Kiçik Sözler | Kiçik Sözler | 28
(1-46)
ONUNCU SÖZ

Həşr mövzusu

[Bu risalələrdə təşbeh və təmsilləri hekayələr surətində yazmağımın səbəbi təhsilin və
İslam həqiqətlərinin nə qədər məntiqə uyğun, münasib, sağlam və qüvvətli olmasını göstərməkdir. Hekayələrin mənaları, sonlarındakı həqiqətlərdir. Məna altı ifadələr yalnız bu həqiqətlərə işarət edirlər. Deməli, xəyali hekayələr deyil, doğru həqiqətlərdir.]

Bismillâhir Rahmânir Rahîm. Fənzur ilâ âsârı rahmətillâhi kəyfə yuhyi`l arda ba`də məvtihâ innə zâlikə ləmühyi`l məvtâ və hüvə alâ külli şəy`in qadîr.
(İndi bax allahın rahmət əsərlərinə: Yerüzünü ölümün arxasınca necə dirildir. Bunu edən, əlbəttə ölüləri də eləcə dirildəcəkdir. O, hərşeyə haqqıyla qadirdir. Rum surəsi: 50)
Dostum, Həşr və Axirəti sadə və avam dili ilə və aydın bir tərzdə anlamaq istəyirsənsə, elə isə bu kiçik təmsil hekayəsinə nəfsimlə bərabər bax, dinlə:
Bir zaman iki adam, Cənnət kimi gözəl bir məmləkətə (bu dünyaya işarətdir) gedirlər. baxırlar ki, hərkəs ev, dükkan qapılarını açıq buraxıb mühafizəsinə diqqət etmirlər. mal və pul meydanda sahibsiz qalır. O adamlardan biri, hər istədiyinə əlini uzadıb, ya oğurlayır, ya da qəsb edir. Həvəsinə uyub hər cür zülmü, yasaq olanları işləyir. Əhali də ona çox dəyib dolaşmır. Digər yoldaşı ona dedi ki: “Nə edirsən? Cəza çəkəcəksən, məni də bəlaya soxacaqsan. Bu mallar dövlətə aiddir. Bu əhali övladlarıyla bərabər əsgər vəya məmurdurlar. Bu işlərdə mülkü olaraq hizmət edirlər. Onun üçün sənə çox ilişmirlər. Lakin, sərt intizam var. Padşahın hər yerdə telefonu və məmurları var. Dərhal get, aman istə” dedi. Lakin, o sərsəm inad edib dedi: “Yox, dövlət malı deyil, əksinə vəqf malıdır, sahibsizdir. Hərkəs istədiyi kimi istifadə edə bilər. bu gözəl şeylərdən istifadəni qadağan edəcək heçbir səbəb görmürəm. Gözümlə görməzsəm inanmayacağam” dedi. Həm də, filosof kimi uydurma birşeylər də söylədi. Ikisi arasında ciddi bir münaqişə başladı.
Səs yoxdur