Kiçik Sözler | Kiçik Sözler | 27
(1-46)
• İşa vaxtında ki o zaman, gündüzün üfüqdə qalan izləri belə yox olur və gecə aləmi Kainatı örtər. Muqallibül ləyli vənnəhar (Gecə və gündüzü çevirən) olan Böyüklük Sahibi və hərşeyə gücü yetən Allahın o bəyaz səhifəni bu qara səhifəyə çevirməsindəki Rabbin İradəsi və Hökmüylə yazın gözəl yaşıl səhifəsini, qışın soyuq bəyaz səhifəsinə çevirməsindəki Musaxxıruş çəmsi və`l qaməra (Günəşə və aya boyun əydirən) olan sonsuz mükəmməllik Sahibi, hər şeyi hikmətlə edən Allahın İlahi fəaliyyətlərini xatırladır.
Həm zamanın keçməsiylə qəbir əhlindən geri qalan izlərin belə bu dünyadan kəsilməsiylə bütünlüklə başqa aləmə keçməsindəki “Ölümü və Həyatı Yaradan” Allahın işlərini xatırladır... həm, dar, fani və qiymətsiz dünyanın tamamilə xarab olub, böyük heyrətlərlə yox olub, geniş, sonsuz və əzəmətli axirət aləminin inkişafında Yeri və Göyü Yaradan, yoxdan Var edən Allahın Cəlal və Cəmal Sifətlərinin təcəllilləri olan icraatlarını xatırladan bir zamandır. Həm, bu Kainatın gerçək Sahibi-Malik və İdarə edicisi-Mutasarrıf, İbadətə layiq olan-Mabud və həqiqi Sevgili-Mahbubu, o Zat ola bilər ki; gecə gündüzü, qış və yayı, Dünya və Axirəti, bu kitabın səhifələri kimi asanlıqla çevirir, yazıb pozur və dəyişdirir. Bütün bunlara hökm edən bir Qüdrəti mütləq olan və hərşeyə gücü yetən, Sonsuz Qüdrət Sahibi olduğunu isbat edən bir zamandır. Beləcə, sonsuz acizlik, zəiflik, sonsuz fəqirlik, möhtaclıq, sonsuz bir gələcəyin qaranlıqlarına dalmaqda, həm sonsuz hadisələr içində çalxalanmaqda olan insan ruhu Yatsı Namazını qılmaq üçün bu mənadakı namazda İbrahim (a.s) kimi: Lə ühibbül`l aafiliin(mən batıb gedənləri sevmərəm Ənam:76) deyib heç yox olmayan və bütün məxluqların Ona ibadət etdiyi və hərşeyin Ona sevgi bəslədiyi Allahın Dərgahına namaz ilə sığınıb bu fani aləmdə və fani ömürdə, qaranlıq dünyada və qaranlıq gələcəkdə, Əbədiyyən var olan Allaha yalvarıb bir azca da olsa daimi söhbət, bir neçə dəqiqəlik əbədi ömür içində dünyasına nur səpəcək, gələcəyini işıqlandıracaq, yaradılanlar və sevdiklərindən ayrı qalacağından əmələ gələn yaralarına məlhəm sürəcək olan Rahman və Rahim Allahın mərhəmətini və hidayər nurunu görüb istəmək... həm müvəqqəti olaraq onu unudan və gizlənən dünyanı o da unudub, dərdlərini qəlbin ağlamasıyla Rahmət Dərgahına töküb...həm nə olur nə olmaz, ölümə bənzəyən yuxuyz getməzdən öncə, son qulluq vəzifəsini edib, günlük əməl dəftərini bu günün sonunda imanla bağlamaq üçün namaza kiyam etmək, yəni bütün fani sevdiklərinə bədəl bir Mabud və Mahbub-u Baki (İbadətə layiq olan və ölümsüz Sevgili olan Allah)nin və bütün dilənçilik etdiyi gücsüzlərə bədəl Hərşeyə gücü yetən Allahın və bütün titrədiyi zərərlərin şərrindən qurtulmaq üçün bir Sonsuz Mərhəmət Sahibi və hərşeyi qoruyan Allahın hüzuruna çıxmaq.. həm Fatiha ilə başlamaq, yəni, heçbir şeyə yaramayan və yerində olmayan qüsurlu, fəqir məxluqları tərif minnətdarlığa bədəl sonsuz və hədsiz Kəmal sahibi, hərşeyə Sahib, Özü heç bir .eyə möhtac olmayan, çox mərhəmətli və ikramı bol olan bütün aləmlərin Rabbini tərif etmək... həm xitabına yüksəlmək, yəni, kiçikliyi, heçliyi, kimsəsizliyi ilə bərabər, əzəl və əbəd Sultanı olan Malik-i Yevmiddin (din gününün Sahibi) ə bağlanmaq, itaətinə girməklə bu kainatda nazlı bir qonaq və əhəmiyyətli bir vəzifəli məqamına girib, iyyəkə nə`büdü və iyyəkə nəstəıyn deməklə bütün məxluqlar adına Kainatın ən böyük camaatları və cəmiyyətlərindəki ibadət və yalvarmaları O`na təqdim etmək... Həm, ihdinəs sırata`l müstaqıym deməklə, gələcək qaranlığı içində Əbədi Səadətə gedən, nurlu yolu olan Sırat-ı Müstaqıym(Allahın razı olduğu ən doğru yol) ə hidayəti istəmək... Həm, indi yatmış bitkilər, heyvanlar kimi gizlənmiş Günəşlər, ayıq ulduzların hamısı bir əsgər kimi itaətə hazır və bu misafirxana olan aləmdə bir lampa və hizmətkarı olan Sonsuz böyüklük Sahibib Allahın Əzəmətini, Qüdrətini düşünüb “Allahü Əkbər” deyib rükuya getmək...
Həm bütün məxluqların ən böyük səcdəsini düşünüb, yəni bu gecədə yatmış məxluqlar kimi hər ildə, hər əsrdəki fərqli məxluqlar, hətta Yerüzü, hətta Dünya, bir nizamlı ordu, hətta hərbiri müti şəxs kimi dünya həyatında yerinə yetirilən qulluq vəzifəsindən Kün fəyəkün əmri ilə azad edildiyi zaman, yəni qeyb aləminə göndərildiyi zaman, sonsuz intizam ilə “Allahü Əkbər” deyib səcdə etdikləri... həm Kün fəyəkün əmrindən gələn dirildici bir səs və xəbərdarlıqla yenə baharda qısmən eyni ilə, qismən də bənzər olaraq, kiyam edib, Mevlanın dərgahında əl bağlayıb hizmət etdikləri kimi, bu balaca insan, onlara uyaraq o Sonsuz kemal Sahibi və hərşeyə mərhəmət edib münasib ruzisini verən, yaratdıqlarına qarşı sonsuz şəfqətli olan Allahın hüzurunda heyrət qarışmış bir məhəbbət, sonsuzluqla qarışıq bir təvazü, izzətlə qarışıq bir zillət içində “Allahü Əkbər” eyib səcdəyə getmək, yəni bir növ Miraca çıxmaq denək olan işa namazını qılmaq, nə qədər xoş, nə qədər gözəl, nə qədər şirin, nə qədər yüksək, nə qədər şərəfli və ləziz, nə qədər ağla yaxın və münasib bir vəzifə, bir hizmət, bir qulluq, bir ciddi həqiqət olduğunu əlbəttə anladın.
Deməli, bu beş vaxt, hərbiri, bir böyük dəyişmənin işarətləri və Rabbin böyük icraatlarının işarələri və Allahın böyük və ümumi nemətləndirmələrinin əlamətləri olduqlarından; borc və məsuliyyət olan fərz namazın o zamanlara ayrılması son dərəcə hikmətlidir.
Sübhânəkə lê ılmə lənâ illê mê alləmtənê innəkə əntə`l aliimü`l hakiym.
(Səni hər cür nöqsandan uzaq bilirik. Sənin bizə öyrətdiyindən başqa bildiyimiz yoxdur.
Şübhəsiz ki elmi və himəti hər şeyi əhatə edən Sənsən. Bəqara: 32)
Əllâhümmə salli və səllim alâ mən ərsəltəhü müallimən li ıbâdikə liyüalliməhüm kəyfiyyətə ma`rifətikə və`l ubûdiyyətə ləkə və muarrifən li künûzi əsmêikə və tərcümênən li âyêti kitâbi kâinêtikə və mir`âtən biubûdiyyətihî bihamêli rubûbiyyətikə və alâ âlihî və sahbihî əcmaînə vərhamnê vərhamil mu`minînə və`l mu`minâti Âmîn birahmətikə yâ ərhamərrâhimiyn.
Allahım, Səni necə tanımalı, Sənə necə qulluq etmək lazım olduğunu öyrətmək üçün qullarına müəllim, isimlərinin xəzinələrini tanıdıcı, kainat kitabının ayətlərinin tərcüməçisi, qulluğuyla Rububiyyət(Allahın hər yerdə hər məxluqa ehtiyacı olduğu şeyləri verməsi, tərbiyə və tədbir etməsi keyfiyyəti) gözəlliyinin aynası olaraq göndərdiyin zata, onun bütün sülalə və Səhabilərinə səlat və səlam eylə. Bizə və kişi, qadın bütün müminlərə mərhəmət eylə. Amin. Bunu rahmətinlə et, ey mərhəmə edənlərin ən mərhəmətlisi!

Səs yoxdur