Kiçik Sözler | Kiçik Sözler | 7
(1-46)
Ey insan! Əgər insansansa, Bismillâhirrahmânirrahîm de, o şəfaətçini tap.
Bəli, yerüzündə dörd yüz min müxtəlif ayrı-ayrı bitkilərin və heyvanların növlərini, heçbirini unutmayaraq, çaşmayaraq, vaxtlı vaxtında, mükəmməl nizam-intizamla, hikmət ve lütfkarlıqla tərbiyə və idarə edən və yerüzündə Allahın birliyini hərbir şeydə göstərən möhrünü qoyan, açıq-aşkar, hətta heç şübhəsiz, Rahmətdir və bu yerüzündəki varlıqların vücudları qədər qəti olduğu kimi, o varlıqların sayında da o Rahmətin varlığının həqiqət olmasının dəlilləri vardır. Bəli, yerüzündə Allahın Rahmət sifətini göstərən və hər şeyin bir əldən çıxdığını göstərən işarət olduğu kimi, insanın mənəvi mahiyyətində də bu cür rahmət nişanı vardır ki, yerüzündəki mərhəmət və kainatdakı Rahmətin ən böyük işarəsindən daha aşağı deyil, sanki min bir ismin təcəllisinin toplandığı bir mərkəz hökmündə bir çox mənanı və həqiqəti əhatə edir.
Ey insan! Heç mümkündür ki, sənə bu simanı verən və o simada belə Allahın “rahmət” sifətini göstərən və hər şeyin bir əldən çıxdığını göstərən bir möhürü qoyan Zat, səni başıboş buraxsın, sənə əhəmiyyət verməsin, sənin hərəkətinə diqqət etməsin, sənə qulluq edən, ehtiyaclarını ödəyən bütün kainatı boşuna yaratsın, yaradılış ağacını meyvəsi çürük, xarab, əhəmiyyətsiz bir ağac etsin? Həm heçbir halda şübhə qəbul etməyən və heçbir şərtlə nöqsanlığı olmayan, günəş kimi aşkar olan rahmətini və nur, işıq kimi görünən hikmətini inkar etdirsin? Qətiyyən!
Ey insan! Bil ki, o Rahmətin ənginliyinə yetişmək üçün bir mirac var. O mirac isə, Bismillâhir rahmânir rahîm'dir. Bu miracın nə qədər əhəmmiyyətli olduğunu anlamaq istəyirsənsə, Bəyan və ifadələri möcüzə olan Quranın yüz on dörd surələrinin başlarına və həm bütün mübarək kitabların və bütün mübarək işlərin əvvəlinə bax. Bəsmələnin qiymətinin böyük olmasının ən qəti bir dəlil budurki, İmam Şâfiî (r.a.) kimi çox böyük müçtəhidlər (Quran və Hədislərə əsasən hökm çıxaran alimlər) demişler: "Bəsmələ tək bir ayət olduğu halda, Quranda yüz on dörd dəfə nazil olmuşdur."
Səs yoxdur