Kiçik Sözler | Kiçik Sözler | 40
(1-46)
RİSALƏ-İ NUR İDRAKINDAN ONÜÇÜNCÜ SÖZÜN İKİNCİ MƏQAMININ HAŞİYƏSİDİR.
Bismihi sübhânəhü.
Bismihi sübhânəhü.
Risalə-i Nurdakı həqiqi təsəlliyə məhbuslar çox möhtacdırlar. Xüsusilə, gənclik zərbəsini yeyib, təzə və şirin ömrünü həbsdə keçirənlərin, Nurlara çörək qədər ehtiyacları var. Bəli, gənclik damarı, ağıldan çox hissləri dinlər... Hiss və həvəs isə kordur, aqibəti görməz. Bir dirhəm hazır ləzzəti, gələcəkdəki bir batman ləzzətdən üstün tutar. Bir dəqiqə intiqam ləzzəti ilə qətl törədər, səksən min saat həbs acısı çəkər və bir saat əyləncə keyfiylə bir namus məsələsində, minlərlə gün həm həbsin, həm düşmanın qorxusundan sıxıntılarla ömrünün səadəti məhv olur. Bunlara nisbətən biçarə gənclərin çox təhlükələri varki: Ən şirin həyatını ən acı və acınacaqlı bir həyata çevirir və xüsusilə də şimalda böyük bir dövlət, gənclik həvəslərini əldə edərək, bu əsri fırtınalarıyla sarsır. Çünkü, aqibəti görməyən kor hissiyatla hərəkət edən gənclərə, namus əhlinin gözəl qızlarını və qadınlarını halal edər, hətta hamamlarında erkək qadın çılpaq olaraq bərabər girmələrinə izin vermələri cəhətdən bu günahlara cəsarət verir. Sərsəri və fəqir olanlara da zənginlərin mallarını halal edərki, bütün bəşər bu müsibətə qarşı titrəyir.
Bu əsrdə İslam və Türk gənclərinin, qəhramancasına davranıb iki tərəfdən hücum edən bu təhlükəyə qarşı, Risale-i Nurun Meyvə və Gənclik rəhbəri kimi qılınclarıyla qarşılamaları lazımdır. Yoxsa o çarəsiz gənc, həm dünyada gələcəyini, həm xoşbəxt həyatını, həm axirətdəki səadətini və bitməz həyatını əzablara, kədərlərə çevirib məhv edər və sui istifadə və əyləncələrlə xəstəxanalara və hisslərinin azğınlıqlarıyla həbsxanalara düşər. Təəssüflər və peşmançılıqla yaşlandıqda çox ağlayacaq. Əgər Quran tərbiyəsi və Nurun həqiqətləriylə özünü qorusa, tam bir qəhraman gənc və mükəmməl bir insan, xoşbəxt bir Müslüman və digər canlılara, heyvanlara bir növ sultan olur.
Bəli, bir gənc həbsdə iyirmidörd saat hərgünkü ömründən tək bir saatını beş fərz namazına sərf etsə və bəzi bir çox günahlara həbs həyatı mane olduğu kimi, o müsibətə səbəb olan xətadan da tövbə edib başqa zərərli, kədərli günahlardan çəkilsə həm həyatına, həm gələcəyinə, həm vətəninə, həm millətinə, həm əqrabasına böyük bir faydası olması kimi o on-onbeş illik fani gəncliklə əbədi parlaq bir gəncliyi qazanacağını, başda hər kəlməsi və bəyanı möcüzə olan Quran, bütün Müqəddəs Kitablar və Səmavi Səhifələr qəti xəbər verib, müjdələyirlər.
Bəli, o şirin, gözəl gənclik nemətinə istiqamətlə, itaətlə şükr etsə həm artar, həm sonsuzluq qazanır, həm də ləzzətlənir. Yoxsa həm bəlalı olur, həm kədərli, qəmli, kabuslu olub gedər; qohum-əqrabasına, vətəninə və millətinə zərərli bir sərsəri ola bilər.
Əgər məhbus, haqsız yerə məhkum olmuşsa, fərz namazını qılmaq şərtiylə, hərbir saatı, bir gün ibadət olduğu kimi, o həbs onun haqqında yalnız başına əzab çəkib ibadət etmək üçün bir yer olub, keçmiş zamanda mağaralara girərək yalnız ibadət edən salihlərdən sayıla bilərlər.
Əgər fəqir, yaşlı, xəstə və iman həqiqətlərinə bağlı isə, fərzləri etmək və tövbə etmək şərtiylə hərbir saatları iyirmi saat ibadət olub həbs ona bir istirahət yeri və ona acıyan dostlar üçün bir sevgi yuvası, tərbiyə yeri, bir dərs evi hökmünə keçər. O həbsdə qalmaqla, çöldəki qarmaqarışıqlıqdan, günahların hücumuna məruz qalan sərbəstlikdən daha çox xoşlana bilər. Həbsdən tam tərbiyə alır. Çıxdığı zaman bir qatil, intiqam alan olaraq deyil, daha çox tövbəkar, təcrübəli, tərbiyəli, millətə mənfəətli bir adam çıxar. Hətta Dənizli həbsindəki şəxslərin az zamanda Nurlardan fövqaladə əxlaq gözəlliyi dərsini alanları görən bəzi şəxslər demişlər ki: “Tərbiyə üçün onbeş il həbsə atmaqdansa, onbeş həftə Risale-i Nur dərsini alsalar, onları daha çox islah edər.”
Səs yoxdur