Kiçik Sözler | Kiçik Sözler | 29
(1-46)
ONİKİNCİ SÖZ

Bismillâhir Rahmânir Rahîm.
Və mən yu`təl hikmətə fəqad ûtiyə xayran kəsîran.
(Kimə hikmət verilmişsə, ona çoxlu rahmət verilmişdir. Bəqara: 269 )

[ Hikmət kitabı Quranın müqəddəs hikməti ilə fəlsəfə hikmətinin qısaca qarşılaşdırılması… Həm Quran hikmətinin insanın şəxsi və ictimai həyatına verdiyi tərbiyəvi dərsin çox qısa bir məzmunu, həm də Allah kəlamı olan Quranın digər bütün kəlamlara olan üstünlüyündən bəhs edən bir işarətdir. Beləcə bu sözdə Dörd Əsas vardır.]

BİRİNCİ ƏSAS: Quran hikməti ilə fəlsəfə(hikmət fənni)nin fərqlərinə bir qısa hekayə gözüylə bax.
Bir zaman, dindar və çox mahir bir sənətkar olan, həm də çox məhşur bir Hakim, Hikmət kitabı olan Quranı mənalarındakı müqəddəsliyi və kəlimələrindəki möcüzəyə yaraşan bir yazı ilə yazmaq istədi. O möcüzələr göstərən qamətə, misilsiz bir libas geydirilməsini istəyir. Beləcə o Nəqqaş Zat, Quranı bənzəri olmayan bir tərzdə yazdı. Bütün qiymətli daşları yazısında istifadə etdi. Həqiqətlərin müxtəlifliyinə işarət üçün bəzi cisimləşmiş hərflərini almas və zümrüd ilə, bir qısmini ləl və əqiq ilə, bir hissəsini brilyant və mərcanla və bir növünü də qızıl və gümüş ilə yazdı. Həm elə bir tərzdə naxışlarla bəzəyib süslədi ki, oxumağı bilən və bilməyən hərkəs tamaşasından heyran olub bəyənərdi. Xüsusilədə, həqiqət əhlinin nəzərinə o surət gözəlliyi, mənasındakı hədsiz parlaq gözəlliyin və çox şirin zinətlərin işarətləri olduğundan, bu kitab çox qiymətli bir sənət əsəri olmuşdur.
Sonra o Hakim, bu qiymətli daşlarla bəzədilmiş, sənətkarlıqla yaradılmış olan Quranı, bir xarici filosofa və bir müsəlman alimə göstərdi. Onları təcrübə etmək və mükafatlandırmaq üçün əmr etdiki: “Hərbiriniz, bunun hikməti haqqında bir əsər yazın.” Öncə o filosof, sonra da alim, bu kitab haqqında bir kitab yazdılar. Filosofun kitabı, sadəcə hərflərin naxışlarından və uyğunluqlarından, vəziyyətlərindən və qiymətli daşların keyfiyyətindən və tanıdılmasından bəhs edər, mənasına heç fikir verməz. Çünkü, o xarici alim, ərəb xəttini oxumağı heç bilmir. Hətta, o bəzəkli Quranın bir kitab və məna ifadə edən yazı olduğunu belə bilmir. Bəlkə ona naxışlı, işləməli bir sənət əsəri nəzəriylə baxır. O, o qədər də ərəbcəni bilmir, lakin çox yaxşı bir mühəndisdir, gözəl bir təsvirçidir, mahir bir kimyagərdir, sərraf bir zərgərdir. Beləcə, o adam bu sənətlərə görə də əsərini yazdı.
Amma müsəlman alim isə, bu kitaba baxan kimi anladı ki: kainatdakı hadisələri cərəyan etdirən Allahın qüdrətinə aid nizam və intizam əsaslarını, qanunlarını əhatə edən mənəvi kitab, Hikmətlə dolu Qurandır. Beləcə bu haqqı sevən insan, nə kitabın görünən bəzəklərinə fikir verdi, nə də hərfərin naxışlarıyla özünü məşğul etdi.
Əksinə, elə bir işlə məşğul oldu ki, milyon dərəcə obiri adamın məşğul olduğu məsələlərdən daha ali, daha qiymətli, daha dərin, daha şərəfli, daha faydalı və hər şeyi içində cəmləyən, toplayan bir əsər oldu. Çünkü, naxışların pərdəsi altında olan müqəddəs həqiqətlər və sirrlərin nurundan bəhs edərək çox gözəl şərəfli bir təfsir yazdı. Sonra ikisi, əsərlərini götürüb o Uca Şan Sahibi, hər şeyə hökm edən Allaha təqdim etdilər. O Hakim, əvvəlcə filosofun əsərini aldı. Baxdı gördü ki, o xudpəsənd, özünü bəyənən və təbiətçi, maddəçi adam çox çalışmış, lakin heç həqiqi hikmətlərdən bəhs etməmiş, heçbir mənasını anlamamış. Ona qarşı hörmətsizlik, bəlkə ədəbsizlik etmiş. Çünkü, o həqiqətlər mənbəyi olan Quranı, mənasız naxış zənn edərək, məna yönündə qiymətsizlik ilə təhqir etmiş olduğundan, o hikmət Sahibi Hakim də onun əsərini başına vurdu, hüzurundan çıxartdı.
Səs yoxdur