Kiçik Sözler | Kiçik Sözler | 18
(1-46)
Birdən, sağ tərəfindən göy gurultusu kimi bir səs gəlir. Deyir: "Heç aldanma və o yalançıya de ki: Əgər arxamdakı aslanı öldürüb, önümdəki darağacını qaldırıb, sağ və solumdakı yaraları yox edib, gedəcəyim yolçuluğu götürəcək bir çarə səndə varsa, taparsansa əgər, durma et, göstər, görək. Sonra de, 'Gəl, kef edək.' Yoxsa sus, ey sərsəm! Sus ki, Xızır kimi bu nurani şəxs dediyini desin."
Beləcə, ey gəncliyində gülmüş, indi güldüyünə ağlayan nəfsim! Bilki: O biçarə əsgər sənsən və insandır. O aslan isə əcəldir. O darağacı ölüm, son və ayrılıqdır ki, hər gecə-gündüzün dönməsində bir dost vida edir, yox olur. O iki yara isə, birisi insanı hədsiz narahat edən acizlik, digəri isə nəhayətsiz acı verən fəqirlikdir. O sürgün və yolçuluq isə, ruhlar aləmindən, ana bətnindən, uşaqlıqdan, ixtiyarlıqdan, dünyadan, qəbirdən, bərzahdan, həşrdən, Sırat körpüsündən keçən bir uzun imtahan yolçuluğudur. O iki tilsim isə, Cənabi Haqqa iman və axirətə imandır.
Bəli, bu müqəddəs tilsim ilə ölüm, mümin insanı dünya zindanından cənnətlər baxçasına, Rahman Allahın hüzuruna götürən bir əmrə müntəzir at və Burak (Peyğambərimizin miraç zamanı mindiyi minik vasitəsi) surətini alır. Onun üçündür ki, ölüm həqiqətini görən kamil insanlar, ölümü sevmişlər, daha ölüm gəlmədən ölmək istəmişlər. Həm də son, ayrılıq, ölüm, vəfat və darağacı olan ötən zaman, o iman tilsimi ilə, Sani Zülcəlalın təzə- təzə, rəng-rəng, çeşid-çeşid möcüzəvi naxışlarını, möhtəşəm qüdrətini, gözlər önünə sərilən rahmətini hədsiz bir ləzzətlə seyr və tamaşa üçün bir vasitə surətini alır. Bəli, günəşin nurundakı rəngləri göstərən aynaların dəyişib təzələnməsi və sinema, film pərdələrinin dəyişməsi, daha xoş, daha gözəl mənzərələr təşkil edər. O iki dərman isə, biri səbr ilə təvəkküldür; Xaliqinin qüdrətinə dayanma, hikmətinə etimaddır. Belədirmi? Bəli, acizliyini bilərək Kün fəyəkûn (Ol!) əmri ilə istədiyini yaratmağa malik bir Cahan Sultanına güvənən bir adamın nə qorxusu ola bilər? Çünkü ən müthiş bir müsibət qarşısında innê lillêhi və innê ileyhi râciûn deyib ("Biz Allahın qullarıyıq; yenə Ona dönəcəyik." Bəqara Surəsi, 2:156.) qəlb razılığıyla Rahim Rabbinə etimad edər, inanar. Bəli, Allahı anlayan, Onu bilən acizlikdən, Allah qorxusundan ləzzət alar. Bəli, qorxuda ləzzət vardır.
Əgər bir yaşındakı bir uşağın ağlı olsa və ondan soruşulsa, "Ən ləziz və ən şirin halın nədir?" Bəlkə deyəcəkdir: "Aciliyimi, zəifliyimi anlayıb valideynimin vuracağı şillədən qorxaraq yenə valideynimin şəfqətli sinəsinə sığındığım haldır." Halbuki, bütün valideynlərin şəfqətləri, Allah rahmətinin təcəllisinin ancaq bir parıltısıdır. Onun üçündür ki, kamil insanlar, acizlikdə və Allah qorxusunda elə bir ləzzət tapmışlar ki, öz qorxu və qüvvətlərindən şiddətlə uzaqlaşıb Allaha acizlikləri ilə sığınmışlar; acizliyi və qorxunu özlərinə şəfaətçi etmişlər.
Digər dərman isə, şükür və qənaət ilə tələb və dua etmək; Rəzzaq, Rahim Allahın rahmətinə inanmaqdır. Beləmi? Bəli, bütün yerüzünü bir nemət süfrəsi edən və bahar fəslini bir çiçək dəstəsi edib o süfrənin yanına qoyan və üstünə sərpən bir Cəvad (cömərt), Kərim (kərəm, yaxşılıq Sahibi) Allah qonağına fəqirlik və ehtiyac necə acı və ağır ola bilər? Bəlkə, fəqirlik və ehtiyacı, xoş bir iştaha şəklini alır; iştaha kimi, fəqirliyini artırmağa çalışır. Onun üçündür ki, kamil insanlar, fəqirlik ilə fəxr etmişlər. Bunu səhv anlama, Allaha qarşı fəqirliyini hiss edib yalvarmaq deməkdir. Yoxsa fəqirliyini xalqa göstərib dilənçilik vəziyyətini almaq demək deyildir.

Səs yoxdur