Münacat | Münacat | 27
(1-30)
Ey Xaliq-i Kәrimim vә ey Rәbb-i Rәhimim! Sәnin Sәid ismindәki mәxluqun vә mәsnuun vә әbdin, hәm asi, hәm aciz, hәm qafil, hәm cahil, hәm әlil, hәm zәlil, hәm müsi', hәm müsinn, hәm şәqi, hәm seyyidindәn qaçmış bir kölә olduğu haldә, qırx sәnә sonra nәdamәt edib Sәnin dәrgahına әvdәt etmәk istiyor. Sәnin rәhmәtinә iltica ediyor. Hәdsiz günah vә xәtiatlarını itiraf ediyor. Әvham vә türlü türlü illәtlәrlә mübtәla olmuş, Sәnә tәzәrru vә niyaz edәr. Әgәr kәmal-i rәhmәtinlә onu qәbul etsәn, mәğfirәt edib rәhmәt etsәn, zatәn o Sәnin şanındır. Çünki, Әrhәmürrahiminsәn. Әgәr qәbul etmәzsәn, Sәnin qapından başqa hanki qapıya gedәyim? Hanki qapı var? Sәndәn başqa Rәb yox ki, dәrgahına gedilsin. Sәndәn başqa haqq mә'bud yoxdur ki ona iltica edilsin.
لاَ اِلهَ اِلاَّ اَنْتَ وَحْدَكَ لاَ شَرِيكَ لَكَ آخِرُ الْكَلاَمِ فِى الدُّنْيَا وَ اَوَّلُ الْكَلاَمِ فِى اْلآخِرَةِ وَ فِى الْقَبْرِ اَشْهَدُ اَنْ لاَ اِلهَ اِلاَّ اللّهُ وَ اَشْهَدُ اَنَّ مُحَمَّدًا رَسُولُ اللّهِ صَلَّى اللّهُ تَعَالَى عَلَيْهِ وَ سَلَّمَ
Səs yoxdur