Kiçik Sözler | Kiçik Sözler | 5
(1-46)
İKİNCİ SİRR: Bəyan və İfadəsi möcüzə olan Qurani Kərim, hədsiz sayda çox olan məxluqların hamısında təzahür edən birlik (Vahidiyyət) içində ağılları çaşdırmamaq üçün, daima o birlik içində Allahın hər bir əsərindəki o əsərə aid birlik təcəllisini (Əhadiyyət) göstərir.Yəni, məsələn, günəş, işığıyla hər şeyi işıqlandırır. İşıq mənbəyi olan günəş tam mənasıyla təsəvvür etmək və anlamaq üçün çox geniş bir təsəvvür və hərtərəfli bir düşüncə sahibi olmaq lazımdır. Günəşin əslini unutdurmamaq üçün, hərbir parlaq şeydə, günəşin varlığını onun şüalarının yansıması vasitəsiylə göstərir və hər parlaq şey öz qabiliyyətinə görə günəşin görüntüsü ilə bərabər həmdə, onun işığı, hərarəti kimi xüsusiyyətlərini də əks etdirir və hər parlaq şey, günəşi bütün xüsusiyyətləriylə göstərdiyi kimi, günəşin ziya, hərarət və şüalarındakı müxtəlif rənglər kimi keyfiyyətlərini də özündə əhatə edir. Beləcə, və lillâhi'l-məsəlü'l-a'lâ, bənzətmədə səhv olmasın- Əhadiyyət (Allahın hər bir əsərindəki birlik təcəllisi) və Samədiyyət (Allahın heçbir şeyə ehtiyacı olmaması və bütün varlıqların özünə möhtac olması həqiqəti ) kimi isimlərinin hərbir şeydə, canlılarda, xüsusən də insanın mahiyyət aynasında bir cilvəsi, təzahürü olduğu kimi… vahdət (birlik) ve vâhidiyyət (Allahın bütün əşyalarda birdən birlik təcəllisi) yönüylə də, var olan hər şeylə əlaqəli hərbir ismi də bütün yaradılmışları əhatə edir.
Beləcə, vahidiyyət içində ağılları boğmamaq və qəlblərə ən Müqəddəs Zatı unutdurmamaq üçün, daima vahidiyyətdəki hər şeyin bir əldən çıxdığını göstərən əlamətlərini nəzərə verir ki, o əlamətlərin üç mühim nişanəsini göstərən Bismillâhirrahmânirrahîm dir.
Beləcə, vahidiyyət içində ağılları boğmamaq və qəlblərə ən Müqəddəs Zatı unutdurmamaq üçün, daima vahidiyyətdəki hər şeyin bir əldən çıxdığını göstərən əlamətlərini nəzərə verir ki, o əlamətlərin üç mühim nişanəsini göstərən Bismillâhirrahmânirrahîm dir.
Səs yoxdur