Kiçik Sözler | Kiçik Sözler | 33
(1-46)
ONÜÇÜNCÜ SÖZ.

Bismillâhir Rahmânir Rahîm.
Biz Qurandan müminlər üçün bir şəfa və rahmət olan şeyi endiririk. İsra:82

Biz peyğəmbərə şer öyrətmədik. Bu ona yaraşmaz da. Yasin:69

Hikmət kitabı Quran ilə fəlsəfə elmlərinin hikmət ürünlərini, ibrət dərslərini, elm dərəcələrini qarşılaşdırmaq istəyirsənsə, bu gələcək sözlərə diqqət et!
Bəyan və ifadəsi möcüzə olan Quran bütün kainatdakı adi hadisələr deyə danışılan, lakin görülməyəcək dərəcədə bir qüdrət möcüzəsi olan bütün yaradılanlar üzərindəki adət və alışqanlık pərdəsini kəskin bəyanatı ilə yırtıb, o heyrətləndirici həqiqətləri şüur sahibinə açıb adi gördükləri gündəlik hadisələrə bir də ibrətlə baxmağa cəlb edərək ağıllara tükənməz bir elmlər xəzinəsi açır.
Fəlsəfə hikməti isə, bütün qüdrət möcüzəsi olan əsərləri adət pərdəsi içində saxlayıb cahilcəsinə və laqeydcəsinə üstündən keçər. Yalnız fövqalədəlikdən düşən və yaradılış nizamından çıxan və yaradılış mükəmməliyindən pozulan nadir fərdləri göz önünə çəkər, onları sanki bir ibrətli hikmət deyə şüur sahiblərinə təqdim edər. Məsələn: bütün qüdrət möcüzəsini təşkil edən insanın xəlq olunmasına adi deyib laqeydliklə baxar, lakin insanın mükəmməl yaradılışından xaric olan üç ayaqlı, yada iki başlı bir insanı heyrət dolu vəlvələylə, səs küylə bütün aləmə elan verər. Vəyaxud, məsələn: bütün varlıqlarda olan ən lütf edici bir rahmət möcüzəsi olan bütün yavruların qeyb aləmindəki ilahi xəzinə və zənginliklərdən müntəzəm olaraq bəslənməsini adi görüb, küfr pərdəsi ilə örtər, lakin intizamdan ayrılan, qəbiləsindən ayrı düşmüş, yalnız olaraq qürbətə düşmüş, dənizin altında olan bir böcəyin bir yaşıl yarpaqla bəsləndiyini görür, ondan təcəlli edən lütüf və kərəmlə balıqçıları ağlatmaq istər. Beləcə, Quran-ı Kərimin elm, hikmət və Allahı elm və fənnlərlə tanıma yönündən sərvət və zənginliyi və fəlsəfənin elm, ibrət və hərşeyi sənətkarca yaradan Sanii Allahı elm və fənlərlə tanıma yönündəki fəqirliyini və iflasını gör, ibrət al!
Beləcə, bu sirrdəndirki, Hikmət kitabı Quran, tükənməyən, parlaq, yüksək həqiqətləri cəm etdiyindən, şer ola bilməsi xülyalarından uzaqdır. Bəli, bütün ifadələri və bəyanı möcüzə olan Quranın möcüzə dərəcəsindəki tam bir nizam intizamı, kainat kitabındakı sənətkarcasına intizamı, tərtibli ifadələrlə mənasını açıqladıqları halda şer olmadığının digər bir səbəbi də: Ayətlərinin hərbir nəcminin(Quranın hər dəfə endirildiyi hissəsi), vəzn təşkil etməyərək əksər ayətlərə bir növ mərkəz olaraq ayələr arasında mövcud mənəvi irtibata tərtib verir, hər şeyi əhatə edən dairə içindəki ayətlərə bir bağlılıq xətti təşkil edir. Sərbəst hərbir ayətin əksər ayətlərə baxan bir gözü, yönələn bir üzü var. Quran içində minlərcə Quran varki, hərbir əxlaq sahibinə birini verir. Necəki, İyirmi beşinci Sözdə bəyan edildiyi kimi, İhlas surəsi içində otuz altı İhlas surəsi miqdarınca hərbirində bir çox xüsusiyyətin olduğu altı cümlədən yaranan bir tevhid elminin xəzinəsi var. Səmada olan görünüşdə nizamsız ulduzlar intizamsız hallarıyla hərbiri əksər ulduzlara bir növ mərkəz olur. Göyüzündəki hərbir ulduz, varlıqlar arasındakı gizli nisbətə işarət olaraq bir uyğunluluq xətti uzadır və sanki ayətlərin nəcmi kimi hərbir tək ulduzun da, bütün ulduzlara baxan bir gözü, yönəlmiş bir üzü, tərəfi vardır. Beləcə, intizamsızlıq içində mükəmməl intizamı gör, ibrət al! “Biz peyğəmbərə şer öyrətmədik, bu ona yaraşmaz da.” Yasin:69 un bir sirrini bil! “bu ona yaraşmaz da” ayəsinin sirrini də bununla anla ki, şer kiçik və sönük həqiqətləri böyük və parlaq həqiqətlərlə süsləndirilib bəyəndirilmək üçün istifadə olunur. Halbuki, Quran həqiqətləri o qədər böyük, uca, parlaq və gözoxşayıcıdırki, ən böyük və parlaq xəyal o həqiqətlərə nisbət edilsə çox kiçik və sönük qalar.
Səs yoxdur