Kiçik Sözler | Kiçik Sözler | 34
(1-46)
Məsələn: “O, gündüzü onu qovan gecə ilə örtər.” Araf:54; “O gün səmanı kitab səhifələrini bükən kimi bükərik” Ənbiya:104; “Tək bir səslə onların hamısı birdən toplanıb hüzurumuza gətirilirlər” Yasin:53 kimi hədsiz həqiqətləri buna şahiddir. Quranın hərbir ayətinin, qaranlığı dəlib keçən parlaq ulduz kimi möcüzə və hidayət nurunu yaymaqla küfr zülmətini necə dağıtdığını görmək, zövq almaq istəyirsənsə özünü o cahillik əsrində və o bədəvi səhrasında fərz etki, hərşeyin qəflət və bilgisizlik qaranlığı altında təbiətin donuq və qatı pərdəsi ilə sarılmış olduğu bir anda, birdən Quranın uca dilindən “ Göylərdə nə var, yerdə nə varsa, hərşeyin həqiqi sahibi olan, hərcür nöqsandan uzaq olan, qüdrəti hər şeyə qalib olan və hikməti hərşeyi saran Allahı təsbih edər. Cuma:1” kimi ayətləri eşit, bax. Aləmdəki o ölmüş vəya yatmış varlıqlar necə yüsəbbihu (təsbih edər) sədasıyla eşidənlərin zehnində dirilirlər, ayıq olurlar, qiyam edib zikr edirlər. Həm o qaranlıq göyüzündə bir ruhsuz, qatı bir atəş parçası olan ulduzlar və yerdəki pərişan məxluqlar “Yeddi göy və yer və onların içindəkilər Onu təsbih edər. İsra: 44” çağırışıyla eşidənlərin nəzərində göyüzü bir ağız, bütün ulduzlar hikmət göstərən kəlimə, bir həqiqət nuru, yerüzü bir bədənin başı, torpaq və dəniz dil və bütün heyvanlar və bitkilər durmadan təsbih edən kəlimə şəklində öz gözəlliklərini göstərirlər. Yoxsa, bugündən keçmişə, o zamana baxmaqla sözü keçən o zövqün dərinliklərini görə bilməzsən. Bəli, o zamandan bəri nurunu yayan və zaman ötdükcə artıq hərkəsin bilib anladığı elmlər vəziyyətində olan və digər İslamın nurlu həqiqətləri ilə parlayan və Quran günəşiylə gündüz rəngini alan bir vəziyyət ilə yaxud səthi və bəsit bir alışqanlıq nəzəri ilə baxsan, əlbəttəki, hərbir ayətin nə qədər şirin bir möcüzəlik nəğməsi içində bir çox qaranlıqları dağıtdığını haqqıyla görə bilməzsən və bir çox gözəl möcüzələr içində bu fərqli möcüzələri dərk edib onlardan zövq ala bilməzsən. Hər kəlməsi və bəyanı möcüzə olan Quranın möcüzəlik dərəcəsinə baxmaq istəyirsənsə, bu təmsili dinlə bax. Belə ki:
Çox hündür və heyrət verici bir tərzdə yayılmış qəribə bir ağac fərz edək ki: o ağac insanların göz, ağıl və hissləriylə görə bilmədikləri bir pərdə altında, bir gizlilik təbəqəsi altında qorunmuş, gizlədilmişdir. Məlumdurki, insan əzaları kimi, bir ağacın onun budaqları, meyvələri, yarpaqları, çiçəkləri kimi bütün üzvləri arasında bir əlaqə, bir yaxınlaşma, bir ölçü lazımdır. Hər bir parçasına, o ağacın mahiyyətinə, əsasına görə bir şəkil, bir surət verilir. Beləcə, bir rəssam heç görünməyən (və hələ də görünmür) o ağaca aid, bir pərdə üzərində onun hərbir əzasının qarşılığında bənzətmə ilə bir rəsim çəksə, budaqdan meyvəyə, meyvədən yarpağa bir hüdud, sərhəd çəksə, bir birindən hədsiz dərəcədə uzaq məsafədə olan başlanğıc və son mərkəzində üzvlərinin eyni şəkil və surətini göstərəcək uyğun rəsmlərlə doldursa, əlbəttə şübhə qalmaz ki, o rəssam o gizli ağacı qeybi bilən bir nəzərlə görür, qavrayır və sonra təsvir edir.
Eyni ilə onun kimi, Möcüzə bəyanlı Quran da yoxluqdan varlığa qədər mümkün olan hərbir şeyin həqiqətinə aid (dünyanın yaradılmasından sonuna qədər uzanmış, Yerdən Göyə və zərrədən günəşə qədər yayılmış olan yaradılış ağacının həqiqətinə aid) içindəki bəyanatları o qədər uyğunluğu qorumuş və hərbir üzvə və meyvəyə layiq bir surət vermişdir ki, həqiqətləri araşdıran hərkəs araşdırmalarının sonunda Quranın təsvirinə: “Maşallah, Barəkallah” deyib “Kainatdakı gizli həqiqətləri və bilinməyən hər şeyi kəşf və fəth edən yalnız sənsən ey Hikmət kitabı Quran” demişlər. Və lillahil məsəlül a`la.(Ən uca sifətlər Allahındır. Nahl:60) –təmsildə qüsur yoxdur –Allahın Əsma və Sifətləri və Fellərini Cənnətdəki səadət ağacı (budaqları aşağı sallanan və kökləri göydə olan Tuba ağacı) hökmündə təmsil edəkki, Onun böyüklük dairəsi o Tuba ağacı kimi əzəldən əbədə uzanıb gedir. Böyüklüyünün hüdudu, sonsuz fəzanı sonsuzluğadək yayılaraq əhatə edir. İcraatının hüdudu, Hüvəlləzî yusavviruküm fil ərhami kəyfə yəşāü.(“Analarınızın rahimlərində sizə istədiyi kimi şəkil verən də O`dur.” Al-i İmran:6); Fêliqul habbi vənnəvâ.(“Toxumları və çəkirdəkləri çatladan Allah.” Ən`am:95); Yəhûlü bəynəl mər`i və qalbihi. (“Allah şəxs ilə onun qəlbi arasına girər.Ənfal:24) hüdudundan götür, Və səxxaraşşəmsə və`l qaməra. (“Günəşi və Ayı da əmrinə boyun əydirdi.” Ra`d:2); Xaləqas səmâvâti və`l arda fî sittəti əyyâm. (“Göyləri və Yeri altı gündə yaradan Odur.” Hud:7); Vəssəmâvâtü mətviyyâtün biyəmînih. (“Göylər Onn qüdrət əlində dürülmüşdür.” Zümər:67) hüduduna qədər uzanmış o nurlu həqiqətləri, bütün kök və budaqlarıyla, meyvələriylə o qədər birbirinə uyğun, birbirinə layiq, birbirini qırmayacaq, birbirinin hökmünü pozmayacaq, birbirindən ayrılmayacaq dərəcədə Allahın isimləri, sifətləri, hal və fellərini bəyan etmişdirki, bütün həqiqəti dərk edənlər və mələklər dairəsində dolaşan bütün irfan və hikmət sahibləri bu Qurandakı bəyanlara qarşı “Sübhanallah” deyib, “Nə qədər doğru, nə qədər uyğun, nə qədər gözəl, nə qədər layiq” deyərək təsdiq edirlər.
Səs yoxdur