Kiçik Sözler | Kiçik Sözler | 11
(1-46)
ÜÇÜNCÜ SÖZ

Bismillâhir rahmânir rahîm. Yâ əyyuhən nâsu`budu ("Ey insanlar, ibadət edin." Bəqara Sûrəsi, 2:21.)

İBADƏTİN necə böyük bir ticarət və səadət, günahların və ağılsızlığın necə böyük bir zərər və fəlakət olduğunu anlamaq istəyirsənsə, bu təmsil hekayəni dinlə:
Bir vaxt iki əsgər uzaq bir şəhərə getmək üçün əmr alırlar. Yol ikiyə ayrılana qədər bərabər gedirlər. Yolayrıcında bir adam olur, onlara deyir: Bu sağdakı yol, heç zərəri olmamaqla bərabər, bu yolu gedən yolçulardan onda doqquzu böyük gəlir və rahatlıq görür. Soldakı yol isə, mənfəəti olmamaqla bərabər, on yolçusundan doqquzu zərər görür. Yolların ikisi də qısa və uzunluqda birdirlər.Yalnız bir fərq var ki, intizamsız, hökümətsiz olan sol yolun yolçusu çantasız, silahsız gedir. Zahiri bir yüngüllük, yalançı bir rahatlıq görür. Əsgər intizamı altındakı sağ yolun yolçusu isə, bəsləyici ərzaqlarla dolu beş kiloluq bir çanta və hər düşmanı məğlub edəcək iki kiloya qədər bir mükəmməl silahı daşımağa məcburdur."
O iki əsgər, o bələdçi adamın sözünü dinlədikdən sonra, bəxtiyar olan əsgər sağa gedir. Bir batman ağırlığı çiyninə və belinə yükləyir. Lakin qəlbi və ruhu, min batman minnətlərdən və qorxulardan xilas olur. Obiri bədbəxt əsgər isə əsgərliyi buraxır, nizam intizama tabe olmaq istəməz, sola gedər. Bədəni bir batman ağırlıqdan xilas olur; fəqət qəlbi min batman minnətlər altında və ruhu hədsiz qorxular altında əzilir. Həm hərkəsə dilənçi, həm hərşeydən, hər hadisədən titrəyən, qorxan bir vəziyyətdə gedir. İstədiyini əldə edir, lakin; orada üsyançı və qaçaq cəzasını görür.
Əsgərlik nizamını sevən, çanta və silahını daşıyan və sağa gedən əsgər isə, heçkimdən minnət almayaraq, heçkimdən qorxmayaraq, qəlb rahatlığı və vicdan ilə gedir. İstədiyi şəhərə çatır; orada, vəzifəsini gözəlcə yerinə yetirən namuslu əsgərə uyğun bir mükafat alır.
Beləcə ey üsyankar nəfs! Bil ki, o iki yolçu, biri İlahi qanunların müti qulu, obirisi də üsyankar və nəfsinin istəklərinə, xoş olmayan arzulara, xəyallara qul olan insanlardır. O yol isə həyat yoludur ki, ruhlar aləmindən gəlib qəbirdən keçib axirətə gedir. O çanta və silah isə, ibadət və təqvadır. İbadətin həqiqətən zahiri bir ağırlığı var. Fəqət mənasında elə bir rahatlıq və yüngüllük var ki, tərif edilə bilməz. Çünkü ibadət edən namazında deyir: "Əşhədü ən lê ilêhə illêllah." Yəni, "Xaliq (Yaradan) və Rəzzaq (bütün yaradılanların ruzisini verən Allah) Ondan başqa yoxdur. Zərər və mənfəət Onun əlindədir. O, həm Hakimdir (hər işini hikmətlə görən), əbəs iş görməz; həm Rahîmdir, ihsanı, mərhəməti çoxdur" deyə qəlbən inandığında, hərşeydə bir rahmət xəzinəsinin qapısını tapıb onu dua ilə çalır. Həm hərşeyin öz Rabbinin əmrinə tabe olduğunu görür. Rabbinə sığınır, təvəkkül (gərəkən hərşeyi etdikdən sonra nəticəni Allaha buraxmaq; torpağa toxum səpdikdən sonra məhsulun bol olmasını gözləmək kimi) ilə güvənib hər müsibətə qarşı Allaha sığınır. İmanı ona bütünlüklə bir əminlik verir.
Səs yoxdur