Kiçik Sözler | Kiçik Sözler | 3
(1-46)
Hərbir inək, dəvə, qoyun, keçi kimi mübarək heyvanlar “Bismillah” deyir, rahmət feyzindən bir süd çeşməsi olur. Bizlərə Rəzzaq (bütün yaradılmışların ruzisini verən) Allahın adına ən lətif, ən təmiz həyat suyu kimi bir qidanı təqdim edirlər.
Hərbir bitki, ağac və otların ipək kimi yumuşaq, incə kök və damarları “Bismillah” deyir, sərt olan daş və torpağı dəlib keçir. “Allah naminə, Rahman (qullarına mərhəmət edən) adına” deyir; hər şey ona asan olur.
Bəli, havada budaqların yayılması və meyvə verməsi kimi, o sərt daş və torpaqdakı köklərin tamamilə asanlıqlıa yayılması və yerin altında məhsul verməsi, həm şiddətli istilərə qarşı aylarca nazik, yaşıl yarpaqların yaş qalması təbiətçilərin (təbiət qanunlarını yaradan olaraq görənlər; onlara görə yaradılış təbiət qanunları nəticəsində, təsadüfi birləşmələrdən meydana gəlmişdir. Allahın varlığını (haşa) inkar edirlər) ağzına şiddətlə şillə vurur, kor olası gözünə barmağını soxur və deyirki: Ən güvəndiyin qatılıq və hərarət belə əmr altında hərəkət edirki, o ipək kimi yumuşaq damarlar, sanki Musa (ə.s) peyğambərin əsası kimi – “Fəqul nadrib biasâkəl hacər.” (Vur əsanı torpağa. Bəqara surəsi, 2:60.) əmrinə uyaraq daşları yarar keçər. (Hz. Musa əsasını daşa vurduqda daş yarılmış, ordan on iki gözü olan su bulağı fışqırıb axmışdır). O sigaret kağızı kimi incə, nazik yarpaqlar, Hz.İbrahim (a.s) ın orqanları kimi atəş saçan hərarətə qarşı –“yâ nâru kûnî bərdən və səlâmən” (Ey atəş, sərin və səlamətli ol.” Ənbiya surəsi, 21:69.) - Ayətini oxuyurlar.
Bu haldaki, hərşey “Bismillah” deyir; Allah adına, Allahın nemətlərini gətirib bizlərə verirlər, biz də “Bismillah” deməliyik. Allah adına verməliyik, Allah adına almalıyıq. Beləcə, Allah adina verməyən qafil insanlardan almamayılıq.
SUAL: Satıcı hökmündə olan insanlara aldıqlarımızın dəyərini veririk. Görəsən əsl mal sahibi olan Allah verdiklərinin əvəzində nə dəyər istəyir?
CAVAB: Bəli, o Həqiqi Münim (nemət verən Allah), bizdən o qiymətli nemətlərə, mallara əvəz istədiyi dəyər isə üç şeydir: Biri zikir, biri şükür, biri fikirdir.
Başda “Bismillah” zikirdir. Axırda “Əlhəmdulillah” şükürdür. Ortada, bu qiymətli sənət möcüsəsi olan nemətlərin Əhad ("bir, tək, bənzərsiz" olan Allah), Saməd (Allahın, "hərşey ona möhtac olduğu halda o özü heçbir şeyə möhtac deyil," mənasındakı adı.) olan Allahın qüdrət möcüsəsi və rahmət hədiyyəsi olduğunu düşünmək və dərk etmək fikirdir.
Bir padşahın qiymətli bir hədiyyəsini sənə gətirən bir miskin adamın ayağını öpüb hədiyyə sahibini tanımamaq nə dərəcədə düşüncəsizlik isə, eləcə də, zahiri nemətlərdən ağız dolusu danışıb, Həqiqi Münim( nemətləri verən ) Allahı unutmaq ondan min dərəcə daha ağılsızlıqdır. Ey nəfs! Belə ağılsız olmaq istəmirsənsə, Allah adına ver, Allah adına al, Allah adına başla, Allah adına işlə, vəssəlam.

Səs yoxdur