Kiçik Sözler | Kiçik Sözler | 23
(1-46)
Çünkü birtək şeydən hərşeyi yaratmaq, yəni, bir torpaqdan bütün bitkiləri və meyvələri yaratmaq, həm bir sudan bütün heyvanları xəlq etmək; bununla bərabər hərşeyi birtək şey yaratmaq, yəni, canlıların yediyi çox müxtəlif cins təamlardan o canlılara məxsus bir bədən vermək, sadə bir cild toxumaq kimi hünərlər, Əhad (bir, tək, bənzərsiz" olan Allah) Saməd (hərşey Ona möhtac olduğu halda Özü heçbir şeyə möhtac olmayan Allah) olan Əzəl və Əbəd Sultanın xüsusi möhürüdür. Bəli, birşeyi hərşey və hərşeyi birşey yaratmaq, hərşeyin Xaliqinə və hərşeyə Qadir olan Allaha məxsus bir nişandır, bir Ayətdir.
O tilsim isə, iman sirri ilə açılan yaradılış hikmətinin sirridir. O açar isə, Yâ Allah, Lə ilâhə illâllah. Allahu lə ilâhə illâ huvəl hayyul qayyûm ("Allah Təâlâ ki, Ondan başqa ibadətə layiq heçbir ilah yoxdur. O əzəli həyat sahibidir və yaratdıqlarını varlıq aləmində tutan qayyumdur; varlığı üçün heçbir səbəbə ehtiyacı olmadığı kimi, hərşey Onun yaratmasıyla vücud tapır." Bəqara Surəsi, 2:255.)
O əjdəha ağzının baxça qapısına çevrilməsi isə işarətdir ki, qəbirin, islamdan uzaq və üsyan edən insanlar üçün dəhşət və unutqanlıq içində zindan kimi sıxıntılı və bir əjdəha bətni kimi dar bir məzara açılan bir qapı olduğu halda, Quran və iman əhli üçün, dünya zindanından sonsuzluq bostanına, imtahan meydanından cənnətlər baxçasına və hayatın zəhmətlərindən Rahman Allahın rahmətinə açılan bir qapıdır. O vəhşi aslanın sevimli bir hizmətkara dönməsi və əmr altında bir at olması isə, ölümün, islamdan uzaq insanlar üçün, bütün sevdiklərindən əbədi olaraq acı ayrılığa işarətdir. Hidayət və Quran əhli üçün isə ölüm, öz saxta cənnət dünyalarını tərk etdiyi, dəhşət və yalnızlıq içində məzar zindanına məhkum və həbs olduğu halda obiri aləmə getmiş köhnə dost və tanışlarına qovuşmağa vəsilədir. Həm də həqiqi vətənlərinə və əbədi səadət məkanlarına girmələrinə vasitə, dünya zindanından cənnət baxçalarına bir dəvətdir. Həm Rahman, Rahim Allahın lütfündən, öz hizmətinə qarşılıq almağa bir növbə, həm də tükənməz həyat vəzifələrindən, ibadətlərin və imtahanların təlim və təlimatından qurtulmaqdır.
Nəticə: Hər kim fani həyatını əsas məqsəd etsə, zahirən bir cənnət içində olsa da, mənən cəhənnəmdədir və hər kim baki həyatını ciddi məqsəd etsə, hər iki dünyanın səadətinə layiqdir. Dünyası nə qədər pis və sıxıntılı olsa da, dünyasını Cənnətin intizar salonu hökmündə gördüyü üçün xoş görür, dözüb səbr içində şükr edər.
Əllêhumməc`alnê min əhlis səâdəti vəssəlâməti vəl qurâni və`l imân. âmîn. Əllâhummə salli və səllim alâ səyyidinâ muhəmmədin və alâ âlihî və sahbihî bi adədi cəmîıl hurûfâtil mütəşəkkiıəti fî cəmîıl kəlimâtil mütəməssələti bi iznir rahmâni fî mərâyâ təməvvücâtil həvâi ındə qırâəti külli kəlimətin minəl qur`âni min kulli qârıin min əvvəlin nüzûli ilâ âxırızzəmâni varhamnâ və vəliəynâ vər`hamil mü`minînə və`l mu`minînêti bi adədihə birahmətikə yâ ərhamər rahimîn. âmîn. Vəlhamdu lillâhi rabbi`l âləmîn. (Allahım, bizi səadət, salamat, Quran və iman əhlindən eylə Amin. Allahım, Əfəndimiz Muhammədə və âlinə və əshâbına, Quranın endiyi andan zamanın sonuna qədər onu oxuyan hərbir oxuyucunun oxuduğu hərbir kəlmənin havaya yayıldığı anda Rahmân Allahın izniylə yansıyan bütün kəlmələrinin bütün hərfləri ədədincə salât və səlâm et. Və bunlar ədədincə, bizə, ana və atamıza, kişi və qadın bütün müminlərə rahmətinlə mərhəmət et, ey Ərhamürrâhimîn. Amin. Aləmlərin Rabbi olan Allaha hamd olsun.)
Səs yoxdur