Kiçik Sözler | Kiçik Sözler | 31
(1-46)
ÜÇÜNCÜ ƏSAS: Fəlsəfə hikməti ilə Quran hikmətinin insanlığın ictimai həyatına verdiyi tərbiyələr:
Fəlsəfə hikmətinin ictimai həyatdakı istinad , dayanma nöqtəsi “Qüvvət”, hədəfi “Mənfəət”, həyat düsturu “Mübahisə”, insanların toplumda əlaqələri “İrqçilik, milliyətçilik”, faydaları isə “ nəfsə aid həvəsləri razı salmaq və insan ehtiyaclarını artırmaq”dır. Halbuki: Qüvvətin feli nəticəsi “Təcavüz”; Mənfəətin feli nəticəsi, hər arzuya yetmədiyindən mənfəət üçün “Boğuşmaq”; davamlı mübahisənin feli nəticəsi “Çarpışmaq”; İrqçiliyin, milliyətçiliyin feli nəticəsi də başqalarını udmaqla bəslənmək olduğundan, “Təcavüz”dür... Beləcə, bəşər səadətinin qəsb olunmasının səbəbi bu hikmətdəndir.
Əksinə, Quran hikmətinin istinad etdiyi, dayandığı: qüvvətə qarşılıq “Haqq”, qayədə mənfəətə qarşılıq “Fəzilət və İlahinin rızası”, həyatda davamlı mübahisə, münaqişə yerinə “Davamlı yardımlaşma” əsas olur. Toplumdakı insanların əlaqəsində irqçilik, milliyətçilik yerinə “ Din, sinif və vətən əlaqəsini” qəbul edir. Qayələri nəfsə aid arzuların, həvəslərin aşmasına əngəl olub ruhunu dərin fikirlərə, bilgilərə çatdıraraq ülvi duyğuları qazanmaq və mükəmməl olmağa sövq edərək insanı kamilləşdirməkdir. Haqqın feli nəticəsi, “İttifaq, anlaşma”, fəzilətin feli nəticəsi “Qarşılıqlı yardım”, qarşılıqlı yardımlaşmanın feli nəticəsi “Bir-birinin köməyinə çatmaq”, dinin feli nəticəsi “Din qardaşlığı, birləşmə”dir. Nəfsin qarşısına səd çəkməklə onu ram etməyin, ruhu kamilləşdirdikdən sonra onu sərbəst buraxmağın feli nəticəsi “Dünya və Axirət saədəti”dir.
DÖRDÜNCÜ ƏSAS: Quranın bütün İlahi kəlamların içində ucalığını və bütün kəlamlar üzərində üstünlüyünü anlamaq istəyirsənsə bu iki təmsilə bax:
Birincisi: Bir hökümdarın iki müxtəlif tərzdə danışması, başqalarına müraciəti vardır. Birisi; adi bir rəiyyətə aid mühim olmayan bir iş üçün, xüsusi bir ehtiyac üçün, xüsusi bir telefonla danışmaqdır. Digəri; Ən böyük sultanlıq, ən böyük xilafət adına və hərşeyə hakim olmaq şərəfiylə əmrlərini ətrafa nəşr edərək yaymaq və göz önünə gətirmək məqsədiylə bir elçi vəya böyük bir məmuruyla danışmaq və böyüklük və heybətini göstərən uca bir fərmanla müraciətidir.
İkinci təmsil: Bir adam əlində bir aynanı günəşə qarşı tutar. O ayna miqdarında bir işıq və yeddi rəngi içində cəm edən bir ziya əldə edər. O ölçüdə Günəşlə əlaqədə olur, söhbət edər və o işıqlı aynanı qaranlıq otağına və ya dam altındakı bağına yönəltsə, günəşin qiyməti nisbətində deyil, bəlkə o aynanın qabiliyyəti ölçüsündə istifadə edə bilir. Digəri isə, evindən vəya bağının damından geniş pəncərələr açar, göydəki günəşə qarşı yollar qurar və həqiqi günəşin daimi ziyasıyla söhbər edər, danışır və hal diliylə belə bir təşəkkür ifadə edən söhbət edər. Deyər: “Ey yerüzünü işığıyla parladan və bütün çiçəklərin üzünü güldürən dünya gözəli və göy nazlısı olan nazənin günəş! Onlar kimi mənim də evimi və kiçik baxçamı istiləndirdin, işıqlandırdın.” Halbuki, ayna sahibi belə deyə bilməz. O şərt altındakı günəşin əks etdiyi işıq, təsir məhduddur, o şərtə görədir... Beləcə, Quranın möcüzəsini görüb, müqəddəsliyini anlamaq üçün bu iki təmsilin hikmətiylə Qurana bax...
Bəli, Quran deyirki: “Əgər yerdəki ağaclar qələm olub, dənizlər mürəkkəb olsa, Allahın (c.c) kəlimələrini yazsalar bitirə bilməzlər.” İndi bu sonsuz kəlimələr içərisində ən böyük yerin Qurana verilməsinin səbəbi onun Allahın İsimlərindən və hər ismin ən böyüklük mərtəbəsindən gəlməsi və həm də bütün aləmlərin Rabbi etibari ilə Allahın kəlamı olmasıdır. Quran, bütün mövcud olan varlıqların İlahi ünvanı ilə Allahın fərmanı, Yer və Göylərin Xaliqi şərəfi ilə topluluğa xitabdır. Quran, bütün varlıqların ehtiyacını qarşılayan və hər şeyi idarəsi altına almış olan Allahın danışması, hərcür qüsur və nöqsandan uzaq olan Allahın hərşeydə hökm edən sultanlığı hesabına Əzəli bir Xütbə, hərşeyi əhatə edən geniş rahmət nöqtəsində sonsuz mərhəmət sahibi olan Allahın iltifatlarını içinə alan dəftərdir. Quran, Allahın kainatdakı idarə və hakimiyyəti ilə hərşeyi özünə ibadət və itaət etdirməsi ehtişamının böyüklüyü dərəcəsində, başlarında bəzən gizli işarələr olan xəbərdarlıq edici yazı toplusu, Allahın mübarək isimlərindən enməsi ilə ən uca məqamdan onu əhatə edən hərşeyə baxan, təftiş edən, hikmət yayan Müqəddəs bir Kitabdır. Beləcə, Qurana layiq olaraq verilmiş Kəlamullah (Allah Kəlamı) ünvanının sirri bu yuxarda sadalananlardır.
Başqa İlahi kəlamlar isə, bir qismi xüsusi bir etibarla, ümumi və xüsusi bir ismin əsasa aid olmayan bilinməsiylə, xüsusi bir tədbir ilə, məxsusi bir səltənət ilə və xüsusi bir rahmət ilə bəlli olan kəlamdır. Xüsusi və ümumi olması baxımından dərəcələri müxtəlifdir. Allah tərəfindən qəlbə gələn ilhamların çoxu bu qisimdəndir. Lakin, dərəcələri çox müxtəlifdir. Məsələn, ən az və bəsit olanı heyvaların ilhamıdır. Sonra, elmi az olan insanların ilhamı, sonra dərəcəsi az olan mələklərin ilhamı, sonra vəlilərin ilhamı və daha sonra da böyük mələklərin ilhamıdır. Beləcə, bu sirrdəndirki: Qəlbin telləriylə vasitəsiz danışan bir vəli deyir: Haddə sənii qalbii an rabbi. Yəni: “Qəlbim, Rabbimin aynasıdır, kürsüsüdür.” Deməyir: Bütün aləmlərin Rabbinin kürsüsüdür.” Çünkü, qabiliyyəti ölçüsündə və yetmiş minə yaxın pərdənin, örtünün qalxma dərəcəsində onun qəlbinə ilham verilər. Beləcə, bir hökmdarın hakimiyyəti dərəcəsində verilən fərmanı, adi bir adamla azacıq bir danışmasından nə qədər yüksək və şərəfli isə və göydəki günəşin feyzindən istifadə, aynadakı əksinin cilvəsindən istifadə etməkdən nə dərəcə çox və üstün isə Şanı Uca Quran da o nisbətdə bütün kəlamların və bütün kitabların üstündədir, onlardan yüksəkdədir.

Səs yoxdur