Kiçik Sözler | Kiçik Sözler | 6
(1-46)
ÜÇÜNCÜ SİRR: Bu hədsiz böyük kainatı şənləndirən, bu qaranlıq varlıqları işıqlandıran, bu hədsiz ehtiyaclar içində yuvarlanan varlıqları tərbiyə edən rəhmətdir. Bir ağacın bütün heyətiyle meyvəsinə yönəlmiş olduğu kimi, bütün kainatı insana yönəldən və hər tərəfdə ona baxdıran və köməyinə çatdıran yenə rəhmətdir və bu hədsiz boş fəzanı və aləmi dolduran, nurlandıran və şənləndirən, bu fani, ölümlü insanı əbədiyyətə namizəd edən və əzəli, əbədi bir Zata sirdaş və dost edən yenə rəhmətdir.
Ey insan! Bu haldaki, rəhmət belə qüvvətli, cazibəli, sevimli və yardımçı bir sevgi qaynağıdır, Bismillâhirrahmânirrahîm de, o həqiqətə tutun və sonsuz qorxu və titrəməkdən; mütləq, qaçınılmaz olan hədsiz ehtiyacların acılarından xilas ol. O Əzəli və Əbədi Sultanın taxtına yanaş və o Rahmətin şəfqəti, şəfaəti və nuruyla o Sultana səmimi və yaxın dost ol.
Bəli, kâinatın növ-növ varlıqlarını hikmət dairəsində insanın ətrafında toplayıb, bütün ehtiyaclarına intizamla və mükəmməl bir halda köməyinə çatdırmaq, bəlli ki, iki haldan biridir: Ya kainatın hərbir növü, öz-özünə insanı tanıyır, ona itaət edir, köməyinə çatır - bu isə yüz dəfə ağıldan və məntiqdən uzaq olduğu kimi, şübhəsiz ki belə bir şey mümkün deyil. İnsan kimi aciz bir məxluqda ən qüvvətli, Hakimiyyəti sərhədsiz olan bir Sultanın qüdrəti olmalıdır ki, bu da mümkün deyil. Vəyaxud bu yardımlaşma, kainat pərdəsi arxasında bir Hərşeyə gücü yetən, Sonsuz Qüdrət sahibi Allahın elmiylə mümkün olur. Demək, bu qarşılıqlı yardımlaşma növ-növ varlıqların deyil, insanı tanıyan, bilən və mərhəmət edən bir Zatın olmasının və insanı tanıyıb bilməsinin dəlilləridir. Ey insan! Ağlını başına yığ, heç mümkündürmi ki bütün yaradılanları yönəldərək kömək əllərini sənə uzatdıran və sənin ehtiyaclarına ləbbeyk (başüstünə, buyurun) dedirtən Böyük Cəlal Sahibi Zat səni bilməsin, tanımasın, görməsin?
Madəm ki səni bilir, rahmətiylə bildiyini bildirir, sən də Onu bil, hörmətlə bildiyini bildir və qətiyyən anla ki, sənin kimi sonsuz dərəcədə zəif, aciz, fəqir, fani, kiçik bir məxluqa bu böyük kainatı itaət etdirmək və insanın imdadına göndərmək, əlbəttə hikmət, inayət, elm və qüdrəti içinə alan Gerçək Rahmətdir. Əlbəttə belə bir Rahmət, səndən sonsuz və xalis bir şükür, ciddi və saf bir hörmət istər. Beləcə, o xalis şükrün və o saf hörmətin tərcüməçisi və ünvanı olan Bismillâhirrahmânirrahîm'i de, o Rahmətin vüsalına vəsilə və o Rahman'ın hüzurunda şəfaətçi et.
Bəli, Rahmətin varlığı və gerçəkliyi, günəş qədər aydındır. Çünkü, necəki mərkəzi bir naxış, hər tərəfdən gələn iplərin intizamlı vəziyyətlərindən hasil olur; eləcə də, bu kainatın ən böyük dairəsində İlahinin min bir isminin cilvəsindən uzanan nurani iplər, kainat simasında Allahın “rahmət” sifətini göstərən möhür içində elə bir Allahın sonsuz şəfqət və mərhəmətini göstərən möhür və elə bir şəfqət naxışı və elə bir yardım möhürü toxuyur ki, Allahın varlığını günəşdən daha parlaq olaraq ağıllara, şüurlara göstərir.
Bəli, günəş və ayı, elementləri və yeraltı mədənləri, bitki və heyvanları, böyük bir naxışın toxuma ipləri kimi o min bir isimlərin şüalarıyla tənzim edən və həyata xidmət etdirən və istər heyvan, istərsə də insan bütün anaların hədsiz şirin və fədakarcasına şəfqətlərində Öz şəfqətini göstərən və bütün canlıları insan həyatına xidmət etdirən və ondan İlahi tərbiyənin çox gözəl, şirin və ən böyük bir naxışını və insanın əhəmiyyətini göstərən ən parlaq rahmətini bəlli edən o Sonsuz gözəllik Sahibi və hərşeyə mərhəmət edib layiq olduğu ruzisini verən Allah, əlbəttə öz ehtiyacsızlığına qarşı rahmətini sonsuz ehtiyac içindəki canlılara və insana qəbul olunan bir şəfaətçi etmişdir.
Səs yoxdur