Kiçik Sözler | Kiçik Sözler | 36
(1-46)
ONÜÇÜNCÜ SÖZÜN İKİNCİ MƏQAMI
Bismillâhir Rahmânir Rahîm.
[Cazibəli bir fitnə içində yaşayan və hələ ağlını itirməyən bəzi gənclərə bir söhbətdir]
Bismillâhir Rahmânir Rahîm.
[Cazibəli bir fitnə içində yaşayan və hələ ağlını itirməyən bəzi gənclərə bir söhbətdir]
Bəzi gənclər bugünkü aldadıcı və cazibəli günah dolu, nəfsani, şəhvətli məşğuliyyətlər və nəfsani istəklərin hücumları qarşısında “axirətimizi necə qurtaracağıq” deyə Risalə-i Nurdan kömək istədilər. Mən də Risalə-i Nurun mənəvi şəxsi adına onlara dedim ki: Qəbir var, heçkim inkar edə bilməz. Hərkəs istəsə də istəməsə də oraya girəcək. Oraya girmək üçün də üç tərzdə “Üç Yol” dan başqa yol yoxdur.
Birinci yol: O qəbir, iman əhli üçün bu dünyadan daha gözəl bir aləmin qapısıdır.
İkinci yol: Qəbir, axirəti təsdiq edən, lakin əyləncəyə düşkün olan, haqq yolundan azanlar üçün, bütün dostlarından ayrı, tənha, yalnız başına sürəcək olan əbədi bir həbs qapısıdır. Belə inandığı və düşündüyü üçün və inandığı kimi əməl etmədiyi üçün ona qarşı bu cür davranılacaq.
Üçüncü yol: Qəbir, axirətə inanmayan inkar əhli, haqq yoldan azanlar üçün əbədi bir edam qapısı, yəni, həm özünü, həm bütün sevdiklərini edam edəcək bir darağacıdır. Bucür bildiyi üçün, eyni şeyi cəzası olaraq görəcək. Bu iki bənd aşkardır, dəlil istəmir və göz ilə görülür. Bu haldaki əcəl gizlidir, gənc, ixtiyar fərqi yoxdur, hər an ölüm başını kəsmək için gələ bilir, əlbəttəki, daima gözü önündəki belə böyük və dəhşətli məsələ qarşısında biçarə insan, özü üçün o əbədi edam, həbs hücrəsindən qurtulmaq çarəsini axtarmaq və qəbir qapısını sonsuz axirət aləminə, əbədi bir səadət və nur aləminə açılan qapıya çevirmək istər ki, bu da insan üçün dünya qədər böyük bir məsələdir.
Bu danılmaz həqiqətin, bu üç yol ilə olduğunu və bu üç yolun da sözü keçən üç həqiqət ilə olacağını xəbər verən yüz iyirmi dörd min peyğəmbər, əllərində onları təsdiq edən möcüzələrlə Nəbilər və o Nəbilərin xəbər verdikləri eyni xəbərləri, kəfş, zövq və şahidlik ilə təsdiq edən və imza atan 124 milyon evliyanın eyni həqiqətlərə şahidlikləri, saya hesaba gəlməyən İslam alimlərinin qəti dəlilləriylə - o Nəbilərin və vəlilərin verdikləri eyni xəbərləri – ağıl yolu ilə elmi təhqiqatlarla imana sahib olma dərəcəsində isbat etdikləri və yüzdə doxsan doqquz kəsin olma ehtimalı ilə hamısı xəbər verirlər ki, edam və əbədi zindandan qurtulmaq və o yolu əbədi səadətə çevirmək yalnız iman və itaət ilədir...
Görəsən yüzdə bir həlak olma ehtimalı olan bir təhlükəyə girməmək üçün bir tək xəbər verənin sözü nəzərə alınsa və onun sözünü dinləməyib dərhal təhlükəyə girən adamın iştahasını həlak olacağı qorxusu ilə yaranan mənəvi acı qaçırırsa...bucür yüzminlərcə doğru və doğruluğu təsdiq olunmuş xəbər vericilərin yüzdə yüz ehtimal ilə, haqq yolundan azmağın və ömrünü mənasız əyləncələrə həsr etməyin göz önündəki qəbrin darağacına və əbədi olaraq bir hücrədə, təkbaşına həbsinə səbəb olduğunu; və iman və qulluğun yüzdə yüz ehtimal ilə o darağacını qaldırıb, təkbaşına həbs hücrəsini bağlayıb, bu göz önündəki qəbri əbədi bir xəzinəyə, səadət sarayına açılan bir qapıya çevirir deyə xəbər verən və bunun əlamət və nişanələrini göstərdikləri halda, bu qəribə, heyrət verən, dəhşətli və əzəmətli məsələ qarşısında olan çarəsiz insan və xüsusilə də Müsəlman: Əgər iman və ibadəti olmazsa, bütün dünya səltənəti və ləzzəti bir tək insana verilsə, görəsən o qəbirin, hər an oraya çağrılacağını gözləyən bir insana verdiyi o narahatçılıqdan gələn kədəri qaldıra bilərmi? Sizdən soruşuram.
Səs yoxdur