Kiçik Sözler | Kiçik Sözler | 26
(1-46)
•Zühr zamanında ki, o zaman, gündüzün ortası və günəşin tam ortada olduğu bir vaxtda gündəlik işlərin qaynar vaxtı və məşğuliyyətlərin sıxıntısından müvəqqəti bir istirahət anı.. və fani dünyanın və ağır işlərin verdiyi qəflət və sərsəmlikdən ruhun tənəffüsə ehtiyac vaxtı.. və İlahi nemətləndirmələrin təzahür etdiyi bir andır. İnsan ruhu, o təzyiqdən, sıxıntıdan qurtulub, o qəflətdən sıyrılıb, o mənasız və sonlu şeylərdən çıxıb Sonsuz Həyat Sahibi olan və hər şeyi ayaqda tutan, gerçək nemətləri verən Allahın dərgahına durub əl bağlayaraq, bütün nemətlərinə şükür və həmd edib Ondan yardım istəmək, Cəlal və əzəmətinə qarşı rüku ilə acizliyini izhar etmək və kamallığının sonu olmayan, bənzəri olmayan və tayı-bərabəri olmayan gözəllik sahibi Allaha qarşı səcdə edib heyrət və məhəbbətlə öz qüsurlarını bilib Ondan əfv istəmək demək olan zühr namazını qılmaq, nə qədər gözəl, nə qədər xoş, nə qədər lazımlı və münasib olduğunu anlamayan insan, insan deyil...
• Asr vaxtında ki o vaxt, həm hüzün verici payız mövsümünü, məhzun ixtiyarlıq halını və acı verən axirzaman anını xatırladır. Həm, günlük işlərin nəticələnməsi zamanı, o gündə sahib olduğu səhhət, salamatçılıq və xeyirli hizmət kimi Allahın sonsuz nemətlərinin yekun təşkil etdiyi zamanı, həm o böyük günəşin batmağa doğru meyl etməsi işarətiylə; insanın özünü qonaq bir məmur və hərşeyin keçici, bir yerdə qərar tutmayan, tükənən olduğunu elan etməsi zamanıdır. İndi, əbədiyyəti istəyən və əbədiyyət üçün xəlq edilən və ihsana qarşı pərəstiş edən və ayrılıqdan üzüntü duyan insan ruhu, qalxıb abdəst alıb, bu əsr vaxtına ikindi namazını qılmaq üçün Varlığının başlanğıcı olmayan və sonsuz həyat Sahibi olan, hər şeyi ayaqda tutan Allahın dərgahında dua edərək, sonsuz, tükənməyən Rahmətinə sığınmaq, hesabsız nemətlərinə qarşı şükür və həmd edərək, Rabbinin izzətinə qarşı özünü Onun qarşısında alçaldaraq, həqir birinə yaraşır şəkildə rüküya gedib İlahlığının (Hərşeydən çox sevilən, təzim və təsbih edilən Allah) sonsuzluğuna qarşı mütəvazi bir şəkildə səcdə edərək, həqiqi bir qəlb təsəllisi, bir ruh rahatlığı tapıb Hər yöndən Böyük və Uca olan Allahın hüzurunda əlləri, qolları bağlı, əmrə hazır vəziyyətdə gözləyib, qul olduğunu ifadə və bəyan etməklə əsr namazını qılmaq nə qədər uca bir vəzifə, nə qədər layiq bir hizmət, nə qədər yerində bir yaradılış borcunu yerinə yetirmək, bəlkə çox xoş bir səadət əldə etmək olduğunu insan olan anlar.
•Məğrib vaxtında ki o zaman, həm qışın başlamasından yay və payız aləminin nazlı və gözəl yaradılmışların ayrılıq hüznü içində gözdən itməsi zamanını andırır. Həm, insanın vəfatıyla bütün sevdiklərindən uzaq düşmək üzüntüsü ilə ayrılıb qəbrə girmək zamanını xatırladır. Həm, dünyanın qiyamət günündə sarsılacağı anda bütün sakinlərin vəfat etməsi ilə başqa aləmlərə köçəcəyi və bu imtahan yeri olan dünyanın işığının söndürüləcəyi zamanı xatırladan və sonunda yox olacaq sevgililərə pərəstiş edənləri şiddətlə tənbeh edən bir zamandır.
Beləcə, axşam namazı üçün belə bir vaxtda yaradılışdan sonsuz gözəllik, sonsuz həyat sahibi Allahı görmək arzusuyla yanan insan ruhu, bu böyük işləri görən və bu iri planetləri, aləmləri döndürən, dəyişdirən əbədiyyən var olan və varlığının başlanğıcı olmayan Allahın Böyüklüyünün taxtına, məqamına, kürsüsinə üzünü çevirib bu fani olanların üstündə “Allahü əkbər” deyərək onlardan əllərini çəkib Mevlanın hizməti üçün əl bağlayıb, Sonsuz Həyat Sahibi Baki Allahın hüzurunda kiyam edib “Əlhəmdülillah” deməklə; qüsursuz kamilliyinə, misilsiz cəmalına, sonsuz rahmətinə qarşı hamd-ü səna edib “ iyyakə nə`büdü və iyyəkə nəstəıin” deməklə, hərkəsin ehtiyac olduğunu verərkən Özünün bir başqasının köməyinə ehtiyacı olmayan Allahın şəriksiz Hakimiyyətinə, vəzirsiz Səltənətinə qarşı qul olmasını bildirmək və dua edib kömək istəmək; həm sonsuz Əzəmət və Qüdrətinə və heç birşeydə acizliyi olmayan izzətinə qarşı rüküya gedib bütün kainatla bərabər zəifliyini və acizliyini, fəqirliyini və zillətini bəyan etməklə “Sübhanə rabbi`l azıym” deyib Sonsuz böyüklük Sahibi və hərşeyi tərbiyə edən Rabbi təsbih edib; həm, Allahın bitməyən zatının gözəlliyinə, dəyişməyən Müqəddəs Uca Sifətlərinə, tam və əksiksiz Sonsuz oluşuna qarşı səcdə edib heyrət və təvazü içində Allahdan başqa hər şeyi tərk edərək məhəbbət və qulluğunu elan edib, həm bütün fani olanlara bədəl bir Varlığı Sonsuz və sonsuz gözəllik Sahibi, əbəi mərhəmət sahibi olan Allahı tapıb, “Sübhanə rabbi`l a`la” deməklə Sonsuz, qüsursuz, hərşeydən uca Rabbini bilib Ona şükr etmək; sonra təşəhhüd edib, oturub bütün məxluqların mübarək səlam və dualarını və Peyğambərimiz (səlallahü aleyhi vəssəlləm) üçün edilən təmiz və xoş dualarını öz hesabına O heç yox olmayan əbədi gözəllik sahibi və əbədi cəlal sahibi olan Allaha hədiyyə edib və Rəsuli Əkrəminə səlam etməklə ona bağlılığını yeniləmək və əmrlərinə itaətini bildirib imanını yeniləmək üçün bu kainat sarayının məqsədli və tərtibli olan intizamını müşahidə edib hərşeyi sənətlə yaradan Sanii Allahın Birliyinə və bənzəri olmamasına şahidlik etmək; həm, Allahın kainatı tərbiyə və idarə edən səltənəti, hakimiyyətinin elan edicisi və Allahın istək və əmrlərini insanlara bildirən və kainat kitabının, Quranın ayətlərinin mənasını açıqlayan, insanlara bildirən Hz. Muhamməd Aleyhissalatü Vəssəlamın elçiliyinə şahidlik etmək demək olan məğrib namazını qılmaq nə qədər gözəl, pak bir vəzifə, nə qədər şərəfli, ləziz bir hizmət, nə qədər xoş və gözəl bir qulluq, nə qədər ciddi bir həqiqiət və bu fani qonaq evində sonsuzluğa yaraşan şəkildə bir söhbət və daimi bir səadət olduğunu anlamayan adam necə adam ola bilər!

Səs yoxdur