Kiçik Sözler | Kiçik Sözler | 38
(1-46)
BİRNEÇƏ BİÇARƏ GƏNCLƏRƏ VERİLƏN BİR TƏNBEH, BİR DƏRS, BİR XƏBƏRDARLIQDIR.
Bir gün yanıma bir neçə parlaq gənc gəldi. Həyat, gənclik və nəfsin istəklərindən gələn təhlükələrdən qorunmaq üçün təsirli bir ilham almaq istəyən bu gənclərə keçmişlərdə Risale-i Nurdan kömək istəyən gənclərə dediyim kimi dedimki, sizdəki gənclik mütləq gedəcək. Əgər siz də dinə uyğun olan dairədə qalmazsanız, o gənclik ziyan olub başınıza həm dünyada, həm qəbirdə, həm də axirətdə verdiyi ləzzətdən daha çox bəlalar və kədərlər gətirəcək. Əgər İslam tərbiyəsi ilə o gənclik nemətinə qarşı bir şükür olaraq iffət, namusluluq və itaətdə sərf etsəniz, o gənclik mənəvi olaraq əbədi qalacaq və əbədi gənclik qazanmasına səbəb olacaq.
Həyat isə, əgər iman olmazsa və yaxud üsyan ilə o iman təsir etməzsə, həyat, zahiri və qısaca bir zövq və ləzzətlə bərabər, minlərlə dərəcə o zövq və ləzzətdən artıq kədərlər, hüzünlər və acılar verir. Çünkü, insanda ağıl və fikir olduğu üçün, heyvanın əksinə olaraq hazır zamanla bərabər keçmiş və gələcək zamanlarla da yaradılışdan əlaqəsi var. O zamanlardan belə həm kədər, həm də ləzzət ala bilir. Heyvan isə, fikri olmadığı üçün, hazır ləzzətini, keçmişdən gələn hüzünlər və gələcəkdən gələn qorxular və narahatçılıqlar pozmayır. İnsan isə əgər haqq yolunu azmış və qəflətdədirsə, hazır ləzzətinə keçmişdən gələn hüzünlər və gələcəkdən gələn rahatsızlıqlar o azacıq ləzzəti acılaşdırıb pozur. Xüsusilə də, Allahın rizasına uymayan bir haldırsa, tamamilə zəhərli bir bal hökmündədir. Demək heyvandan yüz dəfə həyat ləzzəti nöqtəsində alçalıb aşağı düşər. Heç şübhəsiz ki, yolunu azmış və qəflətdə olanların həyatı, hətta vücudu və dünyası yaşadığı o gündür. Bütün keçmiş zaman və aləmlər onun imandan ayrılması nöqtəsində mövcud deyil, ölmüşdür. Ağılla əlaqəli sıxıntılar ona qaranlıqlar verir. Gələcək zamanlar isə, etiqadsızlığı səbəbindən yenə mövcud deyil. Ölümdən sonra olacaq əbədi ayrılıqlar, davamlı olaraq onun düşüncələrini məşğul edərək həyatlarına sıxıntı verirlər. Əgər həyat imanla yaşansa, o zaman həm keçmiş, həm gələcək zamanlar iman nuruyla işıqlanar və mövcud olar, indiki zaman kimi ruh və qəlbinə iman nöqtəsində ülvi və mənəvi zövqləri və varlıq nurlarını verər. Bu həqiqətin, “İxtiyar Risaləsi”ndə Yeddinci Ricada izahı var. Ona baxmalısınız.
Beləcə, həyat budur. Həyatın ləzzətini və zövqini istəyirsənizsə, həyatınızı iman ilə nurlandırın və fərz ibadətlərlə zinətləndirin və günahlardan çəkinməklə qorunun. Hər gün və hər yerdə və hər zaman ölümlərin göstərdikləri dəhşətli ölüm gerçəkləri isə, sizə – başqa gənclərə söylədiyim kimi – bir təmsil ilə bəyan edirəm:
Məsələn, burada gözünüz önündə bir darağacı qurulmuş, onun yanında bir lotoreya (lakin çox böyük bir pay biletləri verən) dairəsi var. Biz buradakı on adam istər istəməz başqa çarə yox, oraya dəvət ediləcəyik, bizi çağıracaqlar və çağırma zamanı gizli olmasından hər dəqiqə, ya “Gəl edam biletini al, darağacına çıx!”, və yaxud “Gəl, sənə milyonlar qızıl qazandıran bir pay bileti çıxıb, gəl al!..” demələrini gözlərkən, birdən qapıya iki adam gəldi. Biri yarı çılpaq gözəl və aldadıcı bir qadın, əlində surətdə çox şirin, lakin zəhərli bir halva gətirib yedirmək istəyir. Digər biri də, aldatmaz və aldanmaz ciddi bir adam, o qadının arxasınca içəri girdi. Dediki: “Sizə bir tilsim, bir dərs gətirdim. Bunu oxusanız, o halvanı yeməsəniz, o darağacından qurtularsınız. Bu tilsim ilə bənzərsiz pay biletini alarsınız. Baxın, bu dar ağacında sizdə gözünüzlə görürsünüz ki, bal yeyənlər oraya girirlər və oraya girənə kimi o halvanın zəhərindən dəhşətli qarın sancısı çəkirlər və o böyük pay biletini alanlar o qədər də görünmürlər və zahirən onların da o darağacına çıxdıqları görünür. Lakin onların asılmadıqlarını, hətta oradan rahatlıqla pay dairəsinə girmək üçün pilləkənlərlə qalxdıqlarına aid milyonlarla şahidlər var, xəbər verirlər. Buyurun, pəncərələrdən baxın. Ən böyük məmurlar və bu işlə əlaqədar böyük zatlar yüksək səslə elan edirlər və xəbər verirlər ki: O darağacına gedənləri gözünüz ilə gördüyünüz kimi, bu pay biletini tilsimdən istifadə edənlərin aldıqlarını heç şübhə etmədən gündüz kimi qəti bilin.” dedi.
Səs yoxdur