Kiçik Sözler | Kiçik Sözler | 9
(1-46)
İKİNCİ SÖZ

Bismillâhir rahmânir rahîm. Əlləzînə yu`minûnə bil ğayb. ("O təqva sahibləri ki, görmədikləri halda Allaha və Onun bildirdiklərinə iman edərlər." Bəqara Surəsi, 2:3.)

İmanda nə qədər böyük bir səadət və nemət və nə qədər böyük bir ləzzət və rahatlığın olduğunu anlamaq istəyirsənsə bu kiçik hekayə təmsilini oxu:
Birvaxt iki adam həm istirahət, həm ticarət etmək üçün səyahətə gedirlər. Eqoist bəxtsiz olan bir tərəfə, digər Allahı tanıyan bəxtəvər birisi isə başqa tərəfə ayrılıb gedirlər. Eqoist olan adam həm özünü düşünən, həm də ümüdsiz biri olduğundan, ümüdsizlik cəzası olaraq onun nəzərində çox pis bir məmləkətə düşür. Baxır ki, hər yerdə aciz çarəsizlər, zorba qəribə adamların əllərindən və işlərindən ah – vah edirlər. Bütün gəzdiyi yerlərdə bu cür üzüntülü, acınacaqlı bir hal görür. Bütün məmləkət ümumi bir matəmxana şəklini alıb.
Bu adam acıları, qaranlıq çökmüş həyatı hiss etməmək üçün sərxoşluqdan başqa çarə tapmır. Çünkü, hərkəs ona düşman və yad görünür və ortalıqda da qəribə cənazələri və ümidsizliklə ağlayan yetimləri görür. Vicdanı əzab içində qalır.
Digər haqqpərəst, Allaha ibadət edən gözəl əxlaqlı idi və onun nəzərində çox gözəl bir məmləkətə düşür. Beləcə bu gözəl insan, girdiyi məmləkətdə hətyerdə bir şənlik görür: hər tərəfdə bir sevinc, bir şənlik, Allah sevgisindən özündən gedəcək halda nəşə içində zikirxanalar… Hərkəs ona dost və qohum görünür. Bütün məmləkətdə yaşayanlar birbirinə təşəkkür edir, hərkəs birbirindən razılıq edir, həryerdə əsgərlikdən tərhis olunma sevinci duyulur. “Allahu Əkbər” və “Lə ilahə illəllah” zikrləri ilə hər bir əsgər üçün sevincli bir şəkildə dəf, musiqi səsi eşidir. Əvvəlki bədbəxtın həm özü, həm ümumi xalqın üzüntüsüylə acı çəkərkən, bu bəxtiyar, həm özü, həm ümumi xalqın sevinciylə sevinir və fərahlanır, həmdə gözəl bir ticarət əlinə keçər, Allaha şükr edər. Sonra geri dönür, obiri adama rast gəlir. Halını anlayır. Ona deyir: “ Sən dəli olmusan, nədir? İçindəki çirkinliklər zahirinə əks etmiş olmalı ki, gülməyi ağlamaq, icazə verməyi soymaq və talan etmək düşünmüsən. Ağlını başına yığ, qəlbini təmizləki, bu müsibətli pərdə sənin gözündən qalxsın, həqiqəti görə biləsən. Çünkü, sonsuz dərəcədə adil (ədalətli), mərhəmətli, xalqını sevən, iqtidarlı, intizam sevən, şəfqətli bir hökumdarın məmləkəti, həm bu dərəcə göz önündə tərəqqi əsərləri, kamallıqlar göstərən bir məmləkət, sənin xəyalının göstərdiyi şəkildə ola bilməz.“
Sonra o bədbəxtın ağlı başına gəlir, peşman olur. “Bəli, mən işrətdən divanə olmuşdum. Allah səndən razı olsun ki, məni cəhənnəmlik bir haldan qurtardın.“ deyir.
Ey nəfsim! Bilki, əvvəlki adam, kafir, günahkar, qafil, həm də qul olduğunu xatırlamadan yaşayan biridir. Bu dünya onun nəzərində hərkəsin durmadan ağladığı bir yerdir. Bütün canlılar ayrılıq və tükənmə şilləsiylə ağlayan yetimlərdir. Heyvan və insan isə, əcəl pəncəsiylə parçalanan kimsəsiz başı pozuqlardır. Dağlar və dənizlər kimi böyük sahələr ruhsuz, qəribə cənazələr hökmündədirlər. Daha bunun kimi çox acı verən, əzici, dəhşətli düşüncələr onun imansızlığından və İslamdan ayrı qalması səbəbiylə meydana çıxıb onu mənən sıxar. Digər adam isə, mümindir, hər şeyi yoxdan yaradan Uca Allahı tanıyır, təsdiq edir. Onun nəzərində bu dünya bir Rahman olan Allahı zikr edən ev, insan və heyvanların təlim məkanı və insanlar üçün bir imtahan meydanıdır.
Səs yoxdur