Kiçik Sözler | Kiçik Sözler | 17
(1-46)
YEDDİNCİ SÖZ
Bu kainatın qapalı tilsimini açan "Âməntü billêhi və bi'l-yəvmi'l-âxır" ( Allah'ın varlığına və birliyinə və âxirət gününə iman etdim ) kəlamının bəşər ruhu üçün səadət qapısını fəth edən, çətinlikləri həll edən necə bir tilsim olduğunu; səbr ilə Xaliqinə təvəkkül etmənin, sığınmanın və şükr ilə Rəzzaqından (ruziləndirən Allah) istəmənin və Ona dua etmənin nə qədər faydalı və tiryək kimi dərdlərə dərman olduğunu; Quranı dinləməyin, hökmünə tabe olmağın, namaz qılmağın, günahları tərk etməyin əbədiyyət yoçuluğunda nə qədər mühüm, dəyərli, xoş bir bilet, bir axirət azuqəsi, bir qəbir nuru olduğunu anlamaq istəyirsənsə, bu təmsil hekayəsinə bax, dinlə:
Bir zaman, bir əsgər, hərb və imtahan meydanında, gəlirlər və ziyanlar dövranında çox qəribə bir vəziyyətə düşür. Belə ki:
Özü, sağ və sol iki tərəfindən dəhşətli, dərin iki yara ilə yaralı bir vəziyyətdə; arxasında da nəhəng bir aslan, ona hücum etmək üçün gözləyir. Gözü önündə bir darağacı dikilmiş, bütün sevdiklərini asıb məhv edir, çox güman ki, dar ağacı onu da gözləyir. Həm də bu halıyla bərabər uzun bir yolçuluğu da var; sürgün ediləcək.
O çarəsiz əsgər, bu dəhşət içində məyus halda düşünərkən, sağ tərəfində Xızır kimi bir xeyirxah, nurani bir şəxs peyda olur, ona deyir:
"Məyus olma. Sənə iki tilsim verib öyrədəcəyəm. Onları gözəlcə öyrənib istifadə etsən, o aslan, sənə əmrinin altinda bir at olur. Həm də o darağacı, sənə kef və əyləncə üçün xoş bir yellənçəyə dönər. Həm də sənə iki dərman verəcəyəm. Gözəlcə istifadə etsən, o iki iylənən yaraların, iki gözəl qoxulu Muhamməd (aləyhis salâtu vəssəlam) deyilən lətif çiçəyə çevrilərlər. Həm sənə bir bilet verəcəyəm. Onunla, sanki uçacaqsan, bir illik bir yolu bir gündə gedərsən. Beləcə, əgər inanmırsansa, bir az təcrübə et ki, doğru olduğunu anlayasan."
Həqiqətən bir azcıq təcrübə etdi, doğru olduğunu təsdiq etdi.
Bəli, mən, yəni bu biçarə Səid belə bunu təsdiq edirəm. Çünkü biraz təcrübə etdim, çox doğru olduğunu gördüm.
Bundan sonra birdən gördü ki, sol tərəfindən şeytan kimi hiyləgər, əyyaş, aldadıcı bir adam, çox zinətlər, bəzəkli, gözəl surətlər, fantaziyalar, haram içkilərlə bərabər olduğu halda gəldi, qarşısında durdu. Ona dedi:
"Hey, yoldaş! Gəl, gəl, bərabər işrət edib kef edək. Bu gözəl qız surətlərinə baxaq. Bu xoş musiqiləri dinləyək. Bu dadlı yeməkləri yeyək."
Sual: "Ha, ha, nədir ağzında gizli oxuyursan?"
Cavab: "Bir tilsim."
"Burax bu anlaşılmaz işi. Hazır kefimizi pozmayaq."
S: "Ha, ha, bu əllərindəki nədir?"
C: "Bir dərman."
"At bunu. Sağlamsan. Nəyin varki? Alqış zamanıdır."
S: "Ha, ha, bu beş nişanlı kağız nədir?"
C: "Bir bilet. Bir təyinat sənədi."
"Cır at bunları. Bu gözəl bahar fəslində yolçuluq bizim nəyimizə lazımdır?" deyir. Hərcür vasitə ilə onu yolundan döndərməyə çalışır. Hətta o biçarə, ona biraz meyl edər.
Bəli, insan aldanır. Mən də belə bir hiyləgərə aldandım.
Səs yoxdur