Münacat | Münacat | 23
(1-30)
Bәlki Sәnin o sadiq elçilәrin vә doğru Dәllal-ı Sәltәnәtın haqqәlyәqin, eynәlyәqin, elmәlyәqin surәtindә Sәnin uxrәvi rәhmәt xazinәlәrinә vә alәm-i bәqada ihsanatının dәfinәlәrinә vә dar-i sәadәtdә tәmamiylә zühur edәn gözәl isimlәrinin xariqa gözәl cilvәlәrinә şәhadәt, işarәt, bәşarәt edәrlәr. Vә bütün hәqiqәtlәrin mәrcii vә günәşi vә hamisi olan Haqq isminin әn böyük bir şuaı, bu hәqiqәt-i әkbәr-i hәşriyә olduğunu iman edәrәk, Sәnin ibadına dәrs veriyorlar.

Ey Rәbbü'l -Әnbiya vә's- Sıddıqin!

Bütün onlar Sәnin mülkündә, Sәnin әmrin vә qudrәtin ilә, Sәnin iradә vә tәdbirin ilә, Sәnin elmin vә hikmәtin ilә müsәxxәr vә müvәzzәfdirlәr. Tәqdis, tәkbir, tәhmid, tәhlil ilә, küre-i әrzi bir zikrxanә-i әzәm, bu kainatı bir mәscid-i әkbәr hökmündә göstәrmişlәr.

Ya Rәbbi vә ya Rәbbә's- Sәmavati ve'l-Әrәdin! Ya Xaliqi vә ya Xaliqi Küll-i Şey!

Göylәri yıldızlarıyla, zәmini müştәmilatıyla vә bütün mәxluqatı bütün keyfiyәtiylә tәsxir edәn qüdrәtinin vә iradәtinin vә hikmәtinin vә hakimiyәtinin vә rәhmәtinin haqqı içün, nәfsimi bәnә müsәxxәr eylә!
Səs yoxdur