Kiçik Sözler | Kiçik Sözler | 20
(1-46)
SƏKKİZİNCİ SÖZ
Bismillâhir rahmânir rahîm. Əllâhu lê ilêhə illê huvəl hayyul qayyûm.( "Allah Təala ki, Ondan başqa ibadətə layiq heçbir ilah yoxdur. O əzəli həyat sahibidir və qayyumdur(yaratdıqlarını varlıq aləmində tutan); varlığı üçün heçbir səbəbə ehtiyacı olmadığı kimi, hərşey Onun yaratmasıyla meydana gəlir." Bəqara Surəsi, 2:255.). İnnəd dînə ındəllâhil islâm.( "Şübhəsiz ki Allah qatında məqbul olan din İslâm dinidir." Âl-i İmran Sûrəsi, 3:19)
Bu dünya və dünya içindəki insan ruhunu, insanda dinin mahiyyət və qiymətlərini; əgər haqq dini olmazsa dünyannın bir zindan olmasını; dinsiz insanın ən bədbəxt məxluq olduğunu; və bu aləmin tilsimini açan, insan ruhunu zülmətdən qurtaran vasitənin Yâ Allah və Lə ilâhə illâllah olduğunu anlamaq istəyirsənsə, bu kiçik hekayə təmsilinə bax, dinlə:
Qədim zamanda, iki qardaş bərabər uzun bir səyahatə gedirlər. Get-gedə yol ikiləşdi. O iki yol başında ciddi bir adamla rastlaşdılar. Ondan soruşdular: "Hansı yol yaxşıdır?" O da onlara dedi ki: "Sağ yolda qayda-qanun və nizama tabe olmaq məcburiyyəti vardır. Fəqət o zəhmət içində bir əminlik və səadət vardır. Sol yolda isə sərbəstlik və azadlıq vardır. Fəqət o sərbəstlik içində bir təhlükə və şikayət vardır. İndi seçmə ixtiyarı sizdədir."
Bunu dinlədikdən sonra, gözəl xasiyyətli qardaş sağ yola "Təvəkkəltü alâllah" deyib getdi və nizam və intizama tabe olmağı qəbul etdi. Əxlaqsız və sərsəri olan digər qardaş, sırf sərbəstlik üçün sol yolu seçdi. Zahirən yüngül, mənən ağır vəziyətdə gedən bu adamı xəyalən təqib edirik:
Beləcə bu adam, dərədən təpədən aşıb, get gedə bomboş bir səhraya girdi. Birdən qəribə bir səda eşitdi. Baxdı ki, dəhşətli bir aslan, meşəlikdən çıxıb ona hücum edir. O da qaçmağa başladı, bu zaman altmış arşın dərinliyində susuz bir quyuya rast gəldi. Qorxusundan özünü quyunun içinə atdı. Yarısına qədər düşüb əlləri bir ağaca rast gəldi, yapışdı. Quyunun divarında bitmiş olan o ağacın iki kökü var. İki siçan, biri ağ, o biri qara, o iki kökə girişib kəsirlər. Yuxarıya baxdı, gördü ki, aslan, növbətçi kimi quyunun başında gözləyir. Aşağıya baxdı, gördü ki, quyunun içində dəhşətli bir əjdəha başını qaldırmış, otuz arşın yuxarıdakı ayağına yaxınlaşmaqdadır. Ağzı quyu ağzı kimi genişdir. Quyunun divarına baxdı, gördü ki, ətrafını zərərli həşaratlar bürüyüb. Ağacın başına baxdı, gördü ki, bir əncir ağacıdır. Fəqət, möcüzəvi halda, müxtəlif bir çox ağacların meyvələri, qozdan nara qədər, başında meyvələr var.
Beləcə, bu adam, anlamazlığından, ağılsızlığından düşünmədi ki, bu adi bir iş deyildir. Bu işlər təsadüfi ola bilməz. Bu əcayib işlərin içində qəribə sirlərin və çox böyük bir idarəçinin olduğunu anlamadı. İndi bunun qəlbi, ruh və ağlı bu qorxulu vəziyyətdən gizlicə fəryad və fəğan ettikləri halda, pisliyə sürükləyən nəfsi, güya birşey yoxmuş kimi bilməməzlikdən gəlib, ruh və qəlbin ağlamasından qulağını qapayıb, öz-özünü aldadaraq, o ağacın meyvələrini yeməyə başladı. Halbuki o meyvələrin bir qismi zəhərli və zərərli idi.
Bir hədisdə Cənâbi Haqq buyurmuş: "Qulum Məni necə tanıyırsa, ona eyni ilə qarşılıq verərəm” . Beləcə bu bədbəxt adam, pis düşüncəsi və ağılsızlığıyla, gördüyünü adi bir şey və həqiqətin özü bildi və eləcə də qarşılıq gördü, görür və görəcək. Nə ölür ki qurtulsun, nə də yaşayır; beləcə əzab çəkir. Biz də bu uğursuzu bu əzabda buraxıb dönəcəyik, digər qardaşın halını anlayacayıq.
Səs yoxdur