Kiçik Sözler | Kiçik Sözler | 10
(1-46)
Bütün heyvan və insanların ölümü isə əsgərlik müddətinin bitməsi kimidir. Həyat vəzifəsini bitirənlər mənən sevincli bir halda, hay-küysüz bu fani dünyadan digər bir aləmə gedərlərki, yeni vəzifəlilərə yer açılsın, gəlib çalışsınlar. Bütün heyvan və insanların doğumu isə əsgər olmaq, silah altına, vəzifə başına gəlməkdir. Bütün canlılar vəzifəli şən əsgər, doğru, düzgün və hallarından razı məmurlardır. Bütün səslər isə, ya vəzifə başlamasındakı zikir və təsbih, tətildən gələn şükür və rahatlıq vəya işləmək nəşəsindən doğan nəğmələrdir. Bütün mövcüdat o müminin nəzərində, Seyyidi Kəriminin ( yaxşılıq, ihsan Sahibi) və Maliki Rahiminin (mərhəmətli, mülk Sahibi) sevimli bir hizmətkarı, dost məmuru, şirin bir kitabıdır. Daha bunun kimi bir çox lətif, ülvi və ləziz, şirin həqiqətlər müminin imanından təcəlli edər, təzahür edər.
Deməli, iman mənəvi bir Tuba-Cənnət ağacının toxumunu, İmansızlıq isə mənəvi bir Zəqqum-Cəhənnəm ağacı toxumunu daşıyır.
Deməli, salamat və əmniyyət yalnız İslamiyyətdə və imandadır. Eləysə, biz daima “ Əlhəmdulillêhi alâ dîni`l- İslâm və kəmâli`l îmân “ (Bizə ehsan etdiyi İslâm dini və iman kamalı neməti səbəbiylə Allah'a hamd olsun.) deməliyik.
Səs yoxdur