Kiçik Sözler | Kiçik Sözler | 24
(1-46)
DOQQUZUNCU SÖZ

Bismillâhir rahmânir rahîm. Fəsübhânəllâhi hînə tümsûnə və hînə tusbihûn. Və ləhül hamdü fîssəmâvâti və`l ardi və aşiyyən vəhînə tuzhirûn. ("Axşama çatdığınızda və sabaha qovuşduğunuzda Allahı təsbih edin.
Göylərdə və yerdə olanların həmd və sənası Ona məxsusdur. Gündüzün sonuna doğru və günorta vaxtına girincə da Allahı təsbih edib namaz qılın." Rum Surəsi, 30:17-18).
EY QARDAŞ! Məndən, namazın bu müəyyən beş vaxtdakı hikmətini soruşursan. Bir çox hikmətlərindən yalnız birisinə işarət edəcəm.
Bəli, hərbir namazın vaxtı, vacib bir dəyişilmənin başlanğıcı olduğu kimi Allahın uca idarəsi və fəaliyyətinə ayna və o idarə içində Allahın böyük və ümumi ihsanlarının bir əks etdirəni olduğundan, Böyüklük Sahibi və hərşeyə gücü yütən Allaha o vaxtlarda daha çox təsbih və təzim etmək və hədsiz nemətlərinin iki vaxt ortasında toplanmış nemətlərinə qarşı şükür və hamd demək olan namaza əmr edilmişdir. Bu incə və dərin mənanı bir azca qavramaq üçün “Beş Məna”nı nəfsimlə bərabər dinləmək lazımdır…
BİRİNCİ MƏNA: Namazın mənası, Cənabi Haqqı təsbih, təzim və şükürdür. Yəni, Böyüklüyü və Ululuğu qarşısında sözdə və əməldə “Sübhânallah” (Allah hər cür qüsur və nöqsandan uzaqdır) deyib müqəddəs bilmək; Bütün gözəl sifətlərinə qarşı sözlə və əməllə “Allahu əkbər” (Allah ən böyükdür, ən ucadır) deyib təzim etmək; Cəmalına qarşı qəlbən, dillə və bədənlə “Əlhamdü lillâh” (Əzəldən əbədə hər cür hamd, şükür və tərif Allaha məxsusdur) deyib şükr etməktir. Deməli, təsbih, təkbir və hamd, namazın çəkirdəkləri hökmündədirlər. Namazın hərəkət və zikirlərində, bu üç şey mövcuddur. Həm də namazdan sonra, namazın mənasını qüvvətləndirmək və dəstəkləmək üçün, bu mübarək kəlmələr, otuz üç dəfə təkrar edilir; namazın mənası bu qısa xülasələrlə qüvvətləndirilir.
İKİNCİ MƏNA: İbadətin mənası: Qul, İlahinin Dərgahında öz qüsurunu, acizliyini və fəqirliyini anlayıb İlahi təlim və tərbiyə kamilliyinin, rahmətinin, hərşey Ona möhtac olduğu halda Özü heç bir şeyə möhtac olmayan Saməd Allahın qüdrəti önündə heyrət və məhəbbətlə səcdə etməsidir. Yəni, İlahi tərbiyənin idarə qüvvəti və qüdrəti ibadət və itaət istədiyi kimi, İlahi tərbiyənin müqəddəsliyi, paklığı da istəyər ki, qul, öz qüsurunu görüb, istiğfar ilə və Rabbini bütün nöqsanlardan pak və təmiz, İslamdan uzaq insanların batil fikirlərindən uzaq və Uca, kainatın bütün qüsurlarından kənar və Müqəddəs olduğunu, təsbih ilə, Sübhanallah ilə elan etsin.
Həm də İlahi tərbiyənin kamal qüdrəti də istər ki, qul, öz zəifliyini və yaradılmışların acizliyini görməklə, hərşey Ona möhtac olduğu halda Özü heç bir şeyə möhtac olmayan Saməd Allahın qüdrətinin əzəmətli əsərlərinə qarşı heyranlıq və heyrət içində Allahu əkbər deyib, təvazökarlıqla rükuya gedib, Ona sığınıb təvəkkül etsin.
Həm İlahi tərbiyənin bitməyən rahmət xəzinəsi də istər ki, qul, öz ehtiyacını və bütün yaradılmışların fəqirliyini və ehtiyaclarını istək və dua diliylə göstərsin və Rəbbinin ehsan və nemətlərini şükür və tərif ilə Əlhamdülillâh deməklə elan etsin.
Deməli, namazın hərəkətləri və sözləri bu mənaları daşıyır və bunlar İlahi tərəfindən təyin edilmişdir.
ÜÇÜNCÜ MƏNA: Necə ki insan bu böyük aləmin kiçildilmiş bir nümunəsidir, Şərəfli Fatihə surəsi də Şanı çox böyük Quranın nurlu bir modelidir. Namaz da, bütün ibadət növlərini əhatə edən nurlu bir siyahıdır və yaradılmışların bütün siniflərinin dəyişik ibadətlərinə işarət edən müqəddəs bir xəritədir.
Səs yoxdur