Kiçik Sözler | Kiçik Sözler | 32
(1-46)
Qurandan sonra ikinci dərəcədə Müqəddəs kitablar və Səmavi Səhifələrin də dərəcələri nisbətində üstünlükləri vardır, Quranın malik olduğu üstünlük sirrindən bu kitab və səhifələrin də payı var. Əgər bütün cin və insanın Qurandan sızmayan bütün gözəl sözləri toplansa, yenə Quranın müqəddəs mərtəbəsinə yetişib ona bənzəyə bilməz. Əgər Quranın İsmi Azamdan və hər ismin böyüklük mərtəbəsindən gəldiyini bir azda olsa anlamaq istəyirsənsə:
Ayət-ül Kürsi(Bəqara: 255) və Qaybın açarları da Allahın indindədir. Ən`am:59 ayəsi;
Ey mülkün həqiqi sahibi olan Allahım! Al-i İmran:26 ayəsi və O, gündüzü onu arxasınca qovalayan gecə ilə örtər. O, günəşi, ayı və ulduzları da əmrinə boyun əymiş olaraq yaratdı. A`raf:54 ayəsi;
Və deyildiki “Ey yer, suyunu ud! Ey göy, sən də suyunu tut!” Hud:44 ayəsi;
Yeddi göylə yer və onun içindəkilər Onu təsbuh edər. İsra:44 ayəsi;
Sizin yaradılmağınız da, dirildilməyiiz də tək bir insanın yaradılıb dirildilməsi kimidir. Loğman:28 ayəsi;
Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik... Ahzab:72 ayəsi;
O gün səmanı kitab səhifələrini bükər kimi bükərik. Ənbiya: 104 ayəsi;
Onlar Allahın qüdrət və əzəmətini haqqıyla bilə bilmədilər. Halbuki qiyamət günündə yerüzü bütünlüklə Onun əmrindədir, göylər də Onun qüdrətiylə dürülmüşdür. Zümər:67 ayəsi;
Əgər Biz bu Quranı bir dağa endirsəydik, parça parça olduğunu görürdün. Haşir:21. kimi ayələrin ümumi, hərşeylə əlaqəli, ülvi ifadələrinə bax... Həm, başlarında Əlhəmdulillahi vəyaxud səbbəha və yüsəbbihu olan surələrin başlarına diqqət etki bu böyük sirrin şüalarını görəsən. Həm, əlif laaaam miiiim lərin və əlif laaam raa ların başlanğıcına baxki Quranın Cənab-ı Haqq ın yanında əhəmiyyətini biləsən.
Əgər bu “Dördüncü Əsas”ın qiymətli sirrini anladınsa, o zaman Nəbilərə gələn vəhyin çoxunun mələk vasitəsiylə olduğunu və ilhamın çoxunun vasitəsiz olduğunu, ən böyük bir vəlinin heçbir nəbinin dərəcəsinə yetişmədiyinin sirrini, Quranın əzəmətini və müqəddəsliyinin üstünlüyünü və möcüzəliyinin ucalıq sirrini anlarsan. Həm, Miracın niyə lazım olduğunu, yəni, Rəsulallahın (s.a.s) Səmalara yüksəlməsinin, Sidrət-ül Müntəhaya (yeddinci qat göydə olduğu söylənilən və Rəsulallahın(s.a.s)çatdığı ən son məqam), Kab-ı Kavsəynə(Muhamməd (s.a.s) ın Miracda vasitəsiz olaraq Allah(c.c) ilə danışdığı məqam) gedib “Ona şah damarından daha yaxın” Qaf:16 olan Zat-ı Zülcəlal ilə söhbət etməsini və bütün bunların göz qapağının bir dəfə açılıb qapanması kimi qısa bir zamanda olması sirrini anlarsan... Bəli, necəki, ayın iki yerə bölünməsi peyğəmbər olduğunu insan və cinlərə göstərdiyi peyğəmbərlik möcüzəsidir, eləcədə, Mirac da onun sevgili olduğunu ruh və mələklərə göstərən qulluq möcüzəsiydi...
Allâhümmə salli və səllim aleyhi və alâ âlihî kəmâ yəlîqu birahmətikə və bihurmətihî. Âmîn.
Allahım, sənin rahmətinə və onun (s.a.s) şanına yaraşır bir şəkildə ona və ailəsinə salat və səlam eylə. Amin.
Səs yoxdur