Kiçik Sözler | Kiçik Sözler | 19
(1-46)
O bilet, sənəd isə, başta namaz olaraq, fərz əməlləri yerinə yetirmək və günahları tərk etməkdir. Beləmi? Bəli, bütün ixtisas, müşahidə, zövq və kəşf əhlinin ittifaqıyla, o əbədiyyətə gedən uzun və qaranlıqlı yolçuluqda azuqəniz, özünüzlə götürə biləcəyiniz işıq və burak, ancaq Quranın əmirlərini özünə nümunə edib və yasaqlarını özünə qadağan etməklə əldə edilə bilər. Yoxsa, fən və fəlsəfə, sənət və hikmət, o yolda beş para etməz. Onların işıqları qəbrin qapısına qədərdir. Beləcə, ey tənbəl nəfsim! Beş vaxt namazı qılmaq, yeddi böyük günahları tərk etmək, nə qədər rahat və yüngüldür. Nəticəsi, meyvəsi və faydası nə qədər çox mühüm və böyük olduğunu, ağlın varsa, pozulmamışsa anlarsan. Səni günahlara və düşüncəsizliyə sürükləmək istəyən şeytana və o adama deyərsən: Əgər səndə ölümü öldürüb sonu olan dünyanı durduracaq; acizliyi və fəqirliyi insanlardan birdəfəlik yox edəcək; qəbir qapısını bağlamaq çarəsi varsa, söylə, dinləyim. Yoxsa, sus! Kainatın böyük məscidində Quran kainatı oxuyur, onu dinləyək. O nur ilə nurlanaq, Hidayəti ilə əməl edək və onu davamlı dilimizlə oxuyaq. Bəli, söz odur və ona deyərlər. Haqq olub Haqqdan gəlib haqq deyən və həqiqəti göstərən və nurani hikməti nəşr edən odur.
Əllahummə nəvvir qulûbənâ bi nûri`l îmâni və`l qur`ãn. əllahummə əğninâ bi`l iftiqârı iləykə və lâ tufqırnâ bi`l istiğnâi ankə təbərra`nâ iləykə min havlinâ və quvvətinâ və`l təcə`nâ ilã havlikə və quvvətikə fəc`alnâ minəl mutəvəkkilînə aləykə və lâ təkilnâ ilã ənfusinâ vahfəznâ bihıfzıkə vərhamnâ vərhami`l mu`minînə və`l mu`minâti vəsalli və səllim alā səyyidinâ muhammədin abdikə və nəbiyyikə və safiyyikə və xalîlikə və cəmâli mülkikə və məlîki sun`ıkə və ayni ınâyətikə və şəmsi hidâyətikə və lisâni huccətikə və misâli rahmətikə və nûri xalqıkə və şərafi məvcûdâtikə və sirâci vəhdətikə fî kəsrati məxlûqâtikə və kâşifi tılsimi kâinâtikə və dəllâli səltanəti rubûbiyyətikə və mubəlliğı mərdıyyâtikə və muarrıfi kunûzi əsmâikə və muallimi ıbâdikə və tərcümâni ãyâtikə və mir`ãti cəmâli rubûbiyyətikə və mədârı şühûdikə və işhâdikə və habîbikə və rasûlikəlləzii arsəltəhü rahmətən lil`âləmînə və alâ âlihi və sahbihi əcmaînə və alâ ıxvânihi minənnəbiyyînə və`l mürsəlînə və alâ məlâikətikə`l muqarrıbînə və alâ ıbâdikəssâlihîn. Âmîn.
Allahım, qəlblərimizi iman və Qur'ân nuruyla nurlandır. Allahım, bizi Sənə möhtac olduğumuzun şüuruyla zənginlşdir. Allahım, Sənə qarşı fəqirliyimizlə bizi zəngin et; Səndən şikayət ilə, Səndən ayrı qalmaqla bizi fəqir etmə. Biz öz qorxu və qüvvətimizdən uzaqlaşıb Sənin qorxu və qüvvətinə sığındıq. Sən də bizi, Sənə təvəkkül edənlərdən eylə. Bizi nəfsimizə tərk etmə. Bizi qoru. Bizə, kişi, qadın bütün müminlərə mərhəmət et. Qulun, nəbin, seçdiyin, səmimi dostun, mülkünün gözəlliyi, sənətinin əsərləri olanların hökmdarı və sultanı, yardımının gözbəbəyi, hidayətinin günəşi, sənətinin dili, rahmətinin misalı, məxluqlarının nuru, mövcudatının şərəfi, məxluqlarının çoxluğu içində təkliyinin nuru, kainatının tilsimini kəşf edən, ilahi tərbiyə səltənətinin dəllalı, qanunlarının təbliğçisi, xəzinə olan Gözəl Adlarını tanıdan, qullarının müəllimi, ayətlərinin tərcüməçisi, ilahi tərbiyə cəmalının aynası, Sənin görülüb göstərilmənə vəsilə olan, sevgilin və aləmlərə rahmət olaraq göndərdiyin rəsulun olan Muhamməd (s.a)ə, bütün ailə və əshabına, qardaşları olan digər nəbi və rəsullara, Sənə yaxın olan mələklərinə və salih qullarına salat və səlam et. Amin!
Səs yoxdur