Kiçik Sözler | Kiçik Sözler | 2
(1-46)
Birinci söz

BİSMİLLAH hər xeyrin başıdır. Biz də hərşeyi ilk onunla başlarıq. Bil ey nəfsim, bu mübarək kəlmə, İslamın nişanı olduğu kimi, həm də bütün varlıqların hal diliylə davamlı, durmadan oxuduğu kəlmədir. Bismillahın necə böyük, tükənməz bir qüvvə, necə çox, bitməz bir bərəkət olduğunu anlamaq istəyirsənsə, bu kiçik hekayə təmsilini dinlə. Beləki:
Bədəvi Ərəb çöllərində səyahət edən adama yolkəsən quldurların şərrindən qurtulub ehtiyaclarını əldə edə bilməsi üçün bir qəbilə rəisinin adını almaq və himayəsinə girmək çox önəmlidir. Yoxsa, təkbaşına hədsiz düşmanlarına yeniləcək və ehtiyaclarını qarşılaya bilməyəcəkdir. Bax, belə bir səyahət üçün, iki adam səhraya çıxıb gedirlər. Onlardan biri təvazökar, digəri isə məğrur idi. Təvazökar, bir rəisin adını aldı; məğrur isə almadı. Təvazökar hər yerdə rahat gəzib dolaşdı. Bir yolkəsənə rast gəlsə, deyir:” Mən filan rəisin adiyla gəzirəm.” Yolkəsən çəkilər, ilişməz. Bir çadıra girsə, o ad ilə hörmət görür. Obiri məğrur, bütün səyahətində elə bəlalar çəkər ki, tərif ediləməz. Daima qorxudan əsər, titrəyər, dilənçilik edərdi. Həm zəlil, həm rüsvay olur.
Beləcə, ey məğrur nəfsim, sən o səyyahsan. Bu dünya isə bir səhradır. Acizliyin və fəqirliyin hədsizdir. Düşmənlərin, ehtiyacların nəhayətsizdir. İndi ki belədir; bu səhranın əbədi Maliki (sahibi) və əzəli Hakimi (hökm verən) olan Allahın adını al, bütün kainatın dilənçiliyindən və hadisələrin qarşısında titrəməkdən xilas ol.
Bəli, Bismillah kəlməsi elə mübarək bir xəzinədirki, sənin nəhayətsiz acizliyin və fəqirliyin səni nəhayətsiz qüdrətə, rəhmətə təslim edib Qadir, Rahim olan Allahın (güclü; mərhəmət edici, əsirgəyici) dərgahında acizliyi, yoxsulluğu ən keçərli şəfaətçi edər. Bəli, bu kəlimə ilə hərəkət edən şəxs , əsgər kimi dövlət adına hərəkət edən, heç kimdən qorxusu olmayan adama bənzər. Qanun adına, dövlət adına deyər, hər işi edər, hərşeyə qarşı dayanır, dözür.
Başda demişdik: Bütün varlıqlar hal dili ilə, hərəkətləriylə “Bismillah” deyir. Eləmi?
Bəli. Necəki, görürsən bir adam gəlir, bütün şəhər əhalisini zorla bir yerə toplayır və məcburi işlərdə çalışdırır. Şübhəsiz bilirsənki, o adam öz adıyla, öz qüvvətiylə hərəkət etmir. Bəlkə o, bir əsgərdir, dövlət adına hərəkət edir, bir dövlət başçısının qüvvətinə əsaslanaraq əmr verir.
Eləcədə, hərşey Cənabi Haqqın adına hərəkət edirki, kiçik-kiçik toxumlar, çəkirdəklər, başlarında nəhəng ağacları daşıyır, dağ kimi yükləri qaldırırlar. Demək hər bir ağac “Bismillah” deyir; rəhmət xəzinəsinin meyvələrindən əllərini doldurur, bizlərə onlardan pay verir.
Hərbir bostan “Bismillah” deyir, qüdrət mətbəxindən bir qazan olur, çeşid-çeşid bir çox fərqli ləziz təamlar içində bərabər bişirilir.
Səs yoxdur