Kiçik Sözler | Kiçik Sözler | 12
(1-46)
Bəli, hər həqiqi gözəl şeylər kimi, cəsarətin mənbəyi belə imandır, ibadətdir. Hər çirkinliklər kimi qorxaqlığın da mənbəyi dəlalətdir (sapqınlıq, islamdan uzaqlıq). Bəli, ehtimaldır ki, tam nurlanmış bir qəlbi olan abidi (ibadət edən), yer kürəsi bomba olub partlasa, onu qorxutmaz. Bəlkə, Saməd (Allahın, "hərşey Ona möhtac olduğu halda özü heçbir şeyə möhtac deyil," mənasındakı adı) Allahın möhtəşəm qüdrətini ləzzətli bir heyrətlə seyr edəcək. Lakin, aydın ağla sahib olan qəlbsiz, günahkar bir filosof isə, göydə bir quyruqlu ulduzu görsə, yerdə qorxusundan titrəyər, "Görəsən bu sərsəri ulduz Yer kürəsinə düşəcəkmi?" fikirləşib şübhələrə düşər. (Bir vaxt belə bir ulduzdan Amerika titrədi. Çoxları gecə vaxtı evlərini tərk etdilər.)
Bəli, insan nəhayətsiz şeylərə möhtac olduğu halda, sərmayəsi heç hökmündə; həm bitməyən müsibətlərə məruz qaldığı halda, üstünlüyü, gücü heç hökmündə bir şey... Sərmayə və iqtidarının, gücünün dairəsi, əli haraya qədər çatırsa o qədərdir. Fəqət əməlləri, arzuları, acıları və bəlaları isə, dairəsi, gözü, xəyalı haraya qədər çatırsa və daha uzaqlara gedincəyə qədər genişdir. Bu dərəcə aciz və zəif, fəqir və möhtac olan insan ruhuna ibadət, təvəkkül, təvhid və təslimiyyətin nə qədər böyük bir gəlir, bir səadət, bir nemət olduğunu, bütün bütün kor olmayan görər, dərk edər.
Məlumdur ki, bir zərərsiz yol, on zərərli yola üstün hesab edilir. Halbuki, məsələmiz olan ibadət yolunun, zərərsiz olmaqla bərabər, ondan doqquz ehtimalla bir əbədi səadət xəzinəsi vardır. Günah və düşüncəsizlik yolu isə - hətta günahkarın etirafıyla –mənfəətsiz olduğu halda, ondan doqquz ehtimalla həlak edici əbədi işgəncə, əzabın hakim olduğu gerçəkdir. Qısacası, axirət kimi, dünya səadəti də ibadətdə və Allaha əsgər olmaqdadır. Eləysə, biz daima "Əlhamdü lillêhi alə't-tâati və't-təvfîk" (Bizə itaət, ibadət və müvəffəqiyyət nəsib edən Allaha hamd olsun.) deməliyik və Müsəlman olduğumuza şükr etməliyik.

Səs yoxdur