Kiçik Sözler | Kiçik Sözler | 21
(1-46)
Beləcə bu mübarək ağıllı qardaş gedir. Fəqət qardaşı kimi sıxıntı çəkmir. Çünkü gözəl əxlaqlı olduğundan gözəl şeyləri düşünür, gözəl xəyallar edər, özü özünə dost olar. Həm də qardaşı kimi zəhmət və məşəqqət çəkmir. Çünkü nizamı, qayda qanunları bilir, onlara tabe olur, rahatlıq görür. Güvənlik və əmniyyət içində sərbəst yaşayır. Beləcə, bir baxçaya rast gəldi. İçində həm gözəl çiçək və meyvələr var; həm baxılmadığı üçün murdar şeylər də var. Qardaşı da belə birisinə girmişdi. Fəqət murdar şeylərə diqqət edib məşğul olmuş, mədəsini bulandırmış, heç istirahət etmədən çıxıb getmişdi.
Bu qardaş isə, "Hərşeyin gözəl olanına bax" qaydasıyla əməl edib, murdar şeylərə heç baxmadı. Gözəl şeylərdən gözəl istifadə etdi. Gözəlcə istirahət edərək çıxıb gedir. Sonra, yoluna davam edərkən, o da əvvəlki ağılsız kimi bir kimsəsiz səhraya girdi. Birdən, hücum edən bir aslanın səsini eşitdi, qorxdu. Fəqət digəri qədər qorxmadı. Çünkü, gözəl düşüncəsi və fikriylə, "Bu səhranın bir hakimi var və çox gümanki bu aslan da o hakimin əmri ilə hərəkət edir" deyə düşünüb təsəlli tapdı. Fəqət yenə qaçdı və altmış arşın dərinliyində bir susuz quyuya rast gəldi, özünü içinə atdı. Qardaşı kimi, bir ağaca əli yapışdı, havada asılı qaldı. Baxdı ki, iki heyvan, o ağacın iki kökünü kəsirlər. Yuxarıya baxdı aslan, aşağıya baxdı bir əjdəha gördü. Eyniylə qardaşı kimi, bir qəribə vəziyyət gördü. Bu da qorxub ürpərdi, lakin qardaşının dəhşətindən min dərəcə yüngül.
Çünkü gözəl əxlaqı onu gözəl düşünməyə vadar etmiş; və gözəl fikir isə, ona hərşeyin gözəl cəhətini göstərir. Beləcə, bu səbəbdən belə düşündü ki:
"Bu qəribə işlər birbiriylə əlaqədardır. Həm də bir əmrlə hərəkət edirlər kimi görünür. Eləysə bu işlərdə bir tilsim vardır. Bəli, bunlar bir gizli hakimin əmriylə baş verir. Bu halda mən yalnız deyiləm. O gizli hakim mənə baxır, məni imtahan edir, bir məqsəd üçün məni bir yerə göndərib dəvət edir."
Bu şirin qorxu və gözəl fikirdən bir maraq doğar ki: "Əcaba məni imtahan edib özünü mənə tanıtdırmaq istəyən və məni bir məqsədə bu qəribə yolla göndərən kimdir?"
Sonra, tanımaq marağından, tilsim sahibinin məhəbbəti meydana gəldi və bu məhəbbətdən, tilsimi açmaq arzusu yarandı. O arzudan isə, tilsim sahibini razı edəcək və xoşuna gedəcək bir gözəl vəziyyət almaq iradəsi yarandı.
Sonra, ağacın başına baxdı, gördü ki, əncir ağacıdır. Fəqət başında minlərlə ağacın meyvələri vardı. O zaman bütün qorxusu getdi. Çünkü qətiyyən anladı ki, bu əncir ağacı bir sərgi, bir “içindəkilər” siyahısıdır. O məxfi hakim, bağ və bostanındakı meyvələrin nümunələrini, bir tilsim və bir möcüzə ilə o ağaca taxmış və öz qonaqlarına hazırladığı yeyəcəklərə bir işarət surətində o ağacı bəzəmiş olmalı. Yoxsa, bir tək ağaç, minlərlə ağacların meyvələrini verməz.
Sonra duaya başladı. O zaman tilsimin açarı ona ilham oldu. Bağırdı ki:
"Ey bu yerlərin hakimi! Sənin bəxtinə düşdüm. Sənə sığınıram, sənin qulunam, sənin razılığını istəyirəm və səni axtarıram."
Bu duadan sonra, birdən quyunun divarı yarılıb, şəhanə, xoş və gözəl bir baxçaya bir qapı açıldı. Əjdəha ağzı o qapıya dönür, aslan və əjdəha iki hizmətçi surətini geyib və onu içəriyə dəvət edirlər. Hətta o aslan belə adamın tabeliyində bir at şəklinə girir.
Beləcə ey tənbəl nəfsim və ey xəyali dostum! Gəlin, bu iki qardaşın vəziyyətlərini müqayisə edək. Gözəllik necə gözəllik gətirir və pislik necə pislik gətirir, görək, bilək.
Baxın, sol yolun bədbəxt yolçusu, hər dəqiqə əjdəhanın ağzına girə bilər, titrəyir. Bu bəxtiyar isə, meyvəli və təzə bir baxçaya dəvət edilir.
O bədbəxt, əzablı bir dəhşətdə və böyük bir qorxu içində qəlbi parçalanır. Bu bəxtiyar isə, ləziz bir ibrət, şirin bir qorxu, sevgili bir mərifət içində qərib şeyləri seyr və tamaşa edir.
O bədbəxt, vəhşilik, ümüdsüzlük və kimsəsizlik içində əzab çəkir. Bu bəxtiyar isə, ünsiyyət, ümid və şiddətli istək içində ləzzət alır.

Səs yoxdur