Münacat | Münacat | 16
(1-30)
Vә hey'әt-i mәcmuәsindәki vәhdәt-i tәdbir vә vәhdәt-i idarә vә vәhdәti nәv'iyә vә vәhdәt-i cinsiyә vә ümumun yüzlәrindә göz, qulaq, ağız kibi noqtalarda ittifaq cәhәtindә müşahәdә edilәn sikkә-i fitrәtdә birlik vә hәrbir nәv'in әfradı simalarında görülәn sikkә-i hikmәtdә ittihad vә iaşәdә vә icadda bәrabәrlik vә birbirinin içindә bulunmaq kibi, keyfiyәtlәrindәn heç-birisi yoxdur ki, Sәnin vәhdәtinә qәt'i şәhadәtdә bulunmasın. Vә hәr-bir fәrdindә kainata baxan bütün isimlәrin cilvәlәri bulunmaqla, vahidiyәt içindә Sәnin әhadiyәtinә işarәti olmasın.

Hәm, nasıl ki insan ilә bәrabәr heyvanatın, zәminin bütün yüzündә yayılan yüz bin әnvaı, müntәzәm bir ordu kibi tәchiz vә tә'limat vә itaәt vә müsәxxәriyәtlә vә әn kiçikdәn ta әn böyüyә qәdәr Rububiyәtin әmrlәri intizamla cәrәyanlariylә o Rububiyәtinin dәrәcә-i haşmәtinә; vә qayәt çoxluqla bәrabәr qayәt qiymәtli; vә qayәt mükәmmәl olmaqla bәrabәr qayәt çabuq yapılmaları; vә qayәt sәn'әtli olmaqla bәrabәr qayәt qolay yapılışlarıylә qudrәtinin dәrәcә-i әzәmәtinә dәlalәt etdiklәri kibi; şәrqdәn qәrbә, şimaldan cәnuba qәdәr yayılan, mikrobdan ta kәrgәdana qәdәr, әn kiçicik sinәkdәn ta әn böyük quşa qәdәr bütün onların rızıklarını yetişdirәn rәhmәtinin hәdsiz vüs'әtinә; vә hәrbiri әmrbәr nәfәr kibi vәzifә-i fıtriyәsini yapmaq vә zәmin yüzü hәr baharda, güz mәvsimindә tәrxis edilәnlәr yerindә yenidәn tәht-ı silaha alınmış bir orduya ordugah olmaq cihәtiylә hakimiyәtinin nәhayәtsiz genişliyinә qәt'i dәlalәt edәrlәr.
Səs yoxdur