Kiçik Sözler | Kiçik Sözler | 39
(1-46)
Beləcə bu təmsil kimi zəhərli bir bal hökmündə olan haram dairədəki gəncliyin əyləncələrdən aldığı zövqləri, əbədi xəzinə olan Cənnət və əbədi səadətin bileti və vəsiqəsi olan imanı əldən verdiyi üçün, darağacı hökmündə olan ölüm və əbədi zülmət qapısı olan qəbrin müsibətinə, eynilə zahirdə göründüyü kimi düşər və əcəl kimi gizli olduğu üçün əcəl cəlladı gənc, ixtiyar fərq etməyərək hər zaman başını kəsmək üçün gələ bilər. O zəhərli bal hökmündə olan dinə uyğun olmayan həvəsləri tərk edib Quran sehri olan iman və fərz ibadətləri əldə etməklə heyrətamiz insan Qədəri lotoreyasından çıxan əbədi səadət xəzinəsi biletini alacağına, yüz iyirmi dörd min Peyğəmbər Aleyhimüssəlam ilə bərabər saya hesaba gəlməyən vəlilər və həqiqət ərləri ittifaq halında xəbər verirlər... və əlamətlərini göstərirlər.
Nəticədə, gənclik gedəcək. Əyləncələrdə getmiş isə, həm dünyada, həm axirətdə, minlərlə bəla və acılar nəticə verdiyini və belə gənclərin çoxunun sui istifadə ilə, israfçılıq ilə gələn üzüntülü xəstəliklə xəstəxanalara və azğınlıqlarıyla həbsxanalara vəya səfalətxanalara və mənəvi acılardan gələn sıxıntılarla meyxanalara düşəcəklərini anlamaq istəyirsənizsə, xəstəxanalardan və həbsxanalardan və qəbristanlardan soraq edin. Əlbəttə xəstəxanaların çoxundan hal dili ilə, gənclik səbəbindən israfçılıq və sui istifadədən gələn xəstəlikdən iniltilər, eyvahlar eşitdiyiniz kimi, həbsxanalardan da, daha çox gəncliyin azğınlığından haram dairədəki hərəkətlərin sillələrini yeyən bədbəxt gənclərin təəssüflərini eşidəcəksiniz. Və qəbristanda və davamlı olaraq ora girənlər üçün qapıları açılıb bağlanan o bərzah aləmində – qəbir aləmindən xəbər verən vəlilərin müşahidələri və bütün həqiqət əhlinin təsdiqi və şəhadətiylə – bəzi əzabların gənclikdəki sui istifadələr səbəbindən olduğunu biləcəksiniz. Həm insanların çoxluğunu təşkil edən qocalardan və xəstələrdən soruşun. Əlbəttə ki, çoxu peşmançılıq və həsrət ilə “Eyvah gəncliyimizi boşuna zay etdik. Siz bizim kimi etməyin.” deyəcəklər. Çünkü beş-on illik gəncliyin haram yoldan zövqü üçün dünyada illərlə qəm və kədər, bərzəhdə əzab və zərər və axirətdə cəhənnəm əzabını çəkən adam, ən acınacaqlı bir halda olduğu halda Ərrâdî biddararı lâ yünzaru ləh.(Zərərə öz razılığıyla girənə mərhəmət edilməz) sirri ilə heç acınmağı haqq etməz. Çünkü zərərə öz razılığıyla girənə mərhəmət edilməz və layiq deyildir. Cənabi Haqq bizi və sizi, bu zamanın cazibədar fitnəsindən qurtarsın və qorusun. Amin!
Səs yoxdur