Kiçik Sözler | Kiçik Sözler | 30
(1-46)
Sonra o biri haqqı bilən, hər şeyi dərindən araştıran alimin əsərinə baxdı, gördü ki, çox gözəl və faydalı bir təfsir və çox hikmətli, mürşüd, yol rəhbəri olacaq ölçüdə bir əsərdir. “Afərin, barəkallah” dedi. Bax, hikmət budur və alim, hikmət sahibi bunun sahibinə deyərlər. O biri adam isə, həddini aşmış bir sənətkardır. Sonra onun əsərinə bir mükafat olaraq hər bir hərfinə qarşılıq tükənməz xəzinəsindən “On qızıl verilsin” deyə əmr etdi.
Əgər təmsili anladınsa bax, həqiqətin üzünü də gör:
O bəzəkli Quran bu sənətkarcasına yaradılmış kainatdır. O hakim isə, Varlığının başlanğıcı olmayan, və hər şeyi hikmətlə yaradan Allahdır. O iki adam isə, əcnəbi olan, fəlsəfə elminin bilicisidir. Digəri, Quran və tələbələridir. Bəli, hikmətli Quran bu böyük bir Quran kimi dərin mənalar ifadə edən kainatın ən ali bir təfsircisi və ən bəlağətli bir tərcüməçisidir. Bəli, O Furkandır (Haqq ilə batili bir birindən, yanlışı doğrudan ayıran) ki: Bu kainatın hər səhifəsində və zamanın hər dilimində qüdrət qələmi ilə yazılan, varlıqlarda görülən dəlillər cin və insanlara dərs verir. Bu dəlillər hərbiri bir mənalı hərf olan yaradılmışlara onları Yaradanla birlikdə düşünüldüyündə qazandığı məna ilə, yəni Sani(sənətkarca Yaradan) hesabına baxar, “Nə qədər gözəl yaradılmış, necə də gözəl bir surətdə Sanii Allahın cəmalına dəlildir” deyir və bununla kainatın həqiqi gözəlliyini göstərir. Amma, hikmət elmi dedikləri fəlsəfə isə varlıqların hərfərini bəzəklərinə (növlərin müxtəlifliyinə) və onlar arasındakı əlaqələri düşünməklə özünü məşğul etmiş və sərsəmləmiş, həqiqətin yolunu azmış... Bu böyük kitab, Kainat varlıqlarına Allah hesabına, onları Yaradan hesabına baxmalı ikən, belə etməyib sadəcə onlara varlıq olmaları hesabına baxmış, eləcə də bəhs etmişdir. “Nə gözəl yaradılmış” əvəzinə “Nə gözəldir” deyib çirkinləşdirərək kainatı təhqir edib onu özünə şikayətçi edər. Bəli, dinsiz fəlsəfə, həqiqətsiz bir uydurmadır və kainata bir təhqirdir...
İKİNCİ ƏSAS: Hikmət kitabı Quran hikmətinin şəxsi həyata verdiyi əxlaqi tərbiyə və fəlsəfə hikmətinin şəxsi həyata verdiyi dərsin qarşılaşdırılması:
Fəlsəfənin əsl şagirdi bir firoundur. Fəqət öz mənfəəti üçün ən dəyərsiz şeyə belə ibadət edən alçaq bir firoundur. Hər mənfəətli şeyi özünə “Rəbb” bilir. Həm o dinsiz şagird kibirli və inadcıldır və bir ləzzət üçün bitməyən alçaqlığı qəbul edən, dəyərsiz mənfəətlər üçün şeytan kimi şəxslərin ayağını öpməklə özünü alçaldan əxlaqsız bir inadçıdır... Həm də o dinsiz şagird qəddar və qürurludur və qəlbində bir şeyə dayanma və güvənmə halı olmadığı üçün xaraktercə çox zəif olmasıyla bərabər bacarıqsız və hər zaman özünü başqalarına bəyəndirməyə çalışan biri, sadəcə öz mənfəətini düşünən, başqalarına köməyi olmayan biridir ki: Həyat qayəsi ancaq nəfsi, mədəsi və şəhavani hisslərini, həvəslərini təmin etmək və şəxsi mənfəətini başqalarının mənfəəti içində axtararaq hiləbaz və özünü bəyənmiş olmaqdır...
Quran hikmətinin əsl şagirdi isə bir quldur. Lakin qul olmağına baxmayaraq kiçikdən böyüyə heç bir yaradılana təzim, ibadət etməklə özünü alçaltmaz. Həm, cənnət kimi ən böyük mənfəəti ibadətin gayəsi qəbul etməyən bir izzətli və şərəfli, mütəvazi, qürurlu olmayan və zəif olduğunu bilən bir quldur. Buna baxmayaraq, onu Xəlq edənin izni olmadan O`ndan bir başqasının qarşısında alçalmaz, boyun əyməz. Bu qul fəqir və zəif, çarəsizdir və özündə olan heçbir şeyin həqiqətdə ona aid olmadığını, iqtidarının olmamasını, ixtiyarının əlində olmadığını, gücsüz və zəif olduğunu anlayır, bilir. Lakin, bol ihsan və ikram sahibi olan, hərşeyin gerçək sahibi olan Allahın onun üçün hazırladığı axirətdəki sərvət ilə gözü, könlü tox və Seyyidinin sonsuz qüdrətinə dayandığı üçün güclü, əmindir. Həm də, sadəcə Allah adına, Allah rizası üçün, fəzilət üçün əməl edər, çalışar... Beləcə, iki hikmətin verdiyi tərbiyə, iki şagirdin qarşılaşdırılması ilə anlaşılır...

Səs yoxdur