Kiçik Sözler | Kiçik Sözler | 4
(1-46)
ON DÖRDÜNCÜ LƏM'ƏNİN İKİNCİ MƏQAMI

Bismillâhirrahmânirrahîm'in minlərcə sirlərindən altı sirri haqqındadır.

XATIRLATMA: Bismillah kəlməsinin rəhmət nöqtəsində parlaq bir nuru uzaqdan sönük ağlıma göründü. Onu, öz nəfsim için, bir yerə qeyd etmək istədim və iyirmi, otuza qədər sirr ilə, o nurun ətrafında bir dairə çəkməklə ovlamaq və zəbt etmək istədim. Fəqət, təəssüfki, hələlik o arzuma tam müvəffəq ola bilmədim. İyirmi, otuzdan beş altıya endi.
"Ey insan!" dediyim zaman öz nəfsimə səslənirəm. Bu dərs öz nəfsimə xas ikən, ruhən mənimlə münasibətdə olan və nəfsi mənim nəfsimdən daha təmiz olan şəxslərə bəlkə istifadə vəsiləsi olar niyyətiylə, dərin tədqiqatçı qardaşlarımın bunu Ondördüncü Ləm`anın İkinci Məqamı olaraq qəbul etmələrini diləyirəm. Bu dərs ağıldan çox qəlbə baxar, dəlildən çox zövqlə anlaşılır.
Bismillêhir rahmânir rahîm. Qâlət yâ əyyuhə`lmələu innî ulqıyə ileyyə kitâbün kərîm. İnnəhü min süleymânə və innəhü bismillâhir rahmânir rahîm" (Bəlqis, 'Ey elimin irəli gələnləri,' dedi. 'Mənə mühüm bir məktub göndərilib. Bu məktub Süleymandan gəlib və Rahman və Rahîm olan Allahın adıyla başlayır." Nəml Surəsi, 27:29-30.)
Bu yerdə bir neçə sirr açıqlanacaq.
BİRİNCİ SİRR: Bismillâhirrahmânirrahîm'in bir cilvəsini belə gördüm ki:
Kainat, yer üzü və insan simasında, birbiriləri içində birbirinin nümunəsini göstərən İlahinin hər şeyi tərbiyə və idarə etdiyini göstərən üç möhürü, göstəricisi var var.
Biri: kainatın ümumi görünüşündəki qarşılıqlı yardımlaşma, arxalanma, sarılma, cavablaşmadan açıqca görünən, Allahın, hər şeyin İlahı olduğunu göstərən imzasıdır ki, Bismillah bu imzanı bildirir.
İkincisi: Yerüzündə bitki və heyvanların tədbir, tərbiyə və idarəsindəki bənzərlik, uyğunluq, intizam, düzgünlük, yaxşılıq və mərhəmətdən anlaşılan bir sirr, Allahın, “Çox mərhəmətli və hərbirşeyə münasib ruzisini vermə” mənasındakı sifətini göstərən ən böyük möhürdür ki, “Bismillahirrahman” ona işarət edir.
Sonra, insanların mahiyyətindəki mərhəmət, şəfqət kimi incə duyğular və Allahın mərhəmətinin şüalarından məlum olan bir sirrki; Allahın “Hər şeyə şəfqətli olan və mərhəmət edən” mənasındakı sifətini göstərən uca möhrüdür və Bismillâhirrahmânirrahîm'dəki ər-Rahîm,buna işarət edir.
Deməli, Bismillâhirrahmânirrahîm, Aləm səhifəsində bir nurlu sətir təşkil edən və hər şeyin bir əldən çıxdığını göstərən Allahın əsərlərindəki birlik təcəllisinin üç müqəddəs nişanəsidirki bu söz Ona qovuşmaq üçün qüvvətli bir ip, parlaq bir yoludur. Yəni, Bismillâhirrahmânirrahîm, kəlamı yuxarıdan enməsiylə, Yeri Ərşə – ilahi qüdrət və səltənətin təcəlli yerinə bağlayaraq kainat və aləmlərin meyvəsi, kiçildilmiş nüsxəsi olan insanın ərşə çıxmasına bir vasitə olur.
Səs yoxdur