Kiçik Sözler | Kiçik Sözler | 22
(1-46)
O bədbəxt, özünü vəhşi canavarların hücumuna məruz qalan bir məhbus hökmündə görür. Bu bəxtiyar isə, bir əziz qonaqdır ki, qonağı olduğu Zatın qəribə hizmətçiləriylə ünsiyyət qurub əylənir.
O bədbəxt, zahirən ləziz, mənən zəhərli meyvələri yeməklə əzabını tezləşdirir. Çünkü o meyvələr, nümunələrdir: Əslinə qovuşmaq üçün nümunələrindən dadmağa izin var. Yoxsa heyvan kimi udmağa icazə yoxdur. Bu bəxtiyar isə, dadıb işi anlar, yeməyini sonraya saxlayar və intizar ilə ləzzət alar.
O bədbəxt öz-özünə zülm etmiş. Gündüz kimi gözəl bir həqiqəti və parlaq bir vəziyəti, bəsirətsizliyi ilə özünə qaranlıqlı və zülmətli xəyallar, bir cəhənnəm şəklinə gətirmiş. Nə şəfqətə layiqdir, nə də kimsədən şikayətə haqqı vardır. Məsələn, bir adam, gözəl bir baxçada, dostlarının arasında, yaz mövsümündə, xoş bir ziyafətdəki kefə qənaət etməyib pis içkilərlə sərxoş olub özünü qış ortasında, canavarlar içində, ac, çılpaq təsvir edib bağırmağa və ağlamağa başlasa, şəfqətə layiq deyil, özü-özünə zülm edir, dostlarını canavar görüb təhqir edir. Bu bədbəxt də belədir.
Bu bəxtiyar isə, həqiqəti görür. Həqiqət isə gözəldir. Həqiqətin gözəlliyini dərk etməklə, həqiqət sahibinin kamalına hörmət edər, rahmətinə layiq olur. Beləcə, "Pisliyi özündən, yaxşılığı Allahdan bil" (Nisâ Sûrəsi, 4:79) olan Quran hökmünün sirri bəlli olur.
Daha bunlar kimi başqa fərqləri də müqayisə etsən, anlayacaqsan ki, əvvəlkinin pis nəfsi ona bir mənəvi cəhənnəm göstərmiş. Obirisinin gözəl niyyəti, gözəl düşüncəsi, gözəl xasiyyəti və gözəl fikri, onu böyük bir yaxşılıq, səadət, parlaq bir fəzilətə və bərəkətə çatdırmış.
Ey nəfsim! Və ey nəfsimlə bərabər bu hekayəni dinləyən adam!
Əgər bədbəxt qardaş olmaq istəmirsənsə, əksinə bəxtiyar qardaş olmaq istəyirsənsə, Quranı dinlə və hökmünə tabe ol, ondan möhkəm yapış və hökümlərinə əməl et.
Beləcə, bax: O iki qardaş, biri mümin ruhu və salih qəlb, digəri isə kafir ruhu və günahkar qəlbidir. O iki yoldan sağa gedən yol, Quran və iman yoludur. Sola gedən isə, üsyan və imansızlıq yoludur.
O yoldakı baxça, insan cəmiyyəti və mədəniyyəti içində müvəqqəti içtimai həyatdır ki, xeyir və şər, yaxşı və pis, təmiz və mundar, pis şeylər bərabər mövcuddur. Ağıllı odur ki, "Xuz mâ safâ, da'mâ kədər"(Çirkin və kədər verəni burax, gözəllik və hüzur verənə bax) qaydasıyla əməl edər, qəlb rahatlığı ilə yoluna davam edər.
O səhra isə, bu yer kürəsi və dünyadır. O aslan, ölüm və əcəldir, o quyu, insan bədəni və həyat zamanıdır. O altmış arşın dərinlik, ortalama ömür yaşı olan altmış ilə işarətdir. O ağac isə, ömür müddəti və həyat maddəsidir. O qara və ağ iki heyvan isə gecə və gündüzdür.
O əjdəha isə, ağzı qəbir olan bərzah (dünya ilə axirət arasındakı aləm) və axirət yoludur. Fəqət o ağız, mümin üçün, zindandan bir baxçaya açılan bir qapıdır. O zərərverici həşərat isə, dünya müsibətləridir. Fəqət, mümin üçün, qəflət yuxusuna dalmamaq üçün İlâhinin şirin xəbərdarlığı və Rahman Allahın iltifatı hökmündədir.
O ağacdakı meyvələr isə, dünyəvi nemətlərdir ki, Cənabi Kərimi Mütləq (Allah) (c.c), onları axirət nemətlərinə bir siyahı, həm Cənnət meyvələrinə müştəriləri dəvət edən nümunələr, xatırladıcı bənzərləri surətində yaratmışdır. O ağacın, bir ədəd olmasına baxmayaraq müxtəlif başqa-başqa meyvələr verməsi isə, hərşey Ona möhtac olduğu halda Özü heçbir şeyə möhtac olmayan Saməd Allahın qüdrətinə və bütün varlıqları əksik bir haldan mükəmməl bir hala doğru götürən, həm də hər növ ehtiyaclarını verən və onları əmrinə itaət etdirən İlahinin hökmünə və ibadət edilməyə layiq olan bütün varlıqları yaradan Allahın imzasına işarətdir.

Səs yoxdur