Kiçik Sözler | Kiçik Sözler | 35
(1-46)
Məsələn: Allahın istəməsi ilə var və ya yox olmaları bir olan bütün yaradılanlar aləmi və heç bir zaman dəyişməyən Allahın İsimləri və Sifətləri kimi aləmlərə baxan və bu iki böyük silsilənin bir tək budağı hökmündə olan imanın altı şərti və o şərtlərin bütün qol-budaqları, ən incə meyvə və çiçəklər öz aralarında elə bir dərəcədə uyğunluq təşkil edərək təsvir edər, o dərəcədə bir bərabərlik ölçüsündə tanıdar və açıqlarki, insan düşüncəsi bunların idrakından aciz və hüsnünə heyran qalır. İman kökünün bir budağı halında olan İslamiyyətin beş şərti öz aralarında, bu şərtlərin ən incə ayrıntıları ilə ən kiçik ədəbi və ən uzun qayələri ilə ən dərin hikmətləri və ən cüzi faydalarına qədər, aralarında olan tam bir uyğunluq, münasibət gözəlliyi və tam bir bərabərliyin qorunmasına aid dəlil: Hərşeyi özündə toplayan Quranın aşkar ayətlər və onların bir birini tamamlamasından, işarələr və rəmzlərdən çıxan Böyük İslam Şəriətinin mükəmməl intizamı və sabit olan uyğunluluğunun gözəlliyi inkar edilməz, doğru sözlü bir şahid, şübhə yaratmayan qəti bir dəlildir. Deməkki, Quran bəyanları insanlığın çox az olan elminə, xüsusilədə savadsız birinin elminə nisbətdə dəyəri verilməyəcək dərəcədədir. Bu bəyanlar hərşeyi içinə alan, hərşeyi əhatə edən bir elmə dayanır və hərşeyi birdən görə bilir, əzəl əbəd mərkəzində bütün həqiqətləri müşahidə edən bir Zatın kəlamlarıdır. Əlhamdülillâhilləzî ənzələ alâ abdihil kitâbə vələm yəc`al ləhü ıvəcən.(“Hamd o Allaha məxsusdurki, quluna kitabı endirmiş və o kitabda heçbir təzad və əyriliyə yer verməməşdir.” Kəhf:1) bu həqiqətə işarə edər.
Allâhümmə yâ münzilə`l qur`âni və bi haqqı mən ünzilə aleyhi`l qur`ânu nəvvir qulûbənâ və qubûranâ bi nûrı`l qur`âni âmînə yâ müstəân.
Ey Quranı endirən Allahım! Quranın və Quran endirilən zatın haqqı üçün, qəlblərimizi və qəbirlərimizi iman və Quran nuruyla nurlandır.
Amin ey yardım özündən istənilən Müstəan!
Allâhümmə yâ münzilə`l qur`âni və bi haqqı mən ünzilə aleyhi`l qur`ânu nəvvir qulûbənâ və qubûranâ bi nûrı`l qur`âni âmînə yâ müstəân.
Ey Quranı endirən Allahım! Quranın və Quran endirilən zatın haqqı üçün, qəlblərimizi və qəbirlərimizi iman və Quran nuruyla nurlandır.
Amin ey yardım özündən istənilən Müstəan!
Səs yoxdur