Kiçik Sözler | Kiçik Sözler | 37
(1-46)
Buhalda ki, qocalıq, xəstəlik, müsibətlər və hər tərəfdə ölümlər o dəhşətli kədəri deşirlər və yada salırlar, əlbəttə o zövqə dalan və haqq yolundan azanlar yüzmin ləzzət və zövq alsalar da, yenə o mənəvi cəhənnəm onların qəlbində yaşar və yandırar. Lakin çox qalın qəflət yuxusu müvəqqəti olaraq onlara bunu hiss etdirməz.
İman və itaət əhli, göz önündə gördüyü qəbri özü üçün əbədi bir xəzinəyə, bitməyən xoşbəxtliyə bir qapı olduğunu bilir və o əzəli Qədər lotoreyasından ona milyardlarla qızıl və almazları qazandıracaq bir biletlə iman sənədi qazandığını bilir və hər dəqiqə “Gəl biletini al!” deyə gözlədiyini anlayır. Bu cür dərin, əsaslı, həqiqi ləzzət və mənəvi zövq elə bir ləzzətdir ki, əgər gözə görünsə və o toxum bir ağac olsa və o adama xüsusi bir cənnət hökmünə keçsə və bunu görə- görə insan o böyük ləzzət və zövqi tərk edib gəncliyin sövq etməsiylə, o bitməyən kədərlərlə qarışmış zəhərli bir bala bənzəyən dinə uyğun olmayan müvəqqəti ləzzətləri, əyləncəli həyatı seçsə heyvandan yüz dərəcə aşağı düşər. Xarici dinsizlər kimi də olmazlar. Çünki onlar, peyğəmbəri inkar etsələr, digərlərini tanıya bilərlər. Peyğəmbərləri bilməsələr də Allahı tanıya bilərlər. Allahı bilməsələr də əxlaq gözəlliyi qazandıracaq bəzi gözəl davranışlara sahib ola bilərlər. Lakin bir müsəlman, həm nəbiləri, həm Rabbini, həm bütün əxlaqı Muhamməd Aleyhissalatü Vəssəlam vasitəsilə bilir. Onun tərbiyəsini buraxan və zəncirindən çıxan daha heçbir peyğəmbəri (ə.s) tanımaz və Allahı da tanımaz və ruhunda mükəmməllikləri qoruyacaq heçbir təməlləri bilməz. Çünkü peyğəmbərlərin ən sonuncusu, ən böyüyü və dinə dəvəti bütün insanlığa olduğu üçün, dində möcüzələrinə görə hərkəsdən üstün və bütün bəşər növünə bütün həqiqətləri təbliğ edən, ondörd əsrdə parlaq bir surətdə isbat edən və bütün insanlığın iftixar səbəbi bir zatın təməl tərbiyəsini və dinini tərk edən, əlbəttə heçbir vəchlə bir nur, kamillik tapa bilməz, alçalmağa, insanlıqdan çıxmağa məhkumdur.
Beləcə, ey dünya həyatı zövqünə düşkün və gələcəyi düşünərək gələcəyini və həyatını təmin üçün əlləşən biçarələr! Dünyanın ləzzətini, zövqünü, səadətini, rahatını istəyirsənizsə haram olmayan ləzzətlərlə qane olun, kifayətlənin. O, sizin kefinizə yetər. Bunun xaricində, halal olmayan dairədəki bir ləzzətin içində min kədər, əzab olduğunu yuxardakı bəyanlarda əlbəttə anladınız. Əgər keçmiş zamanın hadisələrini, kino lenti kimi halhazırda göstərdikləri kimi, gələcəkdə olanlar da, məsələn, əlli il sonrakı hadisələri bir kino lenti ilə göstərilsə idi, əyləncə insanları indi güldüklərinə yüzminlərcə lənət və nifrət edib ağlayacaqdılar. Dünya və axirətdə əbədi və daimi sevinci istəyənlər, özlərinə iman dairəsindəki Muhamməd (a.s.m) tərbiyəsini rəhbər etməlidirlər.

Səs yoxdur