Kiçik Sözler | Kiçik Sözler | 13
(1-46)
DÖRDÜNCÜ SÖZ
Bismillahir Rahmanir Rahim. Əssalêtu ımêduddiyn. (“Namaz dinin dirəyidir." (Tirmizi,))
NAMAZın nə qədər qiymətli və mühim, həm nə qədər ucuz və az bir xərclə qazanıldığını; həm namazsız adamın nə qədər ağılsız və zərərli olduğunu iki dəfə iki dörd edər dərəcəsində qəti anlamaq istəyirsənsə, bu kiçik təmsil hekayəciyə bax, gör:
Bir zaman, bir böyük hakim, iki adamını, hərbirisinə iyirmi dörd qızıl verməklə, iki ay uzaqlıqda xüsusi və gözəl bir məkana qalmaq üçün göndərir və onlara əmr edir ki: "Bu pul ilə yol və bilet xərclərini ödəyin. Həm oradaki məskəninizə lazım olan bəzı şeyləri satın alın. Bir günlük məsafədə bir stansiya var.Həm maşın, həm gəmi, həm qatar, həm də təyyarə istifadə edərək yolunuza davam edə bilərsiniz. Əlinizdəki pula görə bunlardan birini istifadə edə bilərsiniz."
İki adam, dərs aldıqdan sonra gedirlər. Birisi bəxtiyar idi ki, stansiyaya qədər pulunun az bir hissəsini xərcləyir. Fəqət o xərcin içində, sahibinin xoşuna gələcək elə gözəl bir ticarət əldə edir ki, sərmayəsi birdən minə çıxır. Obiri adam bədbəxt, sərsəri olduğundan, stansiyaya qədər iyirmi üç qızılını sərf edir. Qumar oynayib uduzur. Birtək qızılı qalır. Yoldaşı ona deyir:
"Bu bir lirənı bir biletə verki, bu uzun yolda ac və susuz qalmayasan. Həm bizim sahibimiz kərimdir; bəlkə mərhəmət edər, etdiyin qüsuru bağışlayar. Səni də təyyarəyə mindirərlər; bir gündə gedəcəyimiz yerə çatarıq. Yoxsa, iki ay bir səhrada ac, susuz, yalnız getməyə məcbur qalarsan."
Görəsən bu adam inad etsə, o tək lirəsini bir dəfinə açarı hökmündə olan bir biletə verməyib müvəqqəti bir ləzzət üçün sərf etsə, çox ağılsız, zərərli, bədbəxt olduğunu ən ağılsız adam belə anlamazmı?
Beləcə ey namazsız adam! Ey namazdan xoşlanmayan nəfsim!
O hakim, Rabbimiz, yoxdan var edən Xaliqımizdir. O iki yolçu adam isə: Biri dindar, namazını şövqlə qılan; digəri qafil, namazsız insanlardır. O iyirmi dört qızıl isə, iyirmi dörd saat hər gündəki ömürdür. O xüsusi məkan isə Cənnət, O stansiya isə qəbirdir. O səyahət isə qəbrə, axirətə, əbədiyyətə gedəcək bəşər, insanların yolçuluğudur. Əmələ görə, təqva qüvvətinə görə, o uzun yolu fərqli dərəcədə qət edərlər. Bir çox təqva əhli şimşək kimi, min illik yolu bir gündə gedər. Bir qismi də xəyal kimi, əlli min illik bir məsafəni bir gündə qət edər. Qur'an bu həqiqətə iki ayətiylə işarət edir. O bilet isə namazdır. Bir tək saat, beş vaxt namaza dəstəmazla birgə bəs edir. Görəsən iyirmi üç saatını bu qısaca dünyəvi həyatına sərf edən və o uzun əbədi həyatına bir tək saatını sərf etməyən, nə qədər zərər etdiyinin, nə qədər nəfsinə zülm etdiyinin, nə qədər ağıla zidd bir hərəkət etdiyinin fərqindədirmi?! Çünkü, min adamın iştirak etdiyi bir qumara yarı malını verməyi ağıl qəbul edərsə ,(halbuki qazanc ehtimalı mində birdir) sonra malının iyirmi dörtdən birini, yüzdə doxsan doqquz ehtimalla qazancı mütləq olan bir əbədi xəzinəyə verməmək nə qədər ağıla və hikmətə zidd hərəkət etdiyini, nə qədər ağıldan uzaq düşdüyünü, özünü ağıllı zənn edən adam anlamazmı?
Halbuki namazda ruhun, qəlbin və ağlın böyük bir rahatlığı vardır. Həm cismə, bədənə də o qədər ağır gələn bir iş deyildir. Həm namaz qılanın İslama görə haram edilməyən digər dünyəvi əməlləri, gözəl bir niyyətlə ibadət hökmünü alır. Bu surətlə bütün ömür sərmayəsini axirətə mal edə bilər; fani, sonsuz olmayan ömrünü axirətə hazırlaya bilər.
Səs yoxdur