Kiçik Sözler | Kiçik Sözler | 8
(1-46)
ALTINCI SİRR: Ey hədsiz acizlik və nəhayətsiz fəqirlik içində yuvarlanan biçarə insan! Rahmətin nə qədər qiymətli bir vəsilə və nə qədər keçərli bir şəfaətçi olduğunu bununla anla ki:
O Rahmət, elə bir Şanı Uca Sultana vəsilədir ki, ulduzlarla zərrələr eyni zamanda, tam intizam və itaətlə onun ordusunda qulluq edirlər. O Şanı Uca Zat və o Əzəl və Əbəd Sultanı sonsuz könül toxluği içindədir. O heçbir cəhətlə kainata və mövcud olanlara ehtiyacı olmayan, sonsuz zəngin olan Qani Allahdır və bütün kainat Onun əmr və idarəsi taxtında və heybət, əzəməti altında durmadan itaətdə, cəlalına qarşı isə zillətdədirlər.
Beləcə Rahmət səni, ey insan, o başqalarından heç bir şey ummayan, heç nəyə ehtiyacı olmadığı halda hərşeyin Ona möhtac olduğu Allahın huzuruna çıxarır və Ona dost, sirdaş edər və sevgili bir qul halını verir. Sən çox uzaq olduğun üçün günəşə çata bilməzsən, heç cürə yaxınlaşa bilməzsən; lakin günəşin şüası, günəşin əksini, cilvəsini, sənin aynan vasıtəsiylə sənin əlinə verir. Eləcə də, Əzəl və Əbəd Allaha biz həqiqətən çox uzağıq, yanaşa bilmərik. Lakin Onun rəhmət işığı, ziyası Onu bizə yaxın edir.
Beləcə, ey insan! Bu rəhməti tapan, əbədi, tükənməz bir nur xəzinəsini tapır. O xəzinəni tapmağın yolu, Rahmətin ən parlaq bir misalı, təmsilçisi və o Rahmətin ən düzgün danışan dili, duyuranı olan və Aləmlərə Rahmət ünvanıyla Quranda adı keçən Muhamməd Rəsul-i Əkrəm Ələyhissalâtü Vəssəlâmın sünnəti və onun yolunu tutmaqdır. Aləmlərə rəhmət göndərilən Rahmət mücəssiməsi olan peyğəmbərə vəsilə isə, salavatdır. Bəli, salavatın mənası, Rahmətdir. O canlı Rahmət mücəssiməsinə rahmət duası olan salavat isə, o Aləmlərə Rahmət olaraq göndərilənin vüsalına vəsilədir. Eləysə, sən salavatı özünə Rəsulallah Səlallahu aleyhi vəssəlam Muhammədə qovuşmaq üçün vəsilə et və o Zatı da Rahmân Allahın rahmətinə vəsilə qəbul et. Bütün ümmətin, Aləmlərə Rahmət olaraq göndərillən Muhəmməd Ələyhissalâtü Vəssəlâm haqqında, Rahmət mənasıyla hədsiz çoxlu salavat gətirmələri, Rahmətin İlahinin nə qədər qiymətli bir hədiyyəsi və geniş bir dairəsi olduğunu parlaq bir surətdə isbat edər.
Nəticə: Rəhmət xəzinəsinin ən qiymətli almazı və qapıçısı Muhamməd Əleyhissalâtü Vəssəlam olduğu kimi, ən birinci açarı da Bismillâhirrahmânirrahîm'dir və ən asan bir açarı da salâvatdır.
Əllâhümmə bihaqqı əsrâri bismillâhir rahmânir rahîm. Salli və səllim mənərsəltəhü rahmətən li`l âləmîn. kəmâ yəlîqu birahmətikə bi hurmətihî və alâ âlihî və əshâbihî əcmaîn vərhəmnâ rahmətən tuğnînê bihê an rahməti mən sivêkə min xalqıkə. Âmîn. Sübhânəkə lê îlmə lənâ illê mê alləmtənəə innəkə əntəl alîmül hakiim.
Allahım, “Bismillahir Rahmanir Rahimin” sirləri hörmətinə, aləmlərə Rahmət olaraq göndərdiyin zata, onun bütün Al və Səhabələrinə, Sənin Rahmətinə və onun şanına yaraşır bir şəkildə salat və səlam eylə. Bizə də, Səndən başqa heç bir məxluqun mərhəmətinə ehtiyac buraxmayacaq bir mərhəmət və şəfqətlə rahmət eylə. Amin! Səni hərcür nöqsandan uzaq bilirik. Sənin bizə öyrətdiyindən başqa bilgimiz yoxdur. Şübhəsiz ki, elmi və hikməti hər şeyi əhatə edən Sənsən.(Bəqara: 32)
Səs yoxdur