Kiçik Sözler | Kiçik Sözler | 42
(1-46)
Bəsmihi sübhânəhü. Və in min şəy`in illâ yüsəbbihu bihamdihi.
(Allahın adıyla. Onu hər cür nöqsandan uzaq bilirik. Heç bir şey yoxdur ki, Onu tərif edib, Onu təsbih etməsin. İsra:44)
Əssəlâmü aləyküm və rahmətüllâhi və bərakêtühü əbədən dâimən.
(Allahın səlamı, rahməti və bərəkəti əbədə qədər daima üzərinizə olsun.)
Ey həbs yoldaşlarım və din qardaşlarım.
Qəlbimə sizə, həm dünya əzabından, həm axirət əzabından qurtaracaq bir həqiqəti bəyan etmək ilham edildi. O da budur:
Məsələn: Birisi birinin qardaşını və ya bir qohumunu öldürmüş. Bir dəqiqə intiqam ləzzətiylə bir qatil, milyonlarla dəqiqə həm qəlbi sıxıntı, həm həbs əzabını çəkdirir və öldürülənin qohumları da intiqam düşüncəsiylə və qarşısında düşmanını düşünməsiylə, həyatının ləzzətini və ömrünün zövqünü qaçırır. Həm qorxu, həm hiddətinin əzabını çəkir. Bunun tək bir çarəsi var. O da Quranın əmr etdiyi və haqq, həqiqət, məsləhət, insanlıq və İslamiyyətin gərəkli etdiyi və önəm verdiyi barışmaq və anlaşmaqdır.
Bəli, həqiqət və məsləhət sülhdür. Çünkü, əcəl birdir, dəyişməz. O öldürülən, hərhalda əcəl gəldiyindən daha çox qalmayacaqdı. O qatil isə, o İlahi Qəzaya vasitə olmuş. Əgər barış olmazsa iki tərəf də daima qorxu və intiqam əzabını çəkərlər. onun üçündür ki; “Üç gündən artıq bir mümin digər bir mümindən küsməməlidir” deyə İslam əmr edir. Əgər o qatil, bir ədavətdən və bir kinli qərəzdən gəlməmişsə və bir münafiq o fitnəyə vəsilə olmuşsa, dərhal barışmaq lazımdır. Yoxsa, o az müsibət çoxalar, davam edır. Əgər barışsalar və öldürən tövbə etsə və öldürülənə hər zaman dua etsə, o halda hər iki tərəf çox qazanarlar və qardaş kimi olarlar.
Bir getmiş qardaşın qarşılığında, bir neçə dindar qardaş qazanır. Qəza və İlahi Qədərə təslim olub düşmanını bağışlar və xüsusilə də, əgər Risalə-i Nur dərsini dinləmişlərsə, əlbəttə aralarında olan bütün inciklikləri unutmağı həm şəxsi və ümumi rahatlıqları üçün məsləhətdir, həm də Nur dairəsindəki din qardaşlığı bunu lazım bilir.
Necəki, Dənizli həbsində birbirinə düşman bütün məhbuslar, Nurlar dərsiylə birbirilərinə qardaş oldular və bizim bəraətimizə bir səbəb olub (hətta dinsizlərə, sərsərilərə də) o məhbuslar haqqında “Maşallah, barəkallah” dedirtdilər və o məhbuslar tam rahat oldular. Mən burada gördüm ki: Birtək adamın üzündən yüz adam sıxıntı çəkib bərabər dincəlməyə çıxmırlar, onlara zülm olur. Mərd və vicdanlı bir mümin, kiçik və cüzi bir xəta və ya mənfəətlə iman əhlinə yüzlərlə zərər verməz. Əgər xəta edib zərər versə, dərhal tövbə etməlidir.
Və in min şəy`in illâ yüsəbbihu bihamdihi.
(Heç bir şey yoxdur ki, Onu tərif edib, Onu təsbih etməsin. İsra:44)
Əziz yeni qardaşlarım və köhnə məhbuslar!
Mən qəti qənaətə gəlirəm ki, buraya girməyimizin Allahın inayətiylə əsas əhəmiyyətli səbəbi sizsiniz. Yəni, Nurlar təsəlliləriylə və imanın həqiqətləriylə sizi bu həbs müsibətinin sıxıntılarından və dünyəvi bir çox zərərlərindən, boş-boşuna qəm və hüzün ilə gedən həyatınızı faydasızlıqdan, havayı yerə zay olmasından və dünyanızın ağlaması kimi axirətinizi ağlamaqdan qurtarıb sizə tam bir təsəlli verməkdir. İndiki, həqiqət budur, əlbəttə siz də, Dənizli məhbusları və Nur tələbələri kimi bir birinizə qardaş olmalısınız. Görürsünüz ki, içəri bir bıçağın girməməsi və birbirinizə hücum etməməniz üçün çöldən gələn bütün əşyanız və yeməyiniz, çörəyiniz və şorbanızı yoxlayırlar. Sizə sədaqətlə hizmət edən gözətçilər çox zəhmət çəkirlər. Həm siz, tənəffüsə bərabər çıxmayırsınız. Sanki canavar və vəhşi kimi bir birinizə hücum edəcəksiniz. İndi sizin kimi fitri qəhrəmanlıq damarını daşıyan, yeni gələn yoldaşlar, bu zamanda mənəvi böyük bir qəhrəmanlıq ilə heyətə deyin ki: “Əlimizə bıçaq yox, lap tüfəng, tapanca da verilsə, həm əmr də verilsə, biz bu çarəsiz və bizim kimi çarəsiz və bizim kimi bəlalı yoldaşlarımıza əl vurmayacağıq. Keçmişdən yüz düşmənliyimiz və ədavətimiz belə olsa, onları halal edib xətrlərinə dəyməyəcəyimizə, Quranın, imanın, İslam qardaşlığının və sülh istəyimizin əmri və doğru yol göstərməsi ilə qərar verdik.” deyərək, bu həbsi mübarək bir dərs evinə çevirin.

Səs yoxdur