdәn gәtirmәsiylә, Sәnin birliyinә vә varlığına şәhadәti bulunmasın.

Ey Fatır-ı Qәdir! Ey Fәttah-ı Әllam! Ey Fa'al-i Xәllaq!

Nasıl әrz, bütün sәkәnәsiylә Xaliqinin Vacibü'l-Vücud olduğuna şәhadәt edәr öylә dә, Sәnin -Ey Vahid-i Әhәd! Ey Hәnnan-ı Mәnnan! Ey Vәhhab-ı Rәzzaq!- vәhdәtinә vә әhadiyәtinә, yüzündәki sikkәsiylә vә sәkәnәsinin yüzlәrindәki sikkәlәriylә vә birlik vә bәrabәrlik vә bir biri içinә girmәk vә bir-birinә yardım etmәk vә onlara baxan rububiyәt isimlәrinin vә fiillәrinin bir olmaq cihәtindә bәdahәt dәrәcәsindә Sәnin vәhdәtinә vә әhadiyәtinә şәhadәt, bәlki mövcudat әdәdincә şәhadәtlәr edәr.
Səs yoxdur