Kiçik Sözler | Kiçik Sözler | 41
(1-46)
O haldaki, ölüm ölməyir və əcəl gizlidir, hər zaman gələ bilər və madəm qəbir bağlanmır; insanlar elə hey ora girib itirlər və madəm Quran həqiqətləri ölümün, iman əhli üçün əbədi edamdan qurtuluş sənədinə çevrilməsini bildirir; və dəlalətdə olanlar və əyləncələrə qapılanlar haqqında ölüm, gözlə göründüyü kimi əbədi bir edamdır, bütün sevdiklərindən və varlıqlardan əbədi ayrılıqdır, bu halda əlbəttə, heç şübhə qalmaz ki, ən bəxtiyar odur ki, səbir içində şükr edir və həbs müddətindən tam istifadə edərək Nurların dərsini alaraq doğru yolda addımlayıb, imanına və Qurana hizmətə çalışır.
Ey zövq və ləzzətə mübtəla insan! Mən yetmişbeş yaşımda minlərlə təcrübələrlə, dəlillərlə və hadisələrlə gözümlə gördümki: Həqiqi zövq, kədərsiz ləzzət və sevinc və həyatdakı səadət yalnız imandadır və iman həqiqətləri dairəsində vardır. Yoxsa dünyəvi bir ləzzətdə çox acılar var. Bir üzüm dənəsini yedirdir, on şillə vurur kimi həyatın ləzzətini qaçırdır.
Ey həbs müsibətinə düşən çarəsizlər! O haldaki, dünyanız ağlayır və həyatınız acılaşdı, çalışın axirətiniz də ağlamasın və əbədi həyatınız gülsün, şirinləşsin, həbsdən istifadə edin. Necəki, bəzən ağır şərait altında düşmən qarşısında bir saat növbət, bir il ibadət hökmünə keçə bilər, eləcə də sizin bu ağır şərait altında hərbir saat ibadət zəhmətiniz çox saatlar olub, o zəhmətləri rahmətlərə çevirir.

Bəsmihi sübhânəhü əssəlâmü aleyküm və rahmətüllâhi və bərakêtühü.
(Allahın səlamı, rahməti və bərəkəti üzərinizə olsun.)

Əziz, sadiq qardaşlarım,
Həbs müsibətinə düşənlərə və onlara mərhəmətlə, sədaqətlə, kənardan gələn ərzaqlarına nəzarət və kömək edənlərə qüvvətli bir təsəllini “Üç Nöqtə” də söyləyəcəyəm.
Birinci Nöqtə: Həbsdə keçən ömrün günləri, hərbir gün, on gün qədər bir ibadət qazandıra bilir və fani saatları, meyvələri hökmündə mənən sonsuz saatlara çevirə bilir və beş-on il cəza ilə, milyonlar il əbədi həbsdən qurtulmağa vəsilə ola bilir. Beləcə, iman əhli üçün bu çox böyük və çox qiymətli qazanc şərti, fərz namazını qılmaq və həbsə səbəb olan günahlardan tövbə etmək və səbr içində şükr etmək deməkdir. Sözsüz ki, həbs çox günahlara mane olur, yol vermir.(indiki həbsxanalar xaric)
İkinci Nöqtə: Ləzzətin bitməsi acı verdiyi kimi, acının bitməsi də ləzzətdir. Bəli, hərkəs keçmiş ləzzətli, səfalı günlərini düşünsə, təəssüf və üzüntü ilə mənəvi acısını hiss edib “Eyvah” deyər və keçmiş müsibətli, acılı günlərini düşünsə, bitməsindən mənəvi bir ləzzət hiss edər ki: “Əlhəmdülillah şükür, o bəla səvaba səbəb oldu getdi” deyər. Rahatlıqla nəfəs alar. Demək bir saat müvəqqəti acı, ruhda mənəvi bir ləzzət buraxır və ləzzətli saat, əksinə acı buraxır. İndiki həqiqət budur və indiki keçmiş müsibət saatları, acıları ilə bərabər yox olmuş və gələcək bəla günləri, bu dəqiqə yox hökmündədir və yox olmasından acı yoxdur, demək olmayandan acı da gəlməz. Məsələn, bir neçə gün sonra ac və susuz olma ehtimalından, bugün o niyyətlə davamlı olaraq çörək yesə və su içsə, nə dərəcədə divanəlikdir. Eyni ilə də, keçmiş və gələcək acılı saatları –ki hələ yoxdur –indi düşünüb səbirsizlik göstərmək və qüsurlu nəfsi buraxıb, Allahdan şikayət etmək kimi “Of, of” etmək divanəlikdir. Əgər sağa-sola, yəni keçmiş və gələcəklərə səbr qüvvətini dağıtmazsa və hazır saata və günə görə saxlasa, ona yetər. Sıxıntı ondan birə enər. Hətta, şikayət olmasın, mən bu üçüncü həbsimdə birneçə gün ərzində, heç ömrümdə görmədiyim maddi və mənəvi sıxıntılı, xəstəlikli müsibətimdə, xüsusilə də Nurun hizmətindən məhrum qaldığımdan yaranmış məyusluq, qəlbi və ruhi sıxıntılar məni əzdiyi sırada, İlahinin köməyi mənə bu yuxarıda dediklərimi göstərdi. Mən də sıxıntılı xəstəliyimdən və həbsimdən razı oldum. Çünki, “mənim kimi qəbir qapısında bir çarəsizə, qəflətlə keçə bilən bir saatını, on ədəd ibadət saatları etmək böyük gəlirdir” deyə şükr etdim.
Üçüncü Nöqtə: Məhbuslara şəfqətli hizmətlə kömək etmək və ehtiyacı olduqları ruzqilərini əllərinə vermək və mənəvi yaralarına təsəllilərlə mərhəm sürməkdə az bir əməl ilə böyük bir qazanc var və çöldən gələn yeməklərini onlara vermək, eynən o yemək qədər o gözətçi və onunla bərabər daxildə və xaricdə işləyənlərin –bir sədəqə hökmündə –əməl dəftərində yazılır. Xüsusilə də, bəlalı, ixtiyar və ya xəstə, fəqir vəya qərib olsa, o mənəvi sədəqənin səvabı daha çox olur.
Beləcə, bu qiymətli qazancın şərti, fərz namazını qılmaqdır. O zaman ki, bu hizməti Lillah üçün olsun. Həm bir şərti də sədaqət, şəfqət və sevinc ilə minnət etməmək tərzində köməklərinə qaçmaqdır.
Səs yoxdur