Kiçik Sözler | Kiçik Sözler | 43
(1-46)
QƏDİR GECƏSİNDƏ İLHAM EDİLƏN ÖNƏMLİ BİR MƏSƏLƏ.
ONÜÇÜNCÜ SÖZÜN İKİNCİ MƏQAMININ ƏLAVƏSİ.
ONÜÇÜNCÜ SÖZÜN İKİNCİ MƏQAMININ ƏLAVƏSİ.
Qədir gecəsində qəlbə gələn çox geniş və uzun bir həqiqətə çox qısa bir şəkildə işarət edəcəyik. Belə ki:
İnsanlar bu son müharibədə (I dünya müharibəsi) zülmün və basqının ən şiddətlisi və ən acımasız dağıntılarını gördülər. Birtək düşmana görə yüzlərcə günahsız pərişan oldu. Məğlub olanlar dəhşətli ümüdsizlik içində çırpınır; qaliblər böyük narahatçılıqla hakimiyyətlərini qorumağa çalışır, böyük itkilərini qaytara bilməmələrindən, yıxıb viran etdiklərini təmir edə bilmədiklərindən gələn dəhşətli vicdan əzablarıyla boğulurlar. Dünya həyatının bütünlüklə fani və müvəqqəti olması və mədəniyyət uydurmalarının aldadıcı və yalan olduğu hərkəsə bəlli oldu. İnsan fitrətindəki yüksək istedadlar və insanın mahiyyəti dəhşətli ümumi bir surətdə yaralandı. Qəflət və dəlalət, sərt və dilsiz olan təbiət, Quranın almaz qılıncı altında parçalandı. Qəflət və dəlalətin ən boğucu, aldadıcı ən geniş pərdəsi olan dünya siyasətinin çox çirkin, qəddar həqiqi surəti göründü. Bunların olmasıyla əlbəttə heç şübhə yox ki: Şimalda, Qərbdə, Amerikada işarələrinin göründüyünə əsasən, insanların aşiq olduqları dünya həyatı, bu cür çirkin və keçici olduğundan, insan, fitrətinin həqiqi sevdiyi, axtardığı sonsuz axirət həyatını bütün gücüylə axtaracaq. Heç şübhəsiz: Hər sözü və bəyanı möcüzə olan Quranın 1360 ildə, hər əsrdə üçyüz əlli milyon tələbəsi olmuş və hər hökmünə və davasına milyonlarla haqq aşiqləri təsdiq ilə imza atmış; hər dəqiqədə milyonlarla hafizlərin qəlbində öz müqəddəsliyi ilə hakim olmuş; heç bir kitabda bərabəri tapılmayan bir tərzdə, bütün insanların yaralarını müalicə edən şiddətli, qüvvətli və təkrarlı minlərlə ayələriylə açıqcasına və işarətlə onminlərlə dəfə iddia edərək xəbər verən və sarsılmaz qəti dəlillərlə, qətiyyətlə insanlara baki həyatı və əbədi səadəti müjdə və dərs vermişdir. Əlbəttə insanlar, bütünlüklə ağıllarını itirməzlərsə, maddi və ya mənəvi bir qiyamət başlarına qopmazsa: İsveç, Norveç, Finlandiya və İngiltərənin Quranı qəbul etməyə çalışan məşhur hatibləri və Amerikanın haqq dini axtaran vacib bir cəmiyyəti kimi yerüzünün geniş qitələri və böyük dövlətləri hər kəliməsi möcüzə olan Quranı axtaracaq və həqiqətlərini anladıqdan sonra bütün ruh və canlarıyla ona sarılacaqlar. Çünkü, bu həqiqət nöqtəsində qətiyyən Quranın tayı bərabəri yoxdur və ola bilməz və heç bir şey bu ən böyük möcüzənin yerini tuta bilməz.
İkinci olaraq: Risalə-i Nur, bu ən böyük möcüzənin əlində bir almaz qılınc hökmündə olaraq hizmətini göstərmiş və inadcıl düşmənlərini təslim olmağa məcbur etmişdir. Həm qəlbi, həm ruhu, həm də hissləri tam aydınladan və dərmanlarını verəcək bir tərzdə Quran xəzinəsinə dəvət edən və Ondan başqa mənbəyi, qaynağı olmayan və Quranın bir təfsiri olan Risalə-i Nur o vəzifəni tam yerinə yetirir və əleyhindəki dəhşətli propaqandalara və hədsiz inadcıl dinsizlərə tam qələbə çalmış və yolunu azmışlığın ən sərt, qüvvətli qalası olan təbiəti, “Təbiət Risaləsi” ilə parça-parça etmiş və qəflətin ən qalın və boğucu, geniş çevrəsində və fənnin ən geniş sahələrində “Asa-yı Musa” dakı Meyvənin Altıncı Məsələsi və Birinci, İkinci, Üçüncü, Səkkizinci Hüccətləriylə çox parlaq bir tərzdə qəfləti dağıdıb, tevhid nurunu göstərmişdir.
Səs yoxdur