Kiçik Sözler | Kiçik Sözler | 45
(1-46)
Həm necəki: Bir heyran edici şəhərdə milyonlarla elektrik lampaları hərəkət edərək hər yeri gəzərlər, yanma maddələri tükənməyən bir tərzdəki elektrik lampaları və fabrik, şübhəsiz, açıq bir dəlillə elektriki idarə edən və yer dəyişdirən lampaları düzəldən və fabriki quran yanma maddələrini gətirən bir möcüzəkar ustanı və fevqaladə qüdrətli bir elektrikçini heyrətlər və təbriklərlə tanıtdırır. Eyni ilə də, bu aləm şəhərində dünya sarayının damındakı ulduz lampaları, bir qismi –astronomiyanın dediyinə baxılsa – yerkürəsindən min dəfə böyük və top gülləsindən yetmiş dəfə sürətlə hərəkət etdikləri halda, intizamını pozmayır, birbiri ilə toqquşmayır, sönməyir, yanacaq maddələri tükənməyir. Oxuduğunuz astronomiyanın dediyinə görə, yer kürəsindən milyon dəfədən daha böyük və milyon ildən daha çox yaşayan və Rahman Allahın bir qonaq evi hökmündə olan bu dünyada bir lampa və soba olan günəşimizin yanmasının davamı üçün, hər gün Yerkürəsinin dənizləri qədər neft, dağları qədər kömür vəya min yerkürəsi qədər odun yığınları lazımdır ki, sönməsin və onu onun kimi digər böyük ulduzları neftsiz, odunsuz, kömürsüz yandıran və söndürməyən və bərabər sürətlə döndürən, bir biriylə toqquşdurmayan sonsuz bir qüdrəti və səltənəti, işıq barmaqlarıyla göstərən bu möhtəşəm şəhər kainatında dünya sarayının elektrik lampaları və idarələri nə dərəcə o misaldan daha böyük, daha mükəmməldirsə, o dərəcədə sizin oxuduğunuz vəya oxuyacağınız elektrik elmi miqyasıyla kainatın ən böyük sərgisi Sultanını, Münəvvirini(Hərşeyi maddi və mənəvi nurlandıran, sonsuz nur sahibi Allah), Müdəbbirini (Elmi ilə hər şeyin aqibətini əhatə edib ona görə hikmətlə iş görən Allah), Saniini(Sənət əsəri olaraq meydana gətirən Allah), o nurlu ulduzları şahid göstərərək tanıtdırır. Təsbihatla, Allahın qüsursuz və hər baxımdan əksiksiz olduğunu bildirməklə sevdirir, pərəstiş etdirir.
Həm məsələn, necə ki bir kitab olsa: Bir sətrində bir kitab incə yazılmış və hərbir kəlməsində incə qələmlə bir Quran surəsi yazılmış. Çox incə mənalı və bütün məsələləri birbirini doğrulayır və yazarını, müəllifini fövqəladə məharətli və iqtidarlı göstərən qəribə bir kitab, şübhəsiz, gündüz kimi yazan ve tərtib edəni mükəmməlliyi ilə, hünərləriylə bildirir, tanıtdırır. Maşallah, barəkallah cümlələriylə təqdir etdirir. Eləcə də, böyük kitab olan bu kainat, birtək səhifəsi olan yerüzündə və birtək forması olan baharda, üçyüz min müxtəlif kitablar hökmündəki üç yüz min bitki və heyvan növlərini bərabər, birbiri içində, yanlışsız, xətasız, qarıştırmayaraq, çaşmayaraq, mükəmməl, müntəzəm və bəzən ağac kimi bir kəlimədə bir qəsidəni və çəkirdək kimi bir nöqtədə bir kitabın tamam bir mündəricatını yazan bir qələm işlədiyini gözümüzlə gördüyümüz bu nəhayətsiz mənalı və hər kəlməsində çoxlu hikmətlər olan bu kitab mənalı kainat və böyük bir Quran kimi dərin mənalar ifadə edən bu kainat, sözü gedən misaldakı kitabdan nə dərəcədə böyük və mükəmməl və mənalı ise, o dərəcədə sizin oxuduğunuz təbiət elmi və məktəbdə sırf özünüzün başladığınız oxuma və yazma bilgisi geniş miqyaslarıyla və uzaqgörən gözləriylə bu kainat kitabının Nəqqaşını, Katibini hədsiz kamallıqlarıyla tanıtdırır, Allahu Əkbər cümləsiylə bildirir, Sübhânallah taqdisiyle tərif edər, Əlhamdülillâh sənalarıyla sevdirir.Beləcə, bu fənnlərə nisbətən, yüzlərlə fənndən hər bir fənn, geniş miqyası, xüsusi aynası, uzaqgörən gözü və ibrətli nəzəriylə bu kainatın Xaliq-i Zülcəlâlini əsmasıyla bildirir, sifətlərini, fəzilətlərini tanıtdırır.
Beləcə, bu möhtəşəm və parlaq bir birlik dəlili olan zikr edilən dəlili ders vermək üçün, hər bəyanı Möcüzə olan Quran çoxlu təkrarla, ən çox
Xaləqas səmâvâti və`l ard. (Göyləri və Yeri yaradan Allahdır. A`raf:54, Əb`am:1,73)
Rabbüs səmâvâti və`l ard.(Göylərin və Yerin Rabbi Allahdır.Ra`d:16, İsra:102, Kəhf:14)
Ayətləriylə Xaliqimizi bizə tanıtdırır, deyə o məktəbli gənclərə cavab verdim. Onlar da dediklərimi qəbul edib təsdiq edərək "Hədsiz şükür olsun Rabbimizə ki, tam müqəddəs və həqiqi bir dərs aldıq. Allah səndən razı olsun" dedilər.
Mən də dedim:
İnsan minlərlə fərqli acılara mübtəla və minlərlə ləzzət növləriylə həzz alan bir canlı maşın və çox acizliyiylə bərabər hədsiz maddi və mənəvi düşmanları və sonsuz fəqirliyi ilə bərabər hədsiz zahiri ve daxili ehtiyacları olan və durmadan sonun gəlməsi və ayrılıq şillələrini yeyən bir biçarə məxluq ikən, birdən iman və ibadətlərlə belə bir Sonsuz heybət və böyüklük sahibi bir padşah olan Allahın əmrinə girib bütün düşmənlərinə qarşı bir güvənmə mərkəzi və bütün ehtiyaclarını qarşılayacaq bir yardım istəmə nöqtəsi taparaq, hərkəs mənsub olduğu əfəndisinin şərəfiylə, rütbəsiylə fəxr etdiyi kimi, o da bucür sonsuz Qadir və Rahim bir Padşaha iman ilə güvənsə və ibadətlə hizmətinə girsə və əcəlin edam elanını özü haqqında rəsmi vəsiqəyə çevirsə nə qədər məmnun və minnətdar və nə qədər şükr etməklə iftixar edə bilər, ölçün.
O məktəbli gənclərə dediyim kimi, bəlalı məhbuslara da təkrar edib deyirəm: Onu tanıyan və itaət edən, zindanda da olsa bəxtiyardır. Onu unudan, saraylarda da olsa zindandadır, bədbəxtdır. Hətta bir bəxtiyar məzlum, edam olunarkən bədbəxt zalimlərə demiş: "Mən edam olmuram, bəlkə sərbəst buraxılaraq səadətə gedirəm. Lakin, mən də sizi əbədi edam ilə məhkum gördüyümdən sizdən tam intiqamımı alıram. Lâ ilâhe illâllah deyərək sevinc ruhunu təslim edər.
Sübhânəkə lâ ılmə lənā illê mâ alləmtənā innəkə əntə`l alîmül hakîm.
(Səni hər cür nöqsandan uzaq bilərik. Sənin bizə öyrəttiyindən başqa bir bilgimiz yoxdur. Şübhəsiz ki Elmi və hikməti hər şeyi əhatə edən Sənsən.) Bəqara:32
Səs yoxdur