Kiçik Sözler | Kiçik Sözler | 44
(1-46)
MEYVƏ RİSALƏSİNDƏN
ALTINCI MƏSƏLƏ

[Risalə-i Nurun çox yerində izahı hədsiz qəti dəlilləri olan Allaha və Onun sifətlərinə inanmaq əsasının minlərlə dəlillərindən birtək dəlilə qısaca bir işarətdir.]

Kastamonuda litsey tələbələrindən bir çoxu yanıma gəldilər. “Bizə Xaliqimizi tanıtdır, müəllimlərimiz Allahdan danışmırlar” dedilər. Mən dedim: Sizin oxuduğunuz fənlərdən hər fənn, özünə məxsus bir dillə durmadan Allahdan bəhs edib Xaliqi tanıtdırır. Müəllimləri deyil, onları dinləyin.
Məsələn: Mükəmməl bir aptekin içində hər şüşədə çox heyrət verici həssaslıqla ölçülüb yığılmış müalicəvi dərmanlar və məcunlar var. Bütün bunlar şübhəsiz ki çox məharətli, kimyanı və həkimliyi bilən bir əczaçını göstərir. Belə olduqda, Yer kürəsi əzcaxanasında mövcud olan dördyüz min növdə müxtəlif bitki və heyvan aləmi bizim bildiyimiz aptekdən nə dərəcədə çox mükəmməl və böyük olması nisbətində, oxuduğunuz tibb fənni miqyasıyla Dünyanın ən böyük əczaxanəsinin Əczaçısı olan sonsuz böyüklük Sahibi və hər şeyi hikmətlə Yaradan Allahı hətta kor gözlərə də göstərir, tanıtdırır.
Həm, məsələn: Bir fabrik ki, minlərlə çeşid çeşid parçaları bəsit bir maddədən toxuyur. Şübhəsiz, bir fabrik işçisini və məharətli bir maşinisti tanıtdırır. Eləcə də, planetlərki, yüzminlərlədir və hamısı da İlahinin bir yerdə durmayıb daima hərəkət edən fabrikləri kimidirlər və nə dərəcə bu insan fabriklərindən böyüksə, mükəmməlsə, o dərəcədə oxuduğunuz mexaniki fənnlər ölçüsüylə Yer kürəsinin və planetlərin ustasını və sahibini bildirir və tanıtdırır.
Həm məsələn, necəki: Çox mükəmməl minbir növdə ərzaq bir anbarda və dükkanda davamlı olaraq nizamlı bir qaydada yığılıb saxlanılırsa, şübhəsiz ki, ərzaqları qoruyub saxlayan müstəsna bir dükkan sahibini və məmurunu görmək olar. eləcə də, bir ildə iyirmi dörd min illik bir dairədə durmadan səyahət edən və yüzminlərlə müxtəlif ərzaq ehtiyacı olan tayfaları içinə alan və səyahətləriylə mövsimlərə rastlayıb, baharı böyük bir vaqon kimi, minlərlə müxtəlif təamlarla dolduraraq, qışda ərzağı tükənən biçarə canlılara gətirən və Yer kürəsi deyilən bu Rahmana aid ərzaq saxlama anbarı və Cənab-i Haqqın qüsursuz və əksiksiz yaratdığı gəmi; və minbir növdə gərəkli ləvazimat və malları və konserva paketləri saxlanan bu anbar və İlahi dükkan nə dərəcədə o fabrikdən böyük və mükəmməl isə, oxuduğunuz və oxuyacağınız insan və heyvanların bəsləniş və yaşayışları haqqında bilgi verən elm, o qətiyyətdə və o dərəcədə Yer kürəsi anbarının sahibini, idarəçisini və nizamlayıcısını bildirir, tanıtdırır və sevdirir.
Həm necəki: Daxilində dördyüz min millətdən olan və hər millətin istədiyi ərzağı ayrı, istifadə etdiyi silahı ayrı, geydiyi paltarları ayrı və təlimatı, buraxılması ayrı olan bir ordunun möcüzəli bir komandiri, tək başına bütün o müxtəlif millətlərin müxtəlif ərzaqlarını və müxtəlif silahlarını, paltarlarını və alətlərini, heçbirini unutmayaraq və çaşmayaraq verdiyi o qəribə ordu və ordugah, şübhəsiz açıq bir dəlillə o böyük komandiri göstərir, təqdir edərək sevdirir. Eyni ilə, Yer üzü ordugahında və hər baharda yenidən silah altına alınmış bir yeni Sübhan Allahın ordusunda, bitki və heyvan aləmindən dördyüz min növün çeşid çeşid əlbisə, ərzaq, silahları, təlim, tərhisatları çox mükəmməl və müntəzəm və heç birini unutmayaraq və çaşmayaraq bir tək Ən böyük Komandir tərəfindən verilən Yer kürəsinin bahar ordugahı, nə dərəcə sözü keçən insan ordu və ordugahından böyük və mükəmməl isə, sizin oxuyacağınız əsgərlik sənəti miqyasıyla diqqətli və ağlı başında olanlara o dərəcə Yer kürəsinin Hakimini və Rabbini və Müdəbbirini (Elmi ilə hər şeyin aqibətini əhatə edib ona görə hikmətlə iş görən Allah) və Ən Müqəddəs Əsgəri heyrətlər və hörmətlərlə bildirir və hamd və təsbihlə sevdirir.
Səs yoxdur